Redaktoru Gülər Ələkbər qızı



Yüklə 101,23 Kb.
Pdf görüntüsü
tarix02.03.2017
ölçüsü101,23 Kb.
#9947

3t



~

HEYVANLAR

aləminin

ensiklopediyası

Bakı.  Maarif.  2006



Redaktoru

Gülər  Ələkbər  qızı

Heyvanlar aləminin ensiklopediyası.  kitab



(cücülər,  balıqlar,  quşlar)

Maarif, 2006  64 səh.

5001000000

H  ------------------------  78-94

M  653/07/2006

İSHN  5-8020-1196-3



© G ə n c lik ,  1974 

© G ə n c lik .  1996

©   Maarif,  2006



MAYBÖCƏYİ

Mayböcəyi sürfə və pup şəklində iki il yerin altında 

yaşayır.  Bitkilərin köklərini və soğanaqlarını yeyir. 

Mayböcəyi may ayında görünür.  Axşamüstü torpaq 

yuvasından çıxır,  meyvə ağaclarının yarpaqlarını yeyir. 

Mayböcəyi bir neçə həftə yaşayır.

3

/


CIRCIRAMA

Alabəzək cırcırama çox gözəldir.  O,  suya yaxın yerlərdə 

yaşayır.  Zərif və cəlddir.  Uça-uça həşəratı  havada tutur. 

Sulardakı çömçəquyruq və  sürfələrlə qidalanır.  Cırcırama 

ovunu qüvvətli qabaq ayaqları  ilə tutur, parçalayıb yeyir. 

Ova şığıyıb hücum etməsinə görə cırcıramaya kəpənəklər 

aləminin çalağanı deyirlər.

4

KƏPƏNƏK

Kəpənək çiçəyə bənzəyir,  gözəlliyinə görə ona uçan 

çiçək də demək olar.  Kəpənəklər rəngbərəng olurlar. 

Kəpənək yumurtalarla artır, yumurta tırtıla dönür,  sonra 

barama olur və kəpənək çıxır.  Tırtıllar çox acgözdülər, 

onlar nə olsa yeyirlər,  bitkilərə çox zərərləri dəyir. 

Kəpənək özü isə çiçəklərin tozlanmasına kömək edir. 

Kəpənəyin ömrü az olur  iki-üç gün yaşayır.  Yumurta 

qoyandan sonra ölür.

5


ƏQRƏB

Əqrəblər cürbəcür olur.  Onların bəzisi insan üçün 

qorxuludur.  Əqrəbin bədəninin qabaq hissəsində 

qısqacları var.  Əqrəb ovunu bu qısqaclarla tutur,  əqrəbin 

arxa hissəsində zəhərli neştəri vardır.  Bununla o, tutduğu 

ovu sancıb zəhərləyir.  Əqrəb quru və  isti yerlərdə 

yaşayır.  O daha çox diri həşəratlarla qidalanır.  Dişi əqrəb 

bir neçə gün öz balalarının üstündə olur.  Balalar dişi 

əqrəbdən uzaqlaşmayanda onları tutub yeyir.

6

PARƏBÜZƏN

Parəbüzən cürbəcür rənglərə çalır:  qırmızı,  sarı,  ağ. 

Parəbüzənin üstü xal-xal  olur  qara xırdaca xallar. 

Parəbüzən bitkiləri məhv edən zərərli həşəratları yediyi 

üçün taydalı böcək sayılır.

Bitkilərə zərər verən həşəratı məhv etmək üçün o sahəyə 

parəbüzən buraxırlar.

7


EŞŞƏKARISI

Eşşəkarısı adi arıya bənzəyir.  Rəngi  bir az açıqdır, az 

yaşayır.  Ana arının ömrü daha az olur.  Bu arılar cücü və 

ət yeyir.  Torpaqda ana arı  ağac ovuntusundan kiçik şanlar 

qurur və hərəsinə bir yumurta salır.  Bundan başqa 

cücülərin sürfələri  üstünə yumurtalar salır,  onları çəkib 

yuvasına gətirir.

8

BAL ARISI

Baharda hər ana arı erkək və işçi arılar yetişdirmək üçün 

münasib yerdə pətək düzəldir.  Bal arısı mum ifraz edir və 

bundan xırda gözcüklü şan qurur.  Hər gözcüyə ana arı bir 

yumurta salır.

Bal arısının hər pətəyində ana arı ilə bərabər işçi və erkək 

arı olur.

9


İPƏKQURDU

İnsanlar ipəkqurdunu qədim zamanlardan tanıyırlar. 

Əvvəllər özü qidalanırmış.  İndi  isə bəslənir.  Qurd tut 

yarpağını yeyib yapışqanlı  şirə ifraz edir,  bu şirə bərkiyib 

ipək tellərə dönür.

İpəkqurdu hazırladığı ipək tellərdən öz ətrafında üç günə 

barama toxuyur, özü baramanın içində qalır.

10

HÖRÜMÇƏK

Hörümçək çox bacarıqlı tor əyirən,  tor qurandır.  O çox 

nazik tor hörür.  Tora çoxlu cücü düşür.  Hörümçəyin çoxlu 

növləri vardır.  Onlardan bəzisi zəhərli də olur.  Tora 

saldığı cücüləri hörümçək zəhərli  iynələri  ilə sancıb 

öldürür.

Hörümçək toru həm hörümçəyi,  həm də onun balalarını 

qoruyur, qoyduğu yumurtanı  isti saxlayır.

11


QARIŞQA

Qarışqa ta qədim zamanlardan bəri zəhmətsevərliyi ilə 

tanınır.  O,  işini nizamla qurur və işləməkdən yorulmur. 

Qarışqa dünyanın hər yerinə yayılmışdır.  Yalnız soyuq 

Arktikada qarışqa olmur.  Qarışqa dən,  ot və şəkərli 

maddələr yeyir.  Qarışqanın ifraz etdiyi  şirəyə qarışqa 

turşusu deyirlər.

Qarışqada üç duyğu var  görmək,  eşitmək, qoxu duyğusu.

12

MİLÇƏK

Milçək yer üzündə çox yayılmış,  sürətlə  artıb-törəyən, 

xəstəlik yayan bir həşəratdır.  O uçub hər yerə qonur 

zibilə də, xörəyə də,  insanın üstünə də.  Milçək hər şey 

yeyir.  Milçəyi  hətta zəhərli kimyəvi maddələrlə də məhv 

etmək çətindir.

Milçəkləri məhv etmək üçün DDT adlanan zəhərli, 

öldürücü maddələr işlənir.  Lakin milçəklərin nəsli get- 

gedə bu zəhərli maddələrə də öyrəşir,  qırılmır.

13


ATƏŞBÖCƏYİ

Yay gecələrində çəmənlərdə çoxlu parıldayan işıqlar 

görünür, bunlar atəşböcəyidir. Atəşböcəyi ilbizlərin 

üstünə zəhərli maddə çiləyir, öldürüb yeyir.  Sonra da 

ilbizin yuvasına girir.

Braziliyada olan atəşböcəklərdən yerlilər batareyalı cib 

fanarı kimi  istifadə edirlər.  Atəşböcəyinin işığı onun 

bədənində gedən kimyəvi proseslə bağlıdır.

14

SİSƏK

Sisək bizim çöllərdə də çox yayılmış həşəratlardandır.

O, rütubətli,  ancaq günəşli yerdə yaşayır.  Özü üçün 

torpaqda yuva qazır,  ayaqlarını cırıldadır, bu onun 

nəğməsi hesab olunur.  Sisək ot, dən,  həşərat yeyir.

Erkək sisəklər dişiləri uğrunda bir-birilə kəskin mübarizə 

aparırlar.

15


MARALBÖCƏK

Bu iri  cücüyə çənəsində buynuz olduğuna görə belə ad 

verilmişdir.  Böcəyin  dişisi erkəyindən çox kiçik olur. 

Yuvasından az-az çıxır.  Buynuzlu maralböcək palıd və 

şabalıd meşələrində yaşayır,  onun sürfələri ağac  şirəsi 

yeyir və ağaca böyük zərər vurur.

Buynuzlu maralböcəklər ancaq gecələr üzə çıxırlar.

16

Д



У

гч

З

İLBİZ

İlbiz rütubətli yerlərdə yaşayır.  Onun dilində çoxlu sümük 

kimi bərk xırda çıxıntılar var.  İlbiz yarpağı, cücüləri, 

qurdları  yeyir.  Payızda soyuqlar düşəndə yumrulanıb 

zirehinə girir və onu selik pərdə ilə bağlayır.

İlbiz illərlə yeməksiz və  susuz^qala bilir.  Bəzi ölkələrdə

ilbizləri bişirib yeyirlər 

fcıaycan  Respublikası  Prezidentininl

İşlər İdarəsi



P R E Z İD E N T  KİTABXANASI

17


ADI  TIKANBALIQ

Bu balığın pulları  olmur.  Avropa çaylarında,  dənizlərə 

yaxın  yerlərdə yaşayır.  Adi tikanbalıq acgöz olur.  Çayın 

dibində yosundan qolbaq  şəklində yuva düzəldir;  dişi 

balıq  həmin yuvada kürü tökür,  yuvasının yanında 

dayanıb ona göz qoyur.  Tez-tez üzgəclərinin hərəkəti  ilə 

yuvasının suyunu dəyişdirir.

18

UÇAN  BALIQ

İsti ölkələrin dənizlərində yaşayır.  Uçan balıq əslində 

uçmur,  dənizdən qüvvətlə sıçrayıb qırx metrə qədər atıla 

bilir.  Qanad şəklində üzgəcləri var.  Döş üzgəcləri yanlara 

açılır,  quyruq üzgəcləri  isə sağa-sola dönməyə kömək 

edir.

Uçan balıq ancaq dənizin coşqun dalğalı zamanında 



küləyin gücündən istifadə edib uçur.  Küləyin 

istiqamətində  atılır.

19


KİRPİ-BALIQ

Bədənini  tikan bürüdüyü üçün buna kirpi-balıq deyirlər. 

Bu balıq çox üzmür,  dalğaların üstündə qalmağı  sevir. 

Qovuğu hava ilə dolanda dərisi genəlir və kirpi-balıq şara 

oxşayır.

Kirpi-balığm həm dərisi,  həm daxili orqanları zəhərlidir.

20

Narval ət yeyən balıqdır.  Böyük “buynuzu” var.  Buzlu 



dənizlərdə yaşayır.  Dişisi  buynuzsuz olur.  Eskimoslar 

narval ovundan çoxlu qazanc götürürlər.  Onun dərisi, əti, 

yağı, dişi və bağırsağı  lazımdır, bağırsağı  ilə paltar 

tikirlər.

Keçmişdə adamlar narvalın dişindən müalicə üçün 

istifadə edirdilər.

21


ALA BALIQ

Ala balıq Alp göllərində,  dağ çaylarında və təmiz axar 

sularda yaşayır, müxtəlif rəngdə olur.  Əti çox dadlıdır. 

Ala balıqların bəzisinin ağırlığı on-on bir kiloqrama çatır. 

Ala balığı  süni göllərdə də yetişdirirlər.

Ala balıq kürünü gecələr tökür.  Bir kiloqram ağırlığında 

ala balıq iki minə qədər kürü tökür.

22

MİŞAR-BALIQ

Bu balıq uzun bumunun iki tərəfində mişar kimi  dişləri 

olduğu üçün mişar-balıq adlanır.  Bumu ilə qumu qazır və 

tapdığı xırda balıqları,  xərçəngləri,  ilbizləri yeyir.  O, 

balinadan da qorxmur,  onu bumu ilə yaralayır.

Mişar-balıq özünü balıq dəstəsinin arasına vumr,  bumunu 

o yan-bu yana çalaraq mişar dişləri  ilə balıqları çapıb 

öldürür və yeyir.

23


DELFİN

Delfın kiçik balina cinsinə aiddir.  Yüksəyə atılmağına, 

cəld hərəkətlərinə görə ona “dəniz akrobatı” deyirlər. 

Delfınlər böyük dəstələrlə üzürlər.  Gəmilərin qabağında 

günlərlə  suya baş vurub hünər göstərirlər.

Delfın ağzını  açıb kiçik balıq dəstələri  olan yerlərdə 

sürətlə üzür,  ağzına düşən kiçik balıqlarla qidalanır.

24

KÖPƏKBALIĞI

Köpəkbalığı  ən yırtıcı dəniz heyvanıdır.  Onun 

cəhəngində möhkəm, uzun,  iti dişləri var.  Köpəkbalığı 

sürətlə üzür,  ov etməkdən doymur.  İnsana da hücum edir. 

Köpəkbalığının cəhəngi və mədəsi elə yekədir ki,  suitini 

diri-diri  udur.

25


BALİNA

Balina dəniz nəhəngidir.  Onu çoxlu piyinə və sənayedə 

işlənən gərəkli dişlərinə görə ovlayırlar.  Balina dişləri ilə 

heç bir şey çeynəmir.  Ancaq kiçik heyvanları ağzında 

dişləri  ilə saxlayır.  Balinanın başlıca yemi xırda dəniz 

heyvanlarıdır.

Balina balasını əmizdirir. Nəhəng olmasına baxmayaraq 

boğazının yolu iyirmi beş  santimetrdir, buna görə iri 

balıqları uda bilmir.

26

TUTUQUŞU

Tutuquşuların vətəni Avstraliyadır.  Tutuquşu çox yaşayır, 

insanlardan “danışmaq” öyrənir.  Bəzən qısa, bəzən isə 

uzun kəlmələri,  cümlələri təkrar edə bilir.  İdman etməyi 

də öyrənir,  akrobat kimi oynayır.

Kiçik tutuquşuna lələklərinə görə “oxuyan tutuquşu”, 

aramsız cikkildəməsinə görə oxuyan “tutuquşu” da 

deyirlər.  Tutuquşu bir ildə təxminən iyirmi kiloqram dən 

və bir o qədər də meyvə yeyir.

27


TUTUQUŞU

“Ara” cinsindən olan bu quş Orta və Cənubi Amerikanın 

meşələrində yaşayır.  Onun uzunluğu bir metrə çatır. 

Tutuquşu çox yaşayır (yüz il ömrü olur).  Bu tutuquşular 

çox söz öyrənir, yaxşı danışır.

“Ara” cinsindən olan tutuquşu tutuquşuların ən yaxşısıdır. 

Keçmişdə braziliyalılar ona azadlıq simvolu kimi 

baxırdılar.  Tutuquşunun lələklərini qatranla bədənlərinə 

yapışdırıb özlərini bəzəyirdilər.

28

LİRA QUŞU

Bu quş hindtoyuğu böyüklüyündədir,  dağ meşələrində 

yaşayır.  Cücü və qurd yeyir.

Lira quşu bəzən başqa heyvanların,  hətta insanın səsini 

yamsılayır.

29


TUKAN

Tukan Argentina və Qviana meşələrində yaşayır.  Çox 

acgözdür.  Başqa quşların yuvasından yumurta oğurlayır. 

Bəzilərinin dimdiyi bədənindən də uzun olur.  Meyvəni 

dimdiyi  ilə qoparıb yuxarı  atır, göydəcə tutub yeyir.  Bir 

zamanlar yerli əhali tukan ətini  çox qiymətli sayırmış.

30

AĞACDƏLƏN

Ağacdələnlər cürbəcürdür:  böyük ağacdələnlərin rəngi 

alabəzəkdir,  kiçiklərininki  yaşıl.  Ağacdələnin uzunluğu 

iyirmi  beş santimetr olur.  Ağacdələn bir anda ağaca 

qonur,  caynaqlarını  ilişdirib ağacı dimdiyi  ilə döyəcləyir 

və dəlir.

Ağacdələn ağacların gövdəsinə daraşan qarışqaları məhv 

etməkdə böyük iş görür.  Yapışqanlı  dililə minlərlə 

qarışqanı çəkib yeyir.

31


ŞANAPİPİK

Bu quşun lələkləri olduqca gözəldir.  O,  yem axtaranda 

həmişə narahat-narahat boylanır.  Şanapipiyin başında 

yelpinc kimi  lələklər var, cücü ovlamağa gedəndə bub- 

bub-bub-bub edir.  Şanapipik insandan qorxmur.  Zərərli 

cücüləri  məhv edir.  Şanapipiyə hop-hop da deyirlər.  Hop- 

hop gün işığında pis qoxu verir,  buna görə düşmənləri 

onu rahat buraxıb kənar dolanırlar.

32

BAYQUŞ

Bayquşun qəhvəyi-sarı  lələkləri, narıncı-sarı gözləri  var. 

Aprelin əvvəlində ana bayquş yuvaya 2-4 yumurta qoyur. 

35  gündən sonra yumurtalardan xırdaca bayquşlar çıxır. 

Bayquş xırda heyvanları və kiçik quşları  tutub yeyir. 

Gündüzlər yuvasında oturub gecələr ova çıxır.  Bayquş 

çox yaxşı eşidir.

33


DOVDAQ

Bu,  böyük quşdur,  bəziləri hindtoyuğu boyda olur; 

düzənlikdə yaşayır,  ot,  cücü və xırda onurğalı  heyvanları 

yeyir.  Dovdağı  ilin müəyyən fəslində,  dadlı  ətinə görə 

ovlayırlar.  Dovdaq bərk qaçır,  ancaq nadir halda uçur.

34

DƏVƏQUŞU

Dəvəquşu ən  iri quşlardandır.  O,  səhraların kol-koslu 

yerlərində yaşayır.  Dəvəquşu çox acgözdür.  Çoxlu ot və 

xırda məməli  heyvanlar yeyir.  Vaxtilə dəvəquşunu gözəl 

lələklərinə görə ovlayırdılar.  Həmin lələklərdən bəzək 

işində istifadə edirdilər.

Dəvəquşu hər nə udsa (daş,  mıx,  şüşə və s.) həzm edə 

bilir.  Dəvəquşu bərk qaçır.  O,  saatda əlli kilometr yol 

gedə bilir.

35


PİNQVİN

Bu quş cənub qütbündə yaşayır,  uçmur,  ancaq yaxşı üzür. 

Daşlı  adalarda məskən salır.  Çılpaq qayaların üstündə 

yumurtlayır.  Balaları yumurtadan çıxanda onlara yem 

verir,  üzmək öyrədir.

İnsanlar pinqvin yumurtasını yemək üçün yığırlar. 

Pinqvinlər böyük dəstə  ilə bir yerə yığışanda da hər 

pinqvin öz balasını tanıya bilir.

36

DƏNİZ TƏLXƏYİ

Bu quş buzlu dənizlərdə olan yeganə qeyri-adi  quşdur, 

qısa dimdiyinin ucu qırmızı, ortası  sarı,  kökü isə 

bozumtuldur.  İki tərəfdən dimdiyinin küncündə qırmızı 

düymə var.  Dəniz təlxəyi cəlddir,  iti üzür və balıq tutur. 

Balıq və ilbizlərlə qidalanır.  Quruda cəldlik göstərə 

bilmir.  Pinqvinə oxşayır.  Dəniz təlxəyinin dimdiyi 

payızda solğun olur,  codlaşır.

37


QAĞAYI

Qağayı dəniz sahilində çox olur.  Bu quşlar çayların və 

göllərin sahillərində də yaşayır.  Böyük dəstələrlə uçur; 

balıq,  ilbiz və kiçik qurdlarla qidalanır,  gəmilərdən suya 

tökülən qırıntıları yeyirlər.  Qağayılar sahilə çıxanda 

çığırtı  salırlar.

Qağayılar ən küləkli havada da uçur.  Onlar küləyin 

istiqaməti  ilə süzür,  asanca enib-qalxırlar.

38

QARANQUŞ

Qaranquş baharın ilk müjdəçisidir.  O,  insandan çəkinmir, 

yuvasını  evlərin eyvanında tikir.  Qaranquş ağcaqanadı, 

milçəyi və başqa həşəratı məhv edən faydalı quşdur. 

Zərərvericiləri məhv etdiyi  üçün qaranquşu vurmaq, 

öldürmək olmaz.

39


GÖYƏRÇİN

Səyyah göyərçin adlanan göyərçinlər uzaq yollar keçirlər. 

Onlar saatda yüz kilometr uça bilirlər.  Qədim zamanlarda 

göyərçinin ayağına məktub bağlayır,  onu uzaq yerlərə 

göndərirdilər.  Göyərçin məktubu ünvana səhvsiz 

çatdırırdı.

40

LEYLƏK

Leylək uzunayaqlı ağ quşdur.  Ata və ana leylək birlikdə 

hündür ağacların  lap təpəsində,  işıq dirəklərinin başında 

yuva qururlar.  Leyləklər yazda uçub gəlir, yuva qurur, 

yumurta qoyub bala çıxarır,  payız düşəndə isti ölkələrə 

gedirlər.  Deyirlər ki,  leyləklər qış aylarını  Səudiyyə 

Ərəbistanında keçirirlər.  Müqəddəs  Məkkə şəhərini 

gəzib gəldiyinə görə leyləyi “hacıleylək” də adlandırırlar.

41


Bu quşa lələklərinin gözəlliyinə görə cənnət quşu 

deyirlər.  Cənnət quşunun erkəklərinin  lələkləri daha 

yaraşıqlıdır.  Başı,  qanadları  və quyruğu sarı,  qırmızı və 

narıncı  rəngə çalır.  Cənnət quşunun  lələkləri bəzək üçün 

işlədilir.  Bu quş o qədər də çox  uçmur,  az uçan 

quşlardandır.  Cənnət quşu ilin bəzi vaxtında oxuyub- 

oynayır.  Səsi  qarğa səsinə bənzəyir.

CƏNNƏT QUŞU

42

ŞƏFƏQ QUŞU

Döşü  şəfəq rəngində olduğuna görə ona şəfəq quşu 

deyirlər.  Bu quş çox soyuq iqlimdə yaşaya bilir.  Ona görə 

də qışda başqa ölkələrə uçmur.  Balaları  uçmaq öyrənənə 

kimi  onlara yem daşıyır.

Şəfəq  quşu cəld quşdur,  onun gözəl səsi var.  İnsandan 

qaçmır.


43

BOZ ŞAHİN

Boz şahin yırtıcı quşdur.  Havadan ovunun üstünə şığıyır, 

iti caynağı  ilə ovu yaralayıb tutur.

Boz şahın yuvasını xarabaların ən hündür yerində qurur. 

Ovçular onu əllərində gəzdirib ovun üstə şığıdırlar.

44

QU QUŞU

Kral qu quşları başqa qu quşlarından çox gözəl olmaları 

ilə (qara, ağ qu quşlarından,  vəhşi qu quşlarından, oxuyan 

qu quşlarından) fərqlənir.  Dəstə ilə yaşayırlar.  Yaraşıq 

üçün gətirilib gölə buraxıldıqda oraya tez alışır, uçub 

getmirlər.

45


BALIQÇIL

Bu quş mülayim iqlimli ölkələrdə yaşayır.  Kiçikləri 

sərçə, böyükləri  isə çöl ördəyi  irilikdə olur.  Balıqçıl balıq, 

ilbiz,  xırda xərçənglər yeyir.  Balıqçılların çoxlu növləri 

vardır.  Balıqçıl balıq tutmaq üçün suya əyilən budaqlarda 

gizlənir.  Balığı görən kimi atılıb tutur.  Ovunu meşənin 

sakit və  sıx yerinə aparıb yeyir.

46

QUTAN

Qutan balığı  çox sevir,  su kənarlarında yaşayır.  Onu 

uzaqdan da tanımaq  olur.  (Qanadları açılanda uzunluğu üç 

metrə çatır.) Qutan orta Amerikada daha çox olur. 

Dimdiyinin altındakı  dəri  kisə ilə balıq tutur,  kisəyə on 

litr su dolur.

Qutanlar dəstə ilə ova çıxıb balıq ovlayırlar.  Bu quşlar 

dövrə vurub balıqları  qova-qova sahilə gətirir,  suyun 

dayaz yerində asanlıqla tuturlar.

47


Kəkilli  duma orta Afrikada,  qamışlıqda suya yaxın 

yerlərdə yaşayır.  Cücü və dən yeyir.  Asanlıqla ələ 

öyrənir.  Çox gözəl və incə quşdur.

Kəkilli  duma qeyri-adi  bir şey görəndə qanadlarını  açır, 

gah bu,  gah o biri ayağı üstə başqa yerə qaçır.

KƏKİLLİ DURNA

48

MANDARİN  ÖRDƏYİ

Ördək cinsindən olan bu quş Çində və Yaponiyada 

yaşayır.  1830-cu ildə Avropaya parklardakı gölləri 

bəzəmək üçün gətirilib.  Çində ali dövlət məmurlarına 

“mandarin” deyirlər.  Həmin  quşun adı buradan alınmışdır. 

Onlar bu quşa müqəddəs quş kimi baxırlar.  Ana mandarin 

ördəyi  çox həssas olur.  Kənarda çubuqlardan,  çör-çöpdən 

balaları  üçün yuva tikir ki,  suya düşməsinlər.

49


KEÇƏL KƏRKƏS

Keçəl kərkəs quşların ən yırtıcılarındandır.  Qanadları 

açılanda üç metrdən də uzun olur.  Çirkin görünüşlü bu 

quş leş,  cəmdək yeyir.  Keçəl kərkəsin əsas məkanı 

Kordilyer dağları və Kaliforniyadır.

50

T  \



Qırqovul  elə quşdur ki, onu gözəl  lələkləri  ilə də 

tanıyırlar.  Qırqovulun əti  çox dadlı olur.  Qırqovul  çox 

olan yerləri mahir ovçular yaxşı bilirlər.  Qırqovul qəfəsdə 

də saxlanılır.

Qırqovul yaxşı qaçan,  az uçan quşdur.  Təhlükə hiss 

etdikdə qanadlanıb uçur.  Ağacların sıx budaqlarında 

gizlənib gecələyir.

51


QARTAL

Qartal  ən iri və ən yırtıcı quşdur.  Qartala Avropanın 

dağlarında rast gəlmək olur,  yuvasını  ən yüksək 

zirvələrdə tikir.  Qoyuna və kiçik heyvanlara hücum edir. 

Dəniz qartalları  da vardır.

52

BÖYÜK TETRA QUŞU

Böyük tetra quşu Avropa və Asiya meşələrində yaşayır, 

dən və yarpaq yeyir.  Tetra quşları dalaşanda bərk 

dimdikləşirlər.  Hətta bir-birlərini vurub öldürürlər.  Tetra 

quşunun uzunluğu bəzən bir metrə çatır.  Tetra quşuna çöl 

xoruzu (meşə xoruzu) da deyirlər.

53


SARIBÜLBÜL

Sarıbülbülə gözəl səsinə görə “nəğməkar quş” da 

deyirlər.  Vətəni  Kanar adalarıdır,  buna görə də sonralar 

ona Kanarye quşu adı verilmişdir.  Sarıbülbülün dişiləri 

cikkildəyir,  amma erkəkləri  gözəl  səslə oxuyur. 

Sarıbülbülün yemini müxtəlif bitkilərin dənindən 

düzəldirlər, onlar göyərti də yeyirlər.  Vəhşi 

sarıbülbüllərin lələkləri rəngbərəng olur.

54

к

BAĞBAN-QUŞ



Bu lələkləri tünd kiçik quşun vətəni  Malukk adalarıdır.  O, 

torpağın  üstündə nazik qamışdan yuva hörür.  Yuvasının 

qabağına rəngbərəng çiçəklər düzür.  Vaxtaşırı yuvasının 

qabağındakı çiçəkləri  dəyişdirib təzələyir.

55


BƏNNA  SƏRÇƏ

Bu sərçə də adi  sərçələrə bənzəyir.  Bənna sərçələr 

birlikdə ağac başında dam düzəldir.  Bəzən damın 

uzunluğu iki  metrə çatır.  Onlar cüt-cüt olub bu damın 

altında özlərinə ayrıca yuva tikir.  Yuvaya aşağı tərəfdən 

yol qoyurlar.  Bənna sərçələr cəld,  acgöz və səs-küylü 

olurlar.  Böyük dəstələrlə yaşayırlar.

Bənna sərçələrin yuvaları yaşayış məntəqəsinə oxşayır. 

Bu məntəqələrin hər birində yüzlərcə kiçik yuva olur.

56

KOLİBRİ  QUŞU

Bu balaca, cəld quş yaşıl,  qırmızı,  sarı, boz rəngli  olur. 

Ona ən çox Amerikada təsadüf edilir,  sıx və çiçəkli 

meşələrdə yaşayır.  Çünki belə meşələrdə çiçək,  nektar, 

cücü, həşərat çox olur.  Erkək kolibri quşları yazda dişiləri 

özünə cəlb etmək üçün cürbəcür akrobatik oyunlar 

çıxarır.


Kolibri balalarını dələ və qaranquşdan qoruyur.  Kolibri 

balaları  lap balaca olur,  elə buna görə də onlara kiçik cik- 

cik deyirlər.

57


HİND TOYUĞU

Beş yüz il bundan  əvvəl  hind toyuğu Amerikada sərbəst 

yaşayırmış.  Avropalılar yeni dünyanı kəşf edəndən sonra 

hind toyuğu ətinin dadlı olmasını bilib onu əhliləşdirdilər. 

İndi  dünyanın  hər yerində hind toyuğu var.

Hind toyuğunu Amerikada hindilər tutub kəsərlərmiş, 

ətini yeyib lələkləri  ilə paltarlarını  bəzəyərlərmiş. 

Hindilər hind toyuğunu bütlərinə (allahlarına) qurban 

kəsərdilər.

58

QAZ

Qaz ətini  insanlar çox qədim zamanlardan yeməyə 

başlayıblar.  Qaz əti çox dadlıdır.  Qazın tükündən yatacaq 

düzəldirlər.  Toyuq və ördək kimi əhliləşdirilmiş qaz da 

uça bilmir. Ancaq çöl qazları çox uzaqlara uçur.  İnsanlar 

əsrlər boyu qazın lələyindən qələm kimi  istifadə etmişlər. 

(Metal qələm yalnız  1839-cu ildə icad olunmuşdur.) 

İtaliyada roman cinsindən olan qazlar ildə yüzə qədər 

yumurta verir.

59


XORUZ

Xoruza toyuqların kralı deyirlər.  O, toyuqları,  cücələri 

başqa heyvanlardan qoruyur.  Bəzi ölkələrdə xoruz 

döyüşdürmək adətdir.  Xoruzlar döyüşəndə vaxt olur ki 

bir-birini dimdikləyib öldürürlər.  Xoruz döyüşdürmək 

qədim Yunanıstanda, Romada bir adət imiş.  İndi  bizim 

zəmanəmizdə də Asiyanın bəzi ölkələrində əyləncə üçün 

xoruz döyüşdürürlər.

60

TOYUQ

Toyuq yumurta verən ev quşlarındandır.  Həyətdə gəzib 

dolanır,  cücələrini qanadları altında qoruyur, yanında 

gəzdirir.  Toyuğun qanadları olsa da,  uça bilmir.  Toyuğu 

bizim eramızdan üç min il əvvəl Hindistan xalqları 

əhliləşdirib.  Amerikaya toyuq Amerikanın kəşfindən 

sonra gətirilmişdir.

61


ÖRDƏK

Ev ördəyi  çöl ördəyindən uça bilməməsi  ilə fərqlənir.  Ev 

ördəyi həyətdə yaşayır,  çöl ördəyi isə çöldə.  Çöl ördəyi 

ovçular üçün qiymətli qənimət sayılır.  Çöl ördəyinin əti 

daha dadlı olur.  Çöl  ördəyi  göldə üzür, ona yaşılbaş sona 

da deyirlər.

Çöl ördəyi yuvasını qamışlıqda düzəldir.  Yem dalınca 

gedəndə yuvasının üstünü qarnının altından yolduğu 

lələklərlə örtür.  Kənardan həmişə öz yuvasına göz olur, 

balalarının keşiyini  çəkir.

62

Əziz  uşaqlar,  nəşriyyatımızın  sizə  töhfə  etdiyi  hu 

ensiklopediya 

Belqradın 

Nolit 

nəşriyyatının 

buraxdığı 

heyvanlar  aləminin  ensiklopediyasının  mətn  və  şəkilləri 

əsasında  hazırlanmışdır.  Şəkillərin  çoxu  italyan  rəssamı 

Alberto  Matoninindir.  Bəzi  rəsmləri  isə  azərbayeanlı  rəssam 

İsgəndər  Kərimov  çəkmişdir.  Ensiklopediya  iki  kitabdan 

ibarətdir.  Birinci  kitab  cücülər,  balıqlar  və  quşlardan,  ikinci 

kitab isə digər heyvanlardan bəhs edir.

Əziz  balalar,  nəşriyyatımız  gələcək  illərdə  sizin  üçün 

Azərbaycanın  qoruq  və  yasaqlıqlarında  mühafizə  olunan 

heyvanlardan,  torpaqlarımızda  bitən  nadir  bitkilərdən  bəhs 

edən  şəkilli  kitablar  buraxacaq.  «Dünya  və  insan»  adlı  şəkilli 

coğrafiya  atlası  isə sizə gözəl hədiyyə olacaq.

63


M Ə K T Ə B   Y A Ş I  Ç A T M A M IŞ   U Ş A Q L A R   U Ç U N

Ibdii  redaktoru:

Fadlun  C) fond i

Texniki  redaktoru:

Leyla  Qarayeva

Korrektoru:

Tamella  No/orova

İ В  №   6465

Kağız:  formatı,  57x82  1/8  Ofset  kağızı.

Şnrti  у / v  8.0.  Uçot  n / v  8.0.

Tirajı  1000 

Sifariş  j\l' 5 

Miiqavib qiynınti  ib.

AZv )RBA'YUAN  Ri  SPUBLİKASI 

MOİX )N İ Y Yi )T  V () TU R İ ZM  N AZİ R Lİ Yİ

“ M A A R İF ”  Azerbaycan  D öv b t Todris-Pedaqoji Odobiyyatı  Nnşriyyalı. 



Bakı.  Bünyad/ado  küç..  15/74.

"/əngəzur-M /  Kiçik  İstehsalat  Müəssisəsi 

tərəfindən çap edilmişdir.

Yüklə 101,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin