Multikulturalizm Kanadada



Yüklə 327,1 Kb.
tarix30.12.2021
ölçüsü327,1 Kb.
#49274
Multikulturalizm Kanadada


Multikulturalizm Kanadada

Multikultural cəmiyyətin formalaşması və inkişafı tarixi təkamülün xüsusiyyətləri ilə, konkret olaraq sosial amillərlə müəyyənləşmişdir. Onu da qeyd edək ki, həqiqi multikultural cəmiyyətlərin formalaşmasında və inkişafında demokratik ənənələr mühüm rol oynayır, daha dəqiq desək, demokratiya multikultural cəmiyyətin əsl təkamülü üçün əlverişli şərait yaradır . Bölgələrin tarixi inkişafındakı müxtəlifliyə uyğun olaraq, həmçinin multikultkralizmin də müxtəlif modelləri mövcuddur. Bu gün Qərb multikulturalizmi multimədəni siyasətin çox pozitiv nümunəsi kimi İsveç, ABŞ, Avstraliya və Kanada multikulturalizminin timsalında özünü tam təsdiq etmişdir. Multikulturalizmin Kanada modeli yeni cəmiyyətdə hər millətin və etnik azlığın mədəni dəyərlərinin qorunmasına və inkişafına yönəlmiş dövlət siyasətidir. Kanadada multikulturalizm siyasəti kanadalıların etnik irsinin qorunması istiqamətində həyata keçirilir. Bu siyasətin ana xətti Kanadada yaşayan, mənşəcə etnik kanadalı olmayan insanlara dözümlü münasibətin olmasıdır. Kanadada multikultural cəmiyyətin formalaşması 1960-cı illərə təsadüf edir. Kanada hökuməti əhalinin irqi, etnik və konfessional müxtəlifliyini qəbul edirdi ki, bu da Kanada cəmiyyətinin əsas milli xüsusiyyətinə çevrilmişdi .  Bu o deməkdir ki, multikulturalizm kanadalıların ən mühüm milli xüsusiyyətlərindən biridir. Kanadada dini müxtəliflik mövcuddur. Kanadada rəsmi bir kilsə mövcud deyil və hökumət dini müxtəlifliyi dəstəkləyir. Kanadada dini etiqad azadlığı qanunlarda öz əksini tapıb və insanların toplaşmaq və öz dinlərinə etiqad etmək azadlığı var.  Bu ölkədə multikulturalizm Azadlıq və Hüquqlar Kanada Nizamnaməsinin 27-ci maddəsi ilə qorunur . Kanada əhalisinin etnik tərkibi də çox rəngarəngdir. Kanada, yerli əhalisi – eskimoslar və hindularla bərabər, miqrasiya dalğaları nəticəsində polietnik, polikonfessional qruplardan təşkil olunan kosmopolit bir əhali tərkibinə malik olan ölkədir . Ölkə əhalisinin 22%-ni (7,5 milyon nəfər) immiqrantlar təşkil edir. Kanada 19-cu əsrdən etibarən geniş immiqrasiya dalğalarını yaşamışdır. Artıq 1980-ci illərdə ölkə əhalisinin 40% -ni ingilis və fransız mənşəli immiqrantlar təşkil edirdi. Bu iki cəmiyyət Kanada tarixində böyük əhəmiyətə malikdir və bunlar dövlətinin iki qurucu xalqı olmaqdadır. Avropa mənşəli olan bu iki xalqın nümayəndələri 21-ci əsrin əvvəllərində artıq ölkə əhalisinin əksəriyyətini meydana gətirir. Kanadada multikulturalizm XX yüzilliyin 60-cı illərinin sonlarında Kvebek separatizminə cavab olaraq elan edilmiş və tam mərhələli şəkildə həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, II Dünya müharibəsindən sonra Kanadada ingilisdilli icmalarla fransızdilli icmalar arasında kəskin mübahisələr yaranmışdı. Multikulturalizm siyasətinin həyata keçirilməsi məhz bu mübahisələrin əsl diplomatik yollarla həll edilməsinə, həmçinin Kvebek separatizminin qarşısının alınmasına, dövlətin ərazi bütövlüyünün tam təmin edilməsinə eləcə də ölkəyə Vyetnamdan, Hindistandan, Çindən, ərəb ölkələrindən və Afrikadan kütləvi miqrant axınının intensivləşməsi ilə əlaqədar yenidən formalaşan multimədəni mühitin tənzimlənməsinə xidmət edirdi. Kanadada multikulturalizmin dövlət siyasəti qismində qəbul olunmasında və separatizm hərəkatına son qoyulmasında Kanadanın 15-ci baş naziri, 1968-1979
və 1980-1984-cü illər ərzində Kanadaya rəhbərlik etmiş fransız əsilli Josef Pyer İves Elliott Tryudonun müstəsna xidmətləri olmuşdur .

Kanadada qəbul edilmiş multikulturalizm siyasəti ABŞ-da həyata keçirilən və “Əridən qazan” (ing. “Melting Pot”) adlanan assimilyasiya siyasətinin tam əksi idi. 1982-ci ildə Kanada konstitusiyasının bir hissəsi olan “Hüquq və azadlıqlar xartiyası” (ing. “Canadian Charter of Rights and Freedoms”) qəbul olundu. Burada qeyd olunan əsas müddəalardan biri “müxtəlif etnik-milli qrupların sosial-mədəni irsinin qorunması və genişləndirilməsi zərurətini ifadə edirdi”. 90% əhali dərisinin rəngindən və etnik mənsubiyyətindən asılı olmayaraq, hamının bərabər imkanlara malik olması ideyasına, müqəddəs əqidə kimi inanır. Kanadada etnik azlıqlara münasibətdə hakim etnik qrup tərəfindən assimilyasiya siyaseti aparılmır. Kanadada hər bir etnik qrupun üzvləri öz ana dilindən azad dildə istifadə etmək , həmçinin doğma dildə təhsil almaq hüquqlarına da malikdirlər .



Bu vacib situasiya Kanadada yaşayan etnik azlıqların özəl mədəni dəyərlərini və mili kimliklərini qoruya bilməsinə şərait yaradır. Kanada 1534-cü ildə Fransalı səyyah Jak Kartye tərəfindən kəşf edilmişdir . Kanadada reallaşdırılan multikulturalizimin fundamental prinsipini , hələ Böyük Fransa İnqilabi zamanı irəli sürülmüş “ Millətin içində millətə yer yoxdur “ kimi şüar təşkil edir . Beləliklə , Kanada multikulturalizimin ali məqsədi mədəni müxtəlifliyin etibarlı qorunması şərti ilə vahid “Ümumkanda kimliyin”yaradılmasına nail olmaqdan ibarətdir . Qeyd edək ki, Kanada multikulturalizm modeli bir çox cəhətləri ilə Azərbaycan multikulturalizm modelinə bənzəyir . Kanadanın müasir həyatı dilindən, dinindən, etnik mənşəyindən asılı olmayaraq cəmiyyətdə yeni və fərqli bir fərd düşüncəsini yaratmaqdadır. Bu fərd düşüncəsi, etnik mənşə ilə bağlı əlaqələri minimuma endirmişdir.





Beləliklə, cəmiyyətin siyasi birliyinin tam mühafizəsi şərti ilə, ölkə ərazisində təmsil olunan bütün etnik-mədəni müxtəlifliklərin hüquq və azadlıqlarının qorunmasına, inkişafına və əsl tərəqqisinə istiqamətlənmiş multikulturalizm siyasəti Kanadada öz bəhrəsini verməkdədir. Bu gün isə Kanada dövləti iqtisadi-mədəni və hərbi-siyasi cəhətdən inkişaf etmiş dövlətlər sırasında qabaqcıl yerlərdən birini tutur. Məhz multikulturalizm siyasətinə rəğmən ölkədə separatizm meylləri minimuma endirilmişdir. Qlobal iqtisadi, siyasi və etnik-mədəni proseslərin dinamik şəkildə cərəyan etdiyi müasir münaqişəli cəmiyyətdə, yarım əsr bundan əvvəl siyasi müstəviyə çıxarılmış və dövlət siyasəti kimi təsdiq edilmiş Kanada multikulturalizmi modelini Qərb multikulturalizminin əsas etalonu hesab etmək olar . Kanada cəmiyyəti isə bütün sivil cəmiyyətlər içərisində əsl tolerantlıq etalonu kimi özünü təsdiq etmişdir.
Yüklə 327,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin