Kürşad bəy zəhmət olmasa buyurun içəri keçin. Psixiatr sizi gözləyir



Yüklə 280,81 Kb.
səhifə8/13
tarix02.01.2022
ölçüsü280,81 Kb.
#45251
1   ...   5   6   7   8   9   10   11   12   13
uçurumun bir addımlığında dəyişiklik haamısı

istəyirdir.

6-ci gün
Artıq üzərindən bir neçə gün keçib. Amma hələ də bu son hissəni yazıb qutara bilmiş deyiləm. Daxilimdə özümdən də uzaq özümə yad olan adını tanımlaya bilmədiyim hislərin cəngində tapmışam. Bir bilsəm ki nələri etmək nələri söyləmək istəyirlər o zaman onlara mən də yardımçı olaram. Baxın bütün səmimi qəlbimlə söyləyirəm bunu. Hər zaman olduğu kimi. Yorğunam bir az. Yenə bitirə bilmədim qalsın sonraya.
11-ci gün
İlk dəfədir evdən kənarda bir yerlərdə oturub yazıram. Həmişə nədənsə öz evim öz otağım mənə doğma gəlməkdən əlavə sanki mənim ruhumu oxşayan mənə ilham verəcək hər şeyə sahib bir yer idi. Orada oturub qələmi əlimə alan zaman bir anda dünyada həmən an içərisində baş verən hər şey öz varlığından xəbərsiz və səssiz şəkildə donub qalaraq diqqətimin dağılmasına maneə olaraq hər şeyi mənim üçün edirdilər sanki. Bundan istifadə edən mən isə hey yazır yazır və dayanmırdım. Bir saniyə belə. Çünki əgər bir saniyə belə dayansam bütün bu möhtəşəmliyin yenidən davam edəcəyini bilmirdim. Buna əmin deyildim. Bu qərarsızlıq bu bilinməzliyin həyatımın hər anında və hər yerində mənimlə birlikdə olması ah bilmirəm buna sevinim mi yoxsa kədərlənim mi? Bir yandan sizi ən gözəl deyə düşündüyünz anlarda zora soxan bir hiss, digər yandan isə həmişə həyatınızın hər anında sizinlə olan bir hiss. Mələyin belə bir zamanlarda həyatımın bundan sonrakı anlarında mənimlə olmasına mənimlə qalması gerçəyinə bu qədər inanmamışdım. Bax belə. Sonsuz yalnızlıq. Sonsuz sevinc. Sonsuz kədər. Hamısı bir-birinə qarışmış hamısı bir-birinin daxilində bir bütün şəklində.

Tanımadığım küçələrdən keçərək gözümə ilk dəyən kafedən içəri girdim. Qapının ağzında ilk addımımı içəri atan zaman Mələkli günlərin xatirəsi yenə yaddaşımda canlanaraq yaşadığım bu həyatdan alıb məni uzaqlara apardı. Orada hər zaman birlikdə olduğumuzu düşündüyümüz yerə. Bizdən başqa kimsələrin olmadığı hər şeyin bizə yad olduğu yadların yanımıza belə yaxınlaşa bilməyəcəyi yerə.

Ayaq saxlayıb durduğum bir neçə saniyənin ardından artıq bu zamandan sonra nələrisə dəyişə biləcək gücdən məhrum olduğumu düşünüb boş olduğunu gördüyüm bir yerə keçib əyləşdim. Yanımda dəftərim qələmim vardı sadəcə. Cibimdə həmişəki kimi siqaret qutusu və yandıranım. Bir də portfelim. Keçmişdə hər şeyin indikindən daha gözəl daha səmimi olduğu vaxtlardakı kimi şəkli vardı ciblikdə. Amma o zamandan sonra heç vaxt həmən şəklə baxa bilməmişdim. Mənə doğum günümdə alan zaman vermişdi şəklini. Heç nə demədən qəbul edib saxlamışdım. Özünə bildirmək kimi bir şansım olsaydı əgər etdiyi bu hərəkətdən dolayı onu təqdir etdiyimi söylərdim. Düşüncələrimizin həyat fəlsəfələrimizin xəyallarımızın ortaq olduğu bir insanla birlikdə olmağın necə bir böyük lütüf olduğunu ən dəqiqliyi ilə məhz o an anladım. Ancaq kim bilərdi ki bütün bunların sonluğu məhz belə bitəcəkmiş.

Ofisiantdan sadəcə bir çay istədim. Sadə yalnız eyni ilə mənim kimi. Sevdiyim bəyəndiyim hər nə varsa hamısında sanki özümdən bir parça axtarıb tapmağa çalışırdım. Həyatın yaşamımın buna rəğmən özümü tapmaqda heç bir yardımı olmamasına rəğmən.

Qələmim başlıqda qərib yerdə olmasına rəğmən sanki qəlbimlə sözləşmiş kimi vəhdət halında birlikdə çalışırdılar. Digər yandan beynim isə həmən hisləri qəbul edib düşüncələrə çevirərək ən böyük yardımçı rolunda çıxış edirdi. Hər şeyin bu qədər asan və rahat görsənməsinin altında necə bir həyat necə bir acı çəkmək olduğunu unutduğum zamanlar idi.

Bayırda yazın ən sevdiyim əlaməti vardı. Yağışın damlaları yavaş-yavaş çiskin bir halda oturduğum yerin yanındakı pəncərələrdən süzülərək aşağılara gəlirdi. Bir anlığa qapını açıb bayıra çıxaraq özümü ona təslim etmək digər yandan bu təslimiyyət duyğusuyla bütün baş verənləri yenidən dəfələrcə bilməm neçənci dəfə xatırlayıb düşünərək qəlbimin dərinliklərində bir yerlərdə kədərin böyüyərək bütün varlığıma hopmasına maneə olmadan bu səbəblə axan göz yaşlarımı gizlətmiş olardım. Sonuncu dəfə nə zaman ağladığımı da unudaraq.

Unutmaq. Bəsit olsaydı əgər xatırlananların bir dəyəri olardı mı ya da yaşananların? Bir şeylər bir dəyər qazanması üçün unutulmalıdır mı? Yoxsa unutmaq ən böyük dəyərin özüdür mü? Dəyər verdiyin bir şeyin nə zaman o dəyərə layiq olduğunu düşünərsən? Sənə qarşılıq verincə mi yoxsa qarşılığını almadan itirincə mi? Yenə suallar yenə bilinməyən bütün bunlara səbəb olan düşüncələrlə baş-başa qalıb amma içindən çıxa bilmədiyim bir andaydım. Bir iki cümlə bəzi sözlər yazmış bəzilərini qaralamışdım. Bir səhifə belə yaza bilməmişdim. Oysa ki burda bu havada bu halda bir anda yazmaq yenidən yazmaq və bitirmək istəyirdim. Olmadı. Yenə. Həmişəki kimi.
İki həftə sonra
Qarşıma qoyduğum məqsədlərdən hər hansı birinə nail olduğum zamanlar nadir hallarda baş verib. Ya da daha doğrusu baş verdiyini zənn etmişəm. Çünki müəyyən bir müddət keçdikdən sonra nail olduğunu düşündüylərimi itirməyə başlamışamdır. Əgər əbədiyən mənim olmayacaqdırsa ona niyə nail olmaq üçün bu qədər mübarizə aparıb savaşırdım? Bütün bu illuziyanın niyə və nə üçün olduğunu anlamaqda həmişəki kimi çətinlik çəkirdim. Beynimdə nə qədər sual olursa olsun bir o qədər qarışıqlıq yaranmaqla bərabər bu suallara tapılmayan cavablarla bərabər əsəblərimi ümumiyyətlə hislərimi idarə etməkdə çətinlik çəkdiyimi anlayırdım. İşin özü bu sualların cavablarını həqiqətəndə axtarıb tapmaq istəyirdim mi baxın onu da bilmirəm. Bəzən düşünürəm bütün suallarıma aydınlıq gəlsə o zaman hər şey daha fərqli olar mı görəsən? Yoxsa mən yenidən suallarla beynimi dolduraram mı? Yəni bir növ əldə edəcəyim şeyin dəyərinin itməsindən nigaranam digər yandan onu əldə etmək üçün istəkli və səbrsizəm. İnsanoğlu kimi.
23 gün sonra
Bu qədər gec olacağını təxmin belə edə bilməzdim. Ancaq nə desəm necə izah etsəm belə bunun anlayışla qarşılanacağını düşünmürəm. Bu vaxta kimi hər hansı bir məsələ barəsində də sanki anlayışla qarşılanmışam deyə fikirləşib üzümə təbəssüm qondururam. Əslində digər insanların fikirlərinin heç biri mənim üçün önəmli olmayıb. Çünki bu həyatı mənim həyatımı onlar deyil mən yaşayıram. Onun üçün edəcəyim söyləyəcəyim bir şeylərə görə kimlərdənsə icazə almaq ya da nə deyərlər deyə düşünmürəm. Düşünmürdüm. Düşünməyəcəm də.

Bir növ bunun azadlığa müdaxilə edilməsi kimi düşünüə bilərik. Əslində məhz belədi. Sadəlövhlüyü bir kənara qoyaq. Kiminsə yoldan keçən birinin ya da tanış qonşu qohum-əqrəba onların etdiyi seçdiyi seçimlərin heç bir maraq kəsb etmədiyini onlar ünsiyyətdə olan zaman belə üzlərinə söylədiyim olmuşdur. Bunun müqabilində istədiyim tək bir şey həmən anlayışın qarşı tərəfdən mənə doğru da edilməsidir. Hər şeyin bu dünyada qarşılıqlı olmasını istəyənlərdən deyiləm. Bəzən bəzi şeyləri edərkən qarşılıq gözləmədən edərsən. Ancaq hörmət və fikirlərdə bu pozula bilər. Bu baxımdan qarşılıqlı anlayışın insanlar arasında olması və əslində ən böyük problemimiz olan xoşbəxtlik ya da xoşbəxt olmama
Yüklə 280,81 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin