Mülkü müdafiə siqnalları



Yüklə 26,24 Kb.
səhifə1/3
tarix25.02.2022
ölçüsü26,24 Kb.
#53078
  1   2   3
Mülkü müdafiə siqnalları


Mülkü müdafiə siqnalları

Mülki Müdafiə sistemi – mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur. Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, «Mülki Müdafiə haqqında» qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli Fərmanına müvafiq olaraq mülki müdafiə tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə əhəmiyyətini və digər amilləri nəzərə alaraq respublikanın ərazisi zonalara, şəhərlər mülki müdafiə üzrə qruplara, təsərrüfat obyektləri isə mülki müdafiə üzrə dərəcələrə bölünür. İqtisadi İnkişaf Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin təqdimatı əsasında zonalar, şəhərlərin qrupları və obyektlərin dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikası ərazisinin Mülki Müdafiə üzrə zonalara bölünməsi 1 nömrəli Əlavəyə, Mülki Müdafiə üzrə şəhərlərin qrupları: I qrup, II qrup və III qrup olmaqla 2 nömrəli Əlavəyə uyğun olaraq müəyyən edilmişdir.

Ən mühüm təsərüffat obyektlərinə mülki müdafiə üzrə belə dərəcələr verilir: xüsusi əhəmiyyətli, I dərəcəli və II dərəcəli obyektlər. Mülki Müdafiə üzrə dərəcələr – fəaliyyətdə olan, inşa edilən, yenidən quraşdırılan və layihələşdirilən vacib sənaye, nəqliyyat, energetika və rabitə müəssisələrinə; xüsusi konstruktor bürolarına; neft-qaz mədənləri idarələrinə; dövlət əhəmiyyətli nadir mədəni sərvətlərə malik olan obyektlərə (arxiv, muzey, kitabxana, şəkil qalereyası); material və ərzaq bazalarına; su kəməri təsərrüfatına və digər dövlət əhəmiyyətli obyektlərə verilə bilər.

Mülkiyyət formasından asılı olmayaraq sənaye birliklərinə, şirkətlərə, kombinatlara və digər təsərüfat obyektəlrinə mülki müdafiə üzrə dərəcələr elə hallarda verilə bilər ki, onların müəssisələri, sexləri və idarəetmə orqanları vahid bir istehsalat sahəsində yerləşmiş olsun. İqtisadi və digər göstəricilərinə görə mülki müdafiə üzrə dərəcələrə aid edilməsi mümkün olmayan bütün digər müəssisələr və idarələr dərəcəsiz obyektlər adlanır. Tikinti təşkilatlarına, yeraltı mədən tikintilərinə, inzibati idarələrə, ictimai təşkilatlara, sanatoriyalara və istirahət evlərinə, teatr, kinoteatr, sirk, kommunalməişət xidməti idarələrinə, kənd təsərrüfatı obyektlərinə, qoruqlara və fəlakətli daşqın zonasında yerləşən bütün obyektlərə mülki müdafiə üzrə dərəcələr verilmir.

Nazirliklərin, komitələrin, baş idarələrin rəhbərləri mülki müdafiə üzrə dərəcələrə aid ediləcək təsərrüfat obyektlərinin siyahısını razılaşdırmaq üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edirlər. İqtisadi İnkişaf Nazirliyi təsərrüfat obyektlərinin razılaşdırılmış ümumi siyahısını təsdiq etmək üçün Nazirlər Kabinetinə göndərir. Layihələşdirilən obyektlərə mülki müdafiə üzrə dərəcə layihələşdirmə mərhələsində verilir. MM qüvvələrinin rabitə vasitələri-müxtəlif tipli telefon aparatlarından, telefon kabelindən, ultraqısadalğa radiostansiyalarından və tabel üzrə verilən digər avadanlıqdan ibarətdir. Müəllim qeyd edir ki, obyektlərdə də rabitənin adları çəkilən bütün dörd növündən aşağıdakı qaydada istifadə olunur:

Məftilli rabiətə – rayonun (şəhərin) nazirliyin (yuxarı idarənin) rəhbərliyi ilə: obyektin sığınacaqları, müşahidə postu, öz iş yerlərindəki sex və şöbə rəisləri və obyektin MM xidmətləri ilə əlaqə saxlamaq mümkündür. Radiorabitə – obyektdə, adətən MM rəhbərinin radioşəbəkəsi təşkil edilir, buraya dəstə komandirlərinin radiostansiyaları qoşulur. Obyekt MM rəhbərlərinin radiostansiyası isə şəhər (rayon) rəhbərinin radioşəbəkəsinə daxil edilir. Radiorabitədən xüsusən yürüş zamanı və zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən istifadə olunur.

Səyyar rabitədən – texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə əlavə vasitələr kimi, belə avadanlıq olmayan hallarda – əsas rabitə növü kimi istifadə edilir. Siqnalla rabitə vasitələri – sirenalar, siqnal raketləri və bayraqcıqları həm xəbərdarlıq üsün, həm də MM-in sərəncəm və komandalarını çatdırmaqdan ötrü yardımçı vasitələr kimi işlədilir. Rabitə xidmətini icra etmək üçün obyektlərdə, eləcə də MM qüvvələrində rabitə qrupları və manqaları yaradılır. Bunlardan təşkilati strukturu, şəxsi heyətinin sayı və avadanlıqla təchizat normaları yuxarı MM rəhbərləri tərəfindən müəyyən edilir.

Müəllim rabitə bölmələrinin təşkilati quruluşunu sxemlərdə izah edir, onların təchizatındakı əsas rabitə vasitələrinin nümunələrini göstərib, qısa taktiki-texniki göstəriciləri ilə dənləyiciləri tanış etdikdən sonra deyir ki, obyektin rabitə sistemi MM-in bütün fəaliyyət mərhələlərində – yəni müəssisənin daimi yerləşdiyi yerdə və xilasetmə işləri aparılan sahələrdə obyekt rəhbərini etibarlı rabitə ilə təmin etməlidir. Məsələn, müəssisənin daimi yerində MM-ə hazırlıq səviyyələrinə keçirilərkən rabitə burada əvvəlcədən düzəldilmiş idarəetmə məntəqəsindən təşkil edilir. Məntəqədə aşağıdakı rəbitə vasitələri olmalıdır:

- obyektin xəbərdarlıq vasitələrini idarə edən aparatlar;

- nazirliyin (şirkətin) eləcə də rayonun (şəhərin) MM qərargahı digər təşkilatları ilə telefon rabitəsi;

- müəssisənin sığınacaqları, «Hava həyacanı» siqnalı üzrə işini dayandırmayan sexləri, eləcə də MM qüvvələri, o cümlədən də müşahidə postu ilə bilavasitə, yaxud, obyektdəki ATS vasitəsilə telefon rabitəsi;

- rayonun köçürmə (qəbuletmə), toplanış, nəqliyyata mindirmə (düşürmə) məntəqələri ilə – şəhərin ATS-i vasitəsilə telefon rabitəsi;

- obyektin şəhərdənkənar zonadakı operativ qrupu ilə sifariş sistemi qaydasında telefon rabitəsi; - yerli MM qərargahı və fəaliyyətdə olan kəşfiyyat bölmələri ilə radio rabitəsi. Digər hallarda da rabitənin müxtəlif növlərindən kompleks surətdə istifadə edilir.

Sonra müəllim xəbərdarlığın təşkili sxemini izah edirXəbərdarlıq siqnalları və davranış qaydaları MM sistemində siqnalların və xəbərlərin verilməsi qaydası belədir:

Xəbərdarlıq siqnallarının həm respublika MM idarəsi tərəfindən verilib, regional şöbələrə, şəhərlərə və rayon mərkəzlərinə çatdırılması mümkündür, həm də siqnal, məlumat və xəbərlər şəhər, rayon və obyekt MM qərargahlarının özləri tərəfindən verilə bilər.Birinci halda – respublika MM idarəsindən, yaxud onun regional şöbələrindən, rayon mərkəzlərinə çatdırılan siqnallar yerli qərargah tərəfindən təkrar olunmalı, ərazidəki bütün obyektlər və əhali xəbərdar edilməlidir. Rəhbər-heyət iş və mənzillərdəki telefon vasitasilə xəbərdar edilir. Əhaliyə siqnal, xəbər və məlumatlar iş və yaşayış yerlərindən müvafiq MM rəhbərləri tərəfindən, eləcə də yerli radioyayım şəbəkəsi ilə çatdırılır. İstehsal, sosial və digər təşkilatların rəhbərlərinə rayonun, bir sıra hallarda isə paralel nazirliyin MM qərargahları xəbər verirlər.Obyektlərdə isə öz növbəsində əvvəlcədən avadanlıqla təchiz edilmiş xəbərdarlıq sistemi yaradalır, eləcə də rabitə və xəbərdarlıq sxemi tərtib edilir. Xəbərdarlıq sxemi obyektdə rəhbər heyətin, MM qüvvələrinin və digər işçilərin iş və işdənkənar vaxt xəbərdar edilməsi qaydasını müəyyən edən sənəddir.

Siqnal və sərəncamları tez çatdırmaq üçün vacib obyektlərin MM-ni mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminə qoşurlar.Belə sistem obyektin özündə də yaradıla bilər. Mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminin tərkibi S-40 və S-28 elektrik sirenalarından məsafədən idarəetmə və məcburi çağırış aparaturundan (MN-MÇA) və rabitə xətlərindən (kanallarından) ibarətdir.

S-40 elektrik sirenası küçələrdə qoyulmaq üçündür, səsi 300-700 metrdən eşidilir.S-28 sirenası isə sənaye müəssisələrinin səs-küylü sexlərində qoşulur. Məsafədən idarəetmə və məcburi çağırmış P-160 aparaturu elektrik sirenalarının mərkəzdən işə qoşulmasını, xəbərdarlıq siqnalları vermək üçün radioyayım qovşağı proqramının məsafədən məcburi surətdə dəyişdirilməsini, eləcə də rəhbər heyətin iş və mənzil telefonlarına çağırış siqnallarının məcburən verilməsini təmin edir.

Aparatura saz telefon şəbəkəsinin danışlıq gedən və ya baş xətləri üzrə işləyir. Beləliklə, bütün bu vasitələrdən istifadə rayonlarda, obyektlərdə təhlükə yarandığı barədə «Hamının diqqətinə!» xəbərdarlıq siqnalını əhaliyə çatdırmağın vahid sistemi yaradılır. Sonra müəllim qeyd edir ki, təbii fəlakət və qəza baş verən, yaxud, belə təhlükə yaranan hallarda, habelə düşmən basqını barədə əhalini xəbərdarlığın əsas üsulu radio və televiziya vasitəsilə şifahi xəbərlərin verilməsidir.

Belə xəbərlərdən əvvəl hökmən «Hamının diqqətinə!» siqnalı elan edilməlidir. Müəllim əldə olan xəbərvermə vasitələrindən – elektrik və əl sirenalarından, yaxud bu siqnallar yazılmış maqnitofon lentindən, vallardan istifadə etməklə siqnalı, eləcə də «Hava həyəcanı», «Hava həyəcanı qurtardı», «Kimya həyəcanı», «Radiasiya təhlükəsi», həmçinin müxtəlif təbii fəlakət və istehsalat qəzaları barədə xəbərlərin məzmununu dinləyicilərə çatdırır, belə hallarda əsas davranış qaydalarını imkan dairəsində izah edir. Sonra o, qeyd edir ki, təhlükə potensiallı obyektlər yerləşən sahələrdə isə, həmçinin lokal (məhəlli) xəbərdarlıq sistemi də yaradılmalıdır.Bu sistem obyektlərin və ərazinin vahid bir struktura birləşdirilmiş xəbərdarlıq vasitələrindən ibarətdir.

Məqsədi – fövqəladə hallar yarandığı barədə həmin obyektin işçilərini, habelə ehtimal olunan zəhərlənmə, yaxud fəlakətli subasma zonalarında yerləşən müəssisələrin, idarə və təşkilatların rəhbərlərini, eləcə də əhalini vaxtında xəbərdar etməkdir.

Lokal xəbərdarlıq sisteminin quraşdırılması sxemi və iş prinsipi, məsələn, kimyəvi təhlükəli müəssisələrdə belə ola bilər: kimyəvi təhlükəli obyektin radiotranslyasiya (radioyayım) qovşağı-buradan yaşayış məntəqəsinə əvvəlcədən çəkilmiş xüsusi kabel xətti və son xəbərvermə vasitələri – elektrik sirenaları, küçələrdəki səsucaldan cihazlar və mənzillərdəki radio reproduktorlar. Burada elektrik sirenaları ancaq «Hamının diqqətinə!» siqnalını vermək, küçə və mənzil radio reproduktorları isə hadisə şifahi xəbər və məlumatları, eləcə də davranış qaydalarını elan etmək üçündür. Təhlükə barədə siqnal və məlumatlar obyektin radioyayım qovşağından ya bilavasitə, ya da şəhərin (rayonun) mərkəzi radioyayım qovşağı vasitəsilə verilə bilər.Güclü qəzalar zamanı şəhərin lokal xəbərdarlıq sistemi ilə əhatə olunmamış rayonlarda əhalini xəbərdar etmək və onların zəhərli zonaya girməsinin qarşısını almaq məqsədilə səs ucaldan səyyar vasitələrdən də istifadə etmək mümkündür. Vəzifəli şəxslərə isə operativ məlumatları obyektin və şəhərin avtomat-telefon stansiyalarında quraşdırılmış məcburi çağırış telefon dayağı vasitəsilə çatdırmaq daha məqsədə uyğundur. Müəllim izah edir ki, lokal xəbərdarlıq sistemindən istifadə qaydası belədir: «kimyəvi təhlükəli obyektdə güclü, təsirli, zəhərli maddələrin ətrafa yayılması ilə baş verən qəza hallarında növbətçi dispetçerin fəaliyyət qaydası haqqında birtipli təlimat» mövcuddur.

Bu sənədə görə, belə obyektlərdə fövqəladə hallar yaranarkən müəssisənin növbətçi dispetçeri obyektdəki bütün işçilərə, həmçinin 2.5 km-dək radiusda yerləşən digər müəssisələrin, idarə və təşkilatların rəhbərlərinə, eləcə də əhaliyə xəbər vermək üçün müstəqil olaraq qərara gəlmək səlahiyyətinə malikdir. Deməli, o, belə hallarda heç bir əlavə göstəriş gözləmədən müəssisənin rəhbərliyinə, işçilərinə, qəza xidmətlərinin (qazdan xilasetmə, yanğınsöndürmə, tibb xidmətlərinin) növbətçilərinə MM qüvvələrinə, digər idarə və təşkilatların rəhbərlərinə yerli hökumət orqanlarına, şəhərin (rayonun) fövqəladə hallar komissiyası və MM qərargahlarının növbətçisinə, habelə əhaliyə xəbər verməlidir. MM qərargahı əvvəlcədən yazılmış siqnalı və xəbərlərin mətnlərini texniki vasitələrlə elan edərək, bundan sonrakı davranışı nizama salır.Adətən, xəbər və göstərişlərin mətnlərini proqnoz məlumatları əsasında müxtəlif variantlarda tərtib edib qərargahların operativ növbətçilik otaqlarında saxlayırlar. Məşğələyə yekun vurulması (məşğələnin araşdırılması).

Beləliklə, fövqəladə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət sisteminin rəhbər orqanları (komissiyalar) və saydığımız bu gündəlik idarəetmə orqanları onun idarəetmə sistemini təşkil edir




  1. Yüklə 26,24 Kb.

    Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin