kurtka. Əslində hara gedəcəyimi bilmədən. Siqaretimi və alışqanımı yaz kurtkasınınsol və sağ ciblərinə, telefonumu şalvarımın sağ cibinə, portfeli isə sol cibimə qoyub qapını açaraq həyətə çıxdım. Açarla bağlandığına əmin olduqdan sonra günün ilk siqaretini yandırıb yoluna qoyuldum.
Məhlələri keçdikcə beynimdə gecənin sərxoşluğu ilə qurduğum və yerinə yetirmək istədiyim şeylərin doğruluğunu sorğulamağa başladım. Digər yandan bunları edərək nələrisə əldə edəcəm mi deyə də düşünməkdən əl çəkə bilmədim. Amma artıq bu yola baş qoyduğumdan geri çəkilmək geriyə hər hansısa bir addım atmaq qorxaqlıqdan başqa bir şey deyildi. Ona görə edirdim yola davam edirdim. Çünki etməliydim.
Çiynimdəki çantam ilə birlikdə dayanacağa doğru irəliləyərkən ilk öncə haraya gedəcəyim getdiyim yerdə nə edəcəyim ilə bağlı heç bir fikrim yox idi. Avtobus ya da metro ilə getməyin əvəzinə piyada ilə getməyi düşünsəm də gedəcəyim yerlərin çoxluğu və yolların uzunluğunu düşünüb bu düşüncəmdən də əl çəkdim.
Amma buna rəğmən ilk növbədə yeni bulvarda birlikdə gəzdiyimiz yerlərdən keçərək şeytan çarxının qarşısında dayandım. Gözlərimi qapayaraq bir anlıq keçmişdəki xatirələrimi təsəvvür etmək istədim. Bu təsvirlərin mənə nələri yaşadacağı ya da məndə hansı dəyişikliklər yaradacağı ilə gözləntim bəlkə bununla yekunlaşardı deyə düşünürdüm. Hiss etdiyimin gözlədiyimdən tamamilə fərqli olduğunu anlayanda qəfil gözlərimi açdım. Dərindən nəfəs alıb cibimdən siqaret qutusundan bir siqaret götürüb yandırdım. Belə olacağını düşünməməklə bərabər bundan sonra nə edəcəyim ilə bağlı yaranan nigaranlıq və narahatlıq hissinin üzərinə bir də daxilimdə bütün yaşanmışlarla bağlı şübhələr də əlavə olundu.
Yaranan bir neçə dəqiqəlik ölü sükunətin ardından yerimdə donmuş bir şəkildə qalaraq dünən gecə içkili halda verdiyim qərarı sorğulamırdım sadəcə bunun bütün bunların belə olmamalıydı deyə düşüncələrə dalmışdım. Bu işdə bir tərslik vardı. Ancaq necə ola bilərdi axı?
Oradan ayrılıb yoluma davam edib bulvarın birlikdə addımladığımız yolları ilə bu səfər tək başına addımlayaraq az öncə baş verənlərin yenə də baş verməsi sualı ilə ağır-ağır ehtiyat içərisində və bir az da təlaşla gəzirdim. Addığım hər addımda gəzdiyim hər yolda yaşadığım hiss etdiyim şeylərin fərqli olmadığını görüncə yenə də ümidimi itirməyərək irəliyə doğru gedirdim. Bəlkə başqa yerdə başqa bir birlikdə olduğumuz məkanda bütün bunlar son tapıb xəyal etdiyim şey baş verəcəkdi.
Yoxsa əgər bu baş verməsəydi nə edəcəkdim? Mən Kürşad, bununla bu gerçəkliklə yaşaya bilərəm mi? Əlbəttə ki xeyr. Ya da hə yaşayaram. Çünki bunların səbəblərini araşdırmaq və tapmaq istəyi hər şeydən öncə gələcək. Maraq, maraq və yenə maraq. Həyatdakı hər şeyi ilk sıradan son sıraya belə salacaq bir hiss.
Dəniz vağzalının yanına gəlib çatdıqda saat 9-u keçmişdi artıq. Ancaq bu vaxtı hər hansı bir gəzinti gəmisinə minmək mümkün deyildi. Çünki hələ açıq deyildi. Bir saat gözləməyin əvəzinə piyada keçidi ilə yolun qarşısına keçib oradan birbaşa nizami küçəsinə doğru getməyə başladım.
Addımladığım hər adımda yanından keçdiyim küçə və binaların ayrı bir xatirəsi sanki ayrı bir yaşanmışlığı vardı. Və bu yaşanmışlıq sanki mənə bir şeyləri söyləmək gerçəyi dilə gətirərək məni ayıltmaq istəyirdi. Bəs mən? Bu gerçəyi görüb anlamağı istəyirdim mi? Bu ağır bir gerçəkliyin öhtəsindən gələ bilərdim mi? Bunu edəcək gücüm var idi mi? Bunu edə biləcək cəsarət və qorxusuzluğum var idi mi? Yoxsa gerçəyin tam qarşımda gözlərimin önündə olmasına rəğmən baxışlarımı başqa bir tərəfə keçirib görməzlikdən mi gələcəkdim? Həyatın digər anlarında yerlərində və baş verən durumlarında olduğu kimi nə olubsa orada gerçəyi axtarıb tapmaqdan və gerçəyi söyləməkdən vaz mı keçəcəkdim? Bunu edəcək qədər düşəcəyəm mi? Bunu edəcək qədər qorxaq biri olacağam mı? Bunu edəcək qədər digərləri kimi gözünün boyanmasını anlamayan ya da bunu bilməsinə rəğmən səs çıxarmayan biri olacağam mı?
Mən kiməm Kürşad? Mən kiməm? Kimliyim varlığım bu dünyada yaşadığım həyatda nə işə yarayır və nə vəd edir ki geriyə qalan zamanda yaşamağa qarşı olan həvəsim və sevincim məni həyatda tutsun da bütün bunlardan əl çəkib getmək istəməyim. Vaxtı ikən bir işarə gözlədiyim kimi yenidən mi səbrimi basıb dözməliyəm? Bir gün yenidən keçmişdə olduğu kimi məni hər şeydən uzaqlaşdıran məni həqiqətən də xoşbəxt edəcək bir şeylə. Yoxsa bu şans cəmi bir dəfə mi verilir və mən artıq ikinci bir şansdan məhrum olmuşam mı? Artıq məhrum olmadığım nə qalıb ki deyə düşünməyə başladım.
İrəli addım atmağa taqətim qalmamışdı. Buna səbəb yorğunluq deyildi təbii ki. Sadəcə mən sadəcə bundan sonra gedəcəyim hər yerdə onun xatirəsini canlandırdığım hər yerdə eyni şeylərin yaşanmasını görməkdən hiss etməkdən anlamaqdansa ölməyi tərcih eliyərdim. Sanki uğurlu olacaqmış kimi. Nə bədbəxt bir insanam öz əlimlə özümü belə öldürə bilmədim. Amma yox cismi olmasa da ruhən bunu bacarmışam. Bəli. Mən Kürşad axır ki bu dünyada bir işə yaramışam.
Nizami küçəsindən keçib məhlələr arası ilə birlikdə xatirələrin canlandığı ara küçələrə kafeler restoranların yanına gedirdim. Yavaşdan şəhərdə canlılıq özünü göstərirdi. Yaz gələndə daha gözəl olur deyə düşündüm. Kim olmaz ki bəyəm. Birlikdə getdiyimiz kinoteatrın yanından keçəndə ayaq saxlayıb durdum. Kaş bunun da bir film olmasını diləyirdim. Sonda final səhnəsindən sonra onun çıxıb yanıma gələrək bax Kürşad burada yanındayam. Heç hara getməmişəm. Səni heç vaxt buraxa bilmərəm ki deyərdi. Yenə kaş ilə cümlə qurduğuma görə vəziyyətim heç də yaxşı deyil. Ona görə irəli davam etməliydim.
Səkilərdə addımlarkən tək başıma necə bir yalnızlıq və çarəsizlik içində olduğum gerçəyini bir daha qəbulləndim. Bəlkə də bu ifadələr daxilimdəkiləri, düşdüyüm vəziyyəti aydınlaşdırmaq üçün kifayət etmir, kəlimələr hislərimi ifadə etmək üçün yetərsiz qaldığındandır.
Unuda bilmədiklərim yaşamağa maneə olmaqla bərabər nəfəs almağıma belə imkan yaratmır. İçdiyim qudumlar yediyim tikələrin boğazımdan hansı ağrı və əzabla keçdiyini anlatmaq deyil yaşamaq lazımdır ki biləsən. Məhz buna görə kaş bu dünyanın dahi canlıları olaraq beynimizdə