biləixtiyar bir sistem yaratsaq unutmaq istədiyimiz bizə acı verən hüsrana uğratan şeylərdən azad olmaq əlimizdə olsa. Yenə gerçəkləşməsi mümkünsüz olan xəyal və arzularla baş-başa qalıb ən dibə doğru tam sürətlə batmaq vaxtlarındayam. Bu vaxları bu anları dəfələrlə yaşamış hiss etmiş biri olaraq yalnızca bütün dünyadan uzaqlaşa bilərsiniz. Bütün saxtakarlıqlardan səmimiyyətsizliklərdən yalanlardan xəyanətlərdən vicdansızlıqlardan və saymaqla bitməyən sonu siz ilə bitən mənfi şeylərdən. Çünki ən dibə çatmaq üçün getdiyiniz bu yolda artıq heç bir şey vecinizə olmayacaqdır. Sadəcə var gücünüzlə oraya çatmaq üçün çabalayacaqsınız. Çatdınız ya da yox bu o qədər də önəmli deyil. Çünki maximum bir həftə sonra unudulacaqsınız. Mühüm olan həmən yolda əgər ki bu dünyada cismani olaraq mövcud ola bilsəniz bəzi şeylərin fərqinə varmaqdır. Və bu dünyada azad olmaq üçün əl çəkmək vecsizləşmək hissizləşmək lazımdır. Bunu isə sadəcə bu şəkildə edə bilərsiniz. Ruhən azadlığa qovuşmağın tək yolu məhz budur. Artıq gələn nə varsa onlardan uzaqlaşmaq və özündən atmaq. Yükləri çiyindən atıb sərbəst şəkildə şux bir duruşla yola davam etmək üçün.
Təbii ki bunun bir də əks təsiri var. Bütün bu olanlardan sonra hər şeydən əl çəkib tək başına həyata davam etmək. Ki onun ən bariz nümunəsi də məhz mənəm. Ətrafımda heç kim yoxdur mu var. Amma mən təkəm.