Çünki mən tənhayam. Çünki mən artıq heç kiməm. Sadəcə bir zərrəcik. Toz parçası belə deyil.
Günəşin şüalarının hədəf nöqtəsində olduğum zamanda bir yerlərdə oturub sakitləşmək dincəlmək bir az da bu saatlar içrisində olanları düşünüb analiz etmək istəyirdim. Digər yandan isə analiz ediləcək bir şeylərin olub-olmaması haqqında tam bir fikrə gəlməmişdim. Əslində hər şey aydın idi və bütün çılpaqlığı ilə göz önündə idi. Mən Kürşad yenə bəlkə bir ümid deyə bunu göz ardı edərək barı heç olmasa sonluğun belə olmamasını diləyirdim. Ümid edirdim. Ancaq digər şeylər kimi bu da istədiklərim sırasında olduğundan baş vermədi.
Şəhərin mərkəzində ömrümdə heç vaxt girməyi düşünmədiyim çünki girdikdən sonra göstərişdən başqa bir şeyin olmadığını gördüyüm o mənasız yerlərin yanından keçərkən heç olmasa bir dəfə girim baxım görüm nə var nə yox dedim özlüyümdə. İnsanların nə səbəbdən bunu etdiklərini niyə belə önəmsiz şeylərə artığından dəyər vermələrini anlamaq istəyirdim. Bəlkə də bununla özlərində görmədikləri və kənardan almadıqları dəyər hissini yaşamaq onun da dadına baxmaq istəyirdilər. Haqları olduğunu düşündüklərindən. Məncə.
İşıqlar daha çox geyimlər fərqli ki danışıqlar rəftar da buna daxildi. Adını ilk dəfə duyduğum fərqli təamlar ki bunun bizim dildə qarşılığını olduğunu bundan əlavə ən tragekomedik olan şeyin evdə hazırlanış qaydası ilə cuzi fərq olması amma istifadə edilən şeylərin eyni olması buna baxmayaraq bir kitab qiymətinə olan şeyləri gördüm. Özlüyümdə düşündüm ki mən də olsam digərləri kimi kitab almağa lazım olan pulu gəlib buraya verərəm bir ədəd də şəkil çəkdirib paylaşdım mı oldu tam dört-dörtlük əyləncə. Və artıq mən də dəyərlilər sinfinin əslində dəyərsizlər sinfinin heç kimi maraqlandırmayan qrupunun həyatını göstərişlərə qurban verənlərin nümayəndələrindənmişəm.
Düşündüm bütün bunları və həmən oradan uzaqlaşdım. Nə olsun ki bu qədər şey baş verib. Nə olsun ki qəlbim beynim qarışıq dağılmış vəziyyətdədir. Amma bunları edəcək qədər də düşmədim. Hələ də bir yerlərdə öz yerimi qorumaqdayam. Nəyin bahasına olursa olsun bundan əl çəkə bilməməklə bərabər düşməmək üçün mübarizə aparıraram.
Qarşı küçələrdə səyyar satıcının işlətdiyi bir yerə getdim ən nəhayətində. Az öncə söylədiklərimin heç birinin olmadığı amma səmimiyyət və xoşgörünün olduğu yer. Orada bir şeylər yeyib içdikdən sonra yenidən yola qoyuldum.
Artıq ağlımda öncədən düşündüyüm nə qədər şey var idisə yavaş-yavaş unudur xatırlaya bilmirdim. Bu gün yaşadıqlarım hiss etdiklərim və anladıqlarımdan sonra ayaqüstə necə qaldığımı belə bilməzkən bir şeyləri unutmaq təbii gəlməli idi məncə.
Zaman getdikcə hər şey sona yaxınlaşırdı. Digər yandan uzun zamandır yaşamadığım qorxu hissi digər yandan isə səbrsizlik. İkisi bir-birinə qarışmış elə də isti olmayanda bütün bədənimin tərləməsinə səbəb olmuş digər yandan üzümdə durduq yerə gülümsəmə yaranmasına səbəb olmuşdu. İndi bütün bunları xatırlayıb yazarkən həmişə düşündüyüm şey bu olur ki, əvvəllər daima keçmişin daha yaxşı olduğunu müdafiə etməyimə rəğmən bu dəfə də görəsən indi bunu edəcəyəm mi? Yenidən o günlərə qayıtmaq o hisləri yaşamaq istərəm mi? Məncə indi olduğum yeri düşünsək istəmərəm. Ona görə yox ki tamamilə fərqli bir situasiadayam, fərq ondadır ki, onsuz hər hansı bir zaman diliminə qayıtmağı ağlımın ucundan belə keçirməmişəm. Və nələr vəd olunsa belə bundan əl çəkən deyiləm.
Bəs görəsən bütün bu olanları yaşananları öncədən bilsəydim necə? Həyatımın yenə başlıqda və ortalardakı kimi vəziyyətinin davam etməsinə rəğmən beynimdəki dəliyə qəlbimdə yaranan yaralara rəğmən yenə həmən anları və hisləri yaşayardım mı ki sırf bir saniyə olsa belə onunla bir daha yollarımız kəsişsin? Buna cavab verəcək qədər dürüst bir insan olduğumu düşünmürəm. Bəlkə də cavab verməməyim onun getməsinə rəğmən qəlbimdə olan yerindən ayrılmasının qarşısını almaqdır. Onu kədərləndirəcək onu pis edəcək şeyləri etməmək və düşünməmək. Tək istəyim budur. Çünki bu zərrəciyə indiyə qədər ən çox dəyər verən də inanan da güvənən də məhz təkcə o idi. Buna rəğmən bəzi hallarda və anlarda məndən asılı olmayan və əksinə onu qorumaq onun kədərlənməsinə səbəb olmamaq üçün etdiyim hərəkətlər və addığım addımlardan dolayı qəlbini qırmışlığım olmuşdu. Amma bunu o da çox yaxşı bilirdi ki hər şeyi onu düşünərək etmişdim. Onunla birlikdə həmən soyuq qış gecəsindən sonrakı gün hər şeyi danışdığım zamanda söyləmişdim. Və xatırlayıram da həmən zaman gözləyəcəyim reasksiyaların tam əksi olan şeyi edərək tərk edilmək təhqir olunmaq hətta bəli bunu belə düşündüm ki mən onun yerində olsaydım tam əminliklə nə edəcəyimi dəqiqləşdirə bilmirəm. Çünki əsəbimin bəzən məni idarə etməsinə göz yumuram. Bilmədən. Əslində yalan söyləyirəm çünki bir şeylər edirəmsə bunu sadəcə etmək istədiyim üçün etmişəm. Onsuzda yalanların ayaq açıb yeriyə bilməyəcəyini hamımız açıq-aşkar bilirik buna görə burada bu kitabda sadəcə gerçəkləri yazdım. Həyatımda onun var olması onu sevməm və onsuz həyatımın məhv olması kimi.
Artıq hər şeyin bir başlanğıcı olduğu kimi bunların da bir sonu olduğu düşüncəsi ilə bu sonluğu gətirmək və bilincli olaraq qəbullənmək zamanı gəlib keçmişdi. Mühüm olan sonluğu gətirəcək yekun addımı atmaq idi ki bunun üçün zaman digər şeylərin başında gələn ən önəmli ünsür kimi uyğun anda idi. Geriyə qalan yeganə şey sonu gətirən başlanğıcı başlatmaq idi.
dilim
Telefon zəngi dayanmadan arxa-arxaya dördüncü dəfə çalırdı. Ən nəhayətində eynəklərini gözündən çıxardıb oxuduğu kitabın qaldığı səhifəsini qatlayaraq kitabı örtdü. Əyləşdiyi oturacaqdan ayağa qalxdı və yorğun addımlarla telefona doğru irəlilədi.
Dəstəyi qaldıran zaman artıq telefon susmuşdu. Durdu, cavabsız zənglərin sayına kimin elədiyinə baxmadan yerinə qoyub yenidən ağır addımlarla geri dönməyə başlayırdı ki, yenidən telefon zəng çalmağa başladı.
Öncəki zamanları olsaydı bəlkə yaxşıca ürəyindən sevdiyi söyüşlər işlədər bir az lənət oxuyar daha sonra əsəbləri sakinləşdikdən sonra sanki heç nə baş verməmiş kimi davranmağa davam edərdi.
-Kürşad müəllim?
-Bəli. Buyurun. Kim idi?
-Sevinc xanım idi sizi narahat edən. Necəsiniz? Vaxtınız varsa əgər sizin ilə danışmaq istədiyim bir mövzu var idi. Kürşad bəy?
-Hə. Əlbəttə. Buyurun. Sizi dinləyirəm.
-Bilirəm hər dəfəsində bu mövzu ilə bağlı sizinlə danışan zaman rədd cavabı verirsiniz. Amma inan ki, biz də sizi narahat etmək istəmirik. Lakin nəşriyyatımıza gələn təkliflər həmçinin nəşriyat tərəfindən də tələblər doğrultusunda sizi dəvət edilən yerlərə çağırılması və oraya gəlmənizi rica edirik.
-Sizə öncədən qərarımı söylədiyimi xatırlayıram.
-Amma Kürşad bəy bu dəfə...
-Xahiş eləyirəm bir daha bu haqda məni narahat eləməyin- deyərək dəstəyi asdı.
Artıq əvvəli tək nələrisə uzun-uzadı açıqlamaq kimlərəsə görə öz istək və arzularını kənara qoyub qarşındakıları üçün bir şeylər etməkdən əl çəkmişdi. Həyatında aldığı köklü qərarlar indi etdiyi davranışda və o zamandan bəri qəbul etdiyi hər bir qərarda öz əksini tapmışdı.
Dəstəyi asıb mətbəxə gedib özünə bir çay süzmək istərkən telefonu yenidən çaldı. Bu səfər telefonu söndürmədiyini unutduğuna görə dərindən bir ah çəkərək dəstəyi götürüb cavablandırmaq daha sonra söndürmək qərarına gəldi. Hər nə olsa belə nə qədər üzərindən zaman keçib müəyyən dəyişikliklər olsa belə qarşısındakı insanlara qarşı