Mülki Müdafiə haqqında



Yüklə 359,72 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix02.01.2022
ölçüsü359,72 Kb.
#43713
  1   2   3   4   5   6   7   8   9   ...   13
420 q (2)



 

Mülki Müdafiə haqqında 

Azərbaycan Respublikasının Qanunu 

Bu Qanun Azərbaycan Respublikasında mülki müdafiənin hüquqi əsasını və prinsiplərini 

müəyyən edir, mülki müdafiə sahəsində ictimai münasibətləri nizama salır. 

Madd

ə 1. Əsas anlayışlar  

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 

1) mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan 

Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan 

əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan 

Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal 

və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin 

edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər 

tərəfindən həyata keçirilən tədbirlər sistemidir

2) mülki müdafiə sistemi — mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi 

həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi 

fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur

3) fövqəladə hadisə — insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə 

ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti 

şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, 

qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir

4) fövqəladə hadisələrin qarşısının alınması — fövqəladə hadisələrin baş 

verməsi təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi 

hallarda isə insanların və onların sağlamlığının qorunması, ətraf mühitə vurula 

biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və 

əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir; 

5) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması — 

insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə 

vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin 

yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı 

həyata keçirilən qəza-xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir. 




Yüklə 359,72 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin