Kürşad bəy zəhmət olmasa buyurun içəri keçin. Psixiatr sizi gözləyir



Yüklə 280,81 Kb.
səhifə13/13
tarix02.01.2022
ölçüsü280,81 Kb.
#45251
1   ...   5   6   7   8   9   10   11   12   13
uçurumun bir addımlığında dəyişiklik haamısı

saygısızlıq etmək kimi arzu olunmaz xasiyyətə sahib deyildi. Az öncə dəstəyi asmağı ilə etdiyi yanlışı bir növ təmizləmək qərarına gəldi.

-Kürşad müəllim xahiş eləyirəm sona qədər dinləyin.

-Az öncə xəbərsiz dəstiyimi asdığım üçün üzrxahlığımı qəbul edəsiniz gərək.

-Narahat olmayın, anlayıram sizi. Bizimlə bağladığınız müqavilədə qeyd etdiyiniz şərtə rəğmən işlərin belə getməsinə görə və baş verənlərə görə sizi təqsirləndirmirəm. Sadəcə bu səfər tamamilə başqa bir mövzu olduğundan sizi belə təkidlə narahat edirəm. Əksinə buna görə siz məni gərək bağışlayasınız.

-Narahat olmayın. Sizi də anlayıram. Sadəcə hər şeyi sizə son danışığımızda da izah eləmişdim Sevinc xanım ancaq yenidən belə bir halın baş verməsi sözsüz ki qəbul edilməzdir.

-Elədir ancaq inan ki bu səfər bizim deyil birbaşa bunu istəyən şəxs tərəfindən bu qədər təkidlə sizinlə əlaqə saxlanılmamız istənildi.

-Bu qədər çox istəyirdisə əgər özü nəyə görə birbaşa əlaqə saxlamadı ki?

-Bunun səbəbini sizinlə birbaşa əyani şəkildə görüşmək olduğundan dolayı açıqladı.

-Yaxşı o zaman o bəyə söyləyin bu qədər istəyi varsa mənlə əlaqə saxlasın və onunla təklikdə görüşmək üçün bir imkan yaradacağam. Eynən belə çatdırarsınız.

-Bəy?

-Deyil bəyəm?

-Kürşad müəllim, xeyr, qadındır.

-Fərq etməz. Söylədiklərimdə bir dəyişiklik olmadan çatdırarsınız zəhmət olmasa.

-Amma məhz buna görə bir dəvət verilir və həmən dəvətin baş qonağı da məhz sizsiniz.

-O zaman dəvəti ləğv etməli olacaq ya da dəvət mənsiz baş tutacaq.

-Kürşad müəllim, bizi də çətin bir vəziyyətdə qoyursunuz. İnanırsınız dəfələrlə sizin dediklərinizə rəğmən təkidlə israr edirdi və bizim bunu qəbul etməkdən başqa yolumuz yox idi. Yəqin nə demək istədiyimi anlayırsınız.

-Araya kimlərin girməsinin bir önəmi olmadığını bildiyinizi düşünürdüm. Hərgah önəmi olsaydı hal-hazırda digər insanlardan heç bir fərqimin olmadığını anladığınızı düşünürəm.

-Bir də bizi düşünün.

-Başqalarını düşünməyi uzun zamandır buraxmışam. Başqalarının məni buraxdığı zamandan etibarən.

-Sizin üçün bir önəmi olmaya bilər. Bir dəvətə gəlməyinizlə yaşamınızdan həyatınızdan ya da hər hansı bir şeyləri itirməyəcəksiniz. Amma mən itirəcəyəm. İşimi. Və itirdikdən sonra bir də bu sahədə çalışa bilməyəcəyəm səbəbini siz də bilirsiniz. Çünki imkan verməyəcəklər.

Haradan qaçımsa qaçım yenə insanın baş verən hadisələrlə birbaşa olmasa belə dolayı yol ilə əlaqədə olaraq öz daxili ilə daxili məni ilə üzləşdiyi savaşdığı anlara rast gəlmək olur, digər yandan bu savaşın əsas rolunu vicdan oynayır ki, öncələri vicdanlı bir insan olmaq sonraları baş verənlərdən ötrü nə qədər kədərli və acılı anlar yaşasanız belə sizin bütününüzə daxilinizə qəlbinizə sirayət etdiyindən ondan bir andaca vazgeçmək mümkün olmur. Məhz indi üzləşdiyim vəziyət bax budur.

-Edə biləcəyim bir şey yoxdur. Qərarımı sizə söylədim.

-O da belə təxmin etmişdi. İnadçı olduğunuz üçün məhz buna görə sonuncu kartı istifadə etməli olacağam daha.

-Nə imiş o?

-Uzun zamandır görmədiyiniz və xatırlamadığınız bir qadının dəvətidir bu. Və bu dünyada nəyə sahib olursuz olun həmən an üçün həmən insanı gömək üçün verməyə hazır olacağınızı söyləməmi istədi.

-Bu dünyada artıq dəyər verdiyim kimsə qalmadığına görə həmən insana söyləyin ümidi puç olacaqdır.

-Yanılırsınız, bəy. Həm də çox.

-Bundan bu qədər əmin olmaq üçün hansı bir əsaslı səbəbiniz var ki deyirsiniz?

-Həmən qadının sizin ananız olması.

İnsanın həyatının gedişatını dəyişdirəcək bir çox şanslar və hadisələr hər zaman baş vermişdir. Amma önəmli olan bunlardan necə istifadə etmək və həyatımızın yönünü hansı istiqamətdə dəyişdirəcəyinə qərar verməkdir. Əslində qərar verməkdən daha çox izin vermək daha doğru səslənir.

Özlüyümdə mənim həyatımın gedişatını dəyişdirəcək hadisələrin tam olaraq hansılar olduğunu hansı hadisələrdən sonra kimliyimizin dolğun olaraq oturması, daxilimizdəkilərdən nəyin gerçək nəyin saxta olmasını anlamağıma vəsilə olduğunu dəqiqləşdirə bilmirəm. Tamamilə tək qaldığımı düşündüyüm atamın vəfatından sonra mı, həyatımda ilk dəfə sevgi hissini tam anlamıyla hiss edib onu bir qadında bütünləşdirib yaşadığım zamanlar mı, yoxsa bu dünyada yaşayan insanlar içindən canımı belə verəcək dərəcədə olan sevdiyim qadını itirən zaman mı, yoxsa bütün gerçəkləri çılpaqlığı ilə yaşayıb baş verənləri anlayan zaman mı?

Həmən gün kitabın sonluğunu bitirən zaman onunla yaşadığım xatirələrin səbəbkarı olan yerləri küçələri məkanlara gedən zaman həmən yerlərin qarşısında olanda düşündüklərimdən tamamilə fərqli bir şeylər yaşadığım və bu yaşanmışlığın bundan sonra məndə necə təsir yaratdığını anlamağa çalışırdım.

Düşünürəm də kaş o qərarı verməzdim və xatirələri canlandıraraq bir dəfəlik beynimdən silmək kimi bir fikri həyata keçirməzdim. Kaş.

Çünki, əslində xatirələrin artıq silinib silinməməklə bağlı heç bir önəmin olmadığının buna səbəb isə hislərimin ona dair olan təsvirinə kəlimələrin belə yetmədiyi əsrarəngizlik və möhtəşəmliyin bir vəhdət altında birləşdiyi hislərdən məhrum idim. Canlanan xatirələr anıdan başqa bir şey deyildi. Hər şey sadəcə hansısa bir serialın öncəki bölümlərinin qısa icmalı kimi idi. Ortada nə hiss var idi nə duyğu nə sevgi. Bunların bütün bunların yaşanmışların hamısı sadəcə bir yanılma idi.

Və indi bunların sırasına biri daha mı daxil olacaqdı? Ən önəmlisi bu daxil olmanı necə qarşılayacaqdım ya da məndə, həyatımda necə bir dəyişikliklərin yaranmasına səbəb olacaqdı? Buna hazır idim mi? Bir saniyə. Nə edirəm axı mən? Yenə bir şeylərin sırasını itirmiş səhv dəyişik salmışdım. Anam mı dedi? Yoxsa beynimin içindəki oynanılan oyunlar artıq xəyali insanlar görüb onlarla danışmaqdan irəli gedərək gerçək olmayan səslər də mi eşitməyə başlayır? Axı nə baş verir?

-Alo, Kürşad müəllim, alo? Ordasınız?

-Kim? Kimdir dediniz?

-Ananız. Bilirəm qəribə səslənir, ancaq bu gerçəkdir. Və sizdən müsbət cavab almaq üçün bundan başqa edəcək bir həmləmiz qalmamışdı. Dinləyirsiniz məni? Kürşad müəllim?

Başı fırlandı, səndələdi bir əli ilə yandakı masadan tutdu telefon hələ də digər əlində qalmış qarşı tərəfdən səslər gəlirdi. Ancaq səslər. Çünki nələrisə qavramaq diqqət yetirmək ixtiyarında deyildi. Bir anlıq bütün bədəni sanki özündən yüz qat böyük bir yükün altına girdikdən sonra yaranan yorğunluqla çökmüşdü. Əlləri ayaqları əsir oturmağa çalışsa da bacara bilmirdi. Qulaqları uğuldayır başı şiddətli bir biçimdə ağrıyırdı. Sanki bombalar bir o yana bir bu yana uçuşurdu başında. Hər şeyi anlamaq və dərk etmək üçün özündə güc toplayıb özünü ələ almalı idi. Digər əli ilə də masadan yapışdı. Mətbəxə keçmək istəyirdi. Bir stəkan su özünə gəlməyə yardımçı ola bilərdi. Sonra hamama keçərdi əl üzünü soyuq su ilə yuyardı. Deyə düşündü. Amma sadəcə düşündü. Əslində bu da böyük şey idi çünki indiki halında bir şeyləri etməyi düşünmək və çalışmaq yaxşıya əlamət idi.

Dərindən arxa-arxaya nəfəslər aldı. Öncə masadan sonra divardan tuta-tuta mətbəxə getdi bir stəkan su içdi. Sonra birini daha. Tərlədiyinin su içində olduğunun fərqinə vardı. Hamama girdi. Duş almaq istədi amma gücü bunu etməyə qadir deyildi. Sadəcə əl üzünü yudu. Divardan tuta-tuta geri qayıtdı. Mətbəxi keçdi qonaq otağına girdi. Ev balaca idi onsuzda. Qonaq otağı və yataq otağından ibarət iki otaq, balaca mətbəx, hamam və tualet. Bir də həyət vardı. O da çox böyük sayılmazdı.

Öncə həyətə çıxmaq istədi təmiz havanın yaxşı gələcəyini düşündüyündən. Sonra bu fikrindən vazgeçdi çünki gücsüz olduğundan eşitdiyi xəbər ilə üzərində yaranan yorğunluqdan sonra bunu edə bilməyəcəyinə qərar verdi.

Yataq otağına divarlardan tutaraq keçməyi bacardı. Oturdu yatağın üzərində cibindəki siqaret paçkasını çıxartdı. Alışqanını da çıxardıb yandırdı. Kül qabını qonaq otağında unutduğu üçün öncə külqabıya sonra yaddaşına küfürlər etdi. Ayağa durub gətirmək istədi amma bu fikrindən də vazgeçib oturdu. Yatağın yanındakı siyirməni açıb bir şeylər axtardı. Sonda salfet tapıb ikaqat eliyərək bükdü. Artıq külü rahatca tökə biləcəkdi.

Yavaş-yavaş baş verənləri anlamaq eşitdiklərini qavramaq zamanı gəlib də keçmişdi. Düşünmək düşünmək bir çarə tapmaq lazım idi. Çünki üzərindən heç nə olmamış kimi keçib getmək mümkün deyildi. Bu qədər asan deyildi olmamalı idi.

Qorxu həyəcan və ən önəmlisi özünün də dərk etməyə çalışdığı yaranmasına təəccübləndiyi qəlbində yaranan sevinc hissi idi.

Qorxu və həyəcanı anlayırdı təbii olaraq da qarşılayırdı. Bu qədər zaman keçdikdən sonra üzünü görmədiyi daha doğrusu görüb amma gördüyünü unutduğu birini görməyin verəcəyi həyəcan və bu həyəcanla birgə nələrin baş verəcəyi ilə bağlı heç bir fikrə sahib deyildi.

Bu bilinməzlik məhz onu qorxudurdu. Bu bilinməzlik ilə ilk görüş və sonra olacaqlar onu nələrin gözləyəcəyi. Bir saniyə görüş? Mən hələ ki bu qərara gəlməmişəm, görüşə gedəcəyimi kim söylədi ki? Nədi indi heç nə olmamış kimi məni bir yaşım belə olmadan atıb gedən birinin bir sözü ilə onunla görüşməyə razı olacaqdım mı? Baş verən hər şeyin bu qədər tez bir zamandan olması məntiqlidir mi ki? Bu qədər asandır mı? Bəlkə də bu suallara cavab məntiqlə deyil duyğularla cavab verilməlidir. Və bəlkə də verilmişdir artıq. Az öncəki kimi. Neyləcəyimi bilmirəm və bu bilinməzlik məni yenə əvvəlki keçmiş günlərimə qaytararaq olanları bütün xatirələrimi yenidən canlandırmağıma səbəb oldu.

Halbuki artıq hər şeyi geridə buraxmış keçmişdə yaşananları yaşadığım yalnızlıq və onun mənə verdiklərini unutmağa çalışırdım. İndi isə son olanların üzərindən illər keçdikdən sonra... Doğrudan nə qədər zaman ötüb? 3? 4? Neçənci ildəyik? Kürşad topla özünü. Harada qalmışdın davam et. İndi isə son olanların üzərindən illər keçdikdən sonra yenidən geriyə qayıdıb oradakı hisləri və anıları canlandırıb yenidən özümə əzab vermək. Bu istəyim deyildi. Çünki indi də yalnızkən yaşadıqlarım mənə bəs edirdi. Digər yandan bu dünyada istədiyim şeylərin hansına tam nail olmuşam ki deyə də düşündüm. Cavabını əminliklə bildiyim yeganə sual ola bilərdi bəlkə. Heç bir.

Ən önəmlisi məni qara-qara düşündürən özümün də bilmədiyi bu sevinc hissinin niyə yaranması idi. Halbuki qorxu həyəcanın yanında yarana biləcək ən ideal hissin nifrət olduğunu düşünürdüm. Nifrətin də sevgidən yarandığını unudaraq. Nifrət etdiyimiz hər kəsi zamanında sevmişikmi bəs sevdiyimiz hər kəsə də eyni zamanda nifrət edirik mi? Sevə-sevə həm də.

Bilmirəm. Bilmədiyim çox sual verirəm. Öyrənmək üçün müəyyən cavablar tapmaq üçün ancaq hamısı sonda sual işarəsi ilə bitməsinə rəğmən cavabsız qalır. Üstəlik bu siyahı uzandıqca uzanır. Mən isə yerimdə sayır və bu bilinməzliklə birgə çıxdığım yolda verdiyim hər sualdan sonra bir az daha yoruluram. Və bu gün bu suallara yeniləri əlavə olunur. Artıq nə qədər yorulacağımı bilmirəm. Azad olmaq istəyirəm hər şeyi geridə buraxıb azad olmaq. Ancaq digər yandan da bunu edərkən ruhumun məhbus olaraq qalmasından nigaran oluram. Əsas məni üzən məni narahat edən ruhumun varlığının olduğunu bilərək.

Arxa-arxaya çəkilən üçüncü siqaret. Başım ağrımağa başlayır, gözlərim qapanır hələ də axşam belə olmamasına rəğmən. Mənəvi yorğunluğum bədənimin də gücdən düşməsinə səbəb olur. Geriyə yatağıma uzanıram. Və bütün bu yaşadıqlarımın bir yuxu olması diləyi ilə gözlərimi yumuram.
***
Hər şeyin indiyə qədər yaşadığım hər şeyin olmalı idi ki olduğu düşüncəsinin bu zamana qədər kədər və sevinc arasında qeyri-bərabər paylanmasını anlamırdım. İndi də anlamış deyiləm. Sözün düzü. Yaşımın verdiyi yetişkənlik və dünya görüşümün bu tarazlığın heç zaman olmadığı kimi bundan sonra da olmayacağı yönündədir. Mənim yaşamım ən azından bunun üzərinə qurulub. Yaşamağımın acı çəkməyin bir forması olması kimi.

Yaşadıqca acı çəkər acı çəkdikcə yaşamağa davam edərəm. Bir-birindən ayrı təsəvvür edilmədən bir-birindən ayrı qala bilməyərək.

SON
Uzun oldu ya da çox qısa. Ya da bir anlamı olmadı heç. Bəlkə də yazan zaman çox anlam yüklədim. Çox şey gözlədim, gözlədim və gözləntimi yüksəyə çıxardıqdan sonra dönüb arxaya baxan zaman... nə hiss etdim ki? Tərif edə bilmərəm. Ya da yalan danışmamaq üçün bunu söyləmiş ola bilərəm. Yenə gerçəklikdən qaçdım mı? Yorulmuşamdır yəqin. Həyatdan, yaşamdan, insanlardan. Nə səndən yoruldum, nə də yazmaqdan. Bu dünyada sevdiyim yeganə iki şey. Biriniz məni öldürərkən, biriniz diri tutar. Məni ayaqda tutan iki şey.
Yüklə 280,81 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin