Kürşad bəy zəhmət olmasa buyurun içəri keçin. Psixiatr sizi gözləyir


Yazacağım üçüncü hissənin içini belə kəlimələr və cümlələrlə dolduracağımı düşünmürdüm heç



Yüklə 280,81 Kb.
səhifə7/13
tarix02.01.2022
ölçüsü280,81 Kb.
#45251
1   2   3   4   5   6   7   8   9   10   ...   13
uçurumun bir addımlığında dəyişiklik haamısı

Yazacağım üçüncü hissənin içini belə kəlimələr və cümlələrlə dolduracağımı düşünmürdüm heç. Düşündüyüm şeylərdən hansının gerçək olub olmamasını da fikirləşən zaman elə də qənaətbəxş edici bir cavab da almıram əslində. Tamamilə fərqli mövzular fərqli kəlmələr və cümlələr quruluşundan ibarət bir hissəni xüsusilə bütün bunları yazmağıma səbəb olan sən barəsindəki ən içdən səmimi hislərimi yazmağın əvəzinə yoxluğunun verdiyi acının həyatımdakı yerini qələmə alıram.

İlk variantda bitirəcəyim yazını sənə verəcəyimi düşünərkən bir anda sən olmadan bunu nə edəcəyəm deyə düşünməyə başladım. Ağlımdan yandırmaq hər şeyi kül etmək fikri belə keçdi. Amma sonda heç olmasa bəlkə bunlarla yenidən həyata tutunmaq şansım olar deyə ümid edərək başladığım işi bitirmək üçün qollarımı sıvadım. Biləyim var gücü ilə qələmimi tutaraq yazmağa başladı. Sənə görə sənin xatirənə görə.

Bir zamanlar sənə səndən gizli heç bir şeyim olmayacağını və əsla yalan söyləməyəcəyimi demişdim xatırlayırsansa. Hələ də burada olduğunu düşünərək birbaşa sənə doğru bir şeyləri yazmaq. Düşün indi. Səncə mənim həyatım yoxsa mənim beynim yaşamaq üçün daha qəlizdir?

Sənə o zaman yalan söyləmişdim. Çünki hamı kimi mən də yalan söyləyirdim amma bu yalanları qarşımdakı hər hansı bir insanın qəlbinə dəyməmək şərti ilə onu incitməmək üçün söyləyirdim. Və bunu düşünərək bir növ vicdanımı rahatlatırdım. Ya da daha doğrusu ona da yalan söyləyirdim.

Ancaq səndən gizlədiyim şeylərə gəldikdə isə hər şeyi açıq-aşkar söylədiyim o gündən sonra sadəcə biri qalmışdı. Ki bunları heç zaman oxuya bilməyəcəyin üçün ortada gizli bir şey olmadığını da söyləyə bilmirəm lakin içdən-içə hər zaman haqqımda hər şeyi bildiyini, beynimdəki bütün olan bitəndən xəbərdar olduğunu bilirdim. Məncə bilməsəydin gedərdin. Çünki qorxu bilməməkdən yaranır və sən qorxsaydın yanımda bir dəqiqə belə durmazdın.

İlk tanış olduğumuz zamanı xatırlayırsan? Yağışlı bir gün. Universitetin həyətində kitab stendlərinin yanında. Həyatımın axışını dəyişdirən gün. Öncələri yaxşı anlamda sonralar isə tam bir hüsran. Bəzən həyatın yaşamımızın axışını tez bir zamanda gah bu yana, gah o yana yönləndirməsini bu yönləndirmə ilə sanki heç nə olmamış kimi sanki belə də olmalı imişcəsinə sıradan bir hal olaraq davam etməsi əslində isə insanların bizlərin bu dəyişikliklərə bu ani yönləndirmələrin həyatımıza müdaxiləsi ilə necə bir hal aldığımız hansı durumlara düşməyimiz önəmsiz hal kəsb edir. Ən azından öz həyatımdan misal gətirərək bu qənaətə gələ bilirəm. İndi düşünürəm də bu günki içində olduğum vəziyyəti yaşamağa səbəb olacaq hər hansı bir vəziyyətin yaranmasına kaş imkan verməzdim. Bəlkə o zaman həyatın bu döngüsünə qalib gələ biləcəkdim və öz azad hür istəyimlə öz yaşamımı özümün istədiyi formada şəkilləndirəcəkdim. Hər bir kəsin arzu etdiyi kimi deyə düşünürəm. Çünki hər kəs bir dəfə gəldiyi bu dünyada ürəyindən keçdiyi kimi azad bir formada yaşamaq
Yüklə 280,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin