Distansion metodlar



Yüklə 33,5 Kb.
tarix02.01.2022
ölçüsü33,5 Kb.
#41143
DİSTANSİON METODLAR






DİSTANSİON METODLAR

Geoloji mühitin monitorinqi sistemində 2 əsas üsuldan istifadə edilir: aerokosmik və geofiziki. Geoloji mühitin distansion aerokosmik tədqiqat metodları içərisində uğurla istifadə oluna bilən əsas növlər aşağıdakılardır: fotoplanalma (FR), televiziya (T), infraqızmızı planalma (YQP), radioistilik (RİP), radiolakasiya radar (RRS) və çoxzonallı planalma. Bu metodlar geoloi mühitin texnogen dəyişmələrinin qiymətləndirilməsində, çirklənmə ərazilərinin axtarışında, geoloji mühitin texnogen dəyişmələrinin dinamikasının qiymətləndirilməsində səmərəlidir. Geoloji mühitin monitorinqi sistemində distasion metodlar içərisində çox vaxt aerokosmik deşifirləmə metodundan istifadə olunur. Bu zaman planalmanın miqyasından asılı olaraq müxtəlif miqyaslı şəkillər istifadə oluna bilər. Belə ki, iri miqyaslı geoloji planalma üçün 1:1000-1:3000 miqyaslı aeroşəkillər istifadə olunur. Onlar geoloji mühitin müxtəlif elementlərinin və b. təbii komponentlərin texnogen dəyişmələrini daha dəqiq öyrənməyə imkan verir. Daha kiçik miqyaslı (1:10000-1:3000) şəkillər landşaftların texnogen dəyişmələrinin, litosferin və geoloji mühitin digər dəyişmələrinin qiymətləndirilməsində faydalıdır.

Kosmik şəkillər Yerin və onun resusrslarının öyrənilməsində olduğu kimi, ükoloji xəritələmədə də mühüm əhəmiyyəti vardır. Kosmik informasiya ekoloji vəziyyətin təbii və antropogen amillərinin tənliyində eyni dərəcədə faydalıdır.

Geoloji mühitin monitorinqində müvəffəqiyyətlə tətbiq edilən distansion metodlar içərisində çoxzonallı aerofotoplanalma (AFP) və çoxzonallı aerokosmik fotoplanalma (AKFP) ilk yerə çıxçışdır. Şəkillər spektrin müxtəlif diapazonlarında yerinə yetirilir və nəticədə geoloji mühitin bu və ya digər obyektinin (torpaq, səth suları, asfalt, mühəndis qurğular, səth qruntları) özünəməxsus “spektral sürəti” əldə olunur. Avtomatlaşdırılmış AFP və AKFP deşifirlənməsi və onların təhlili sonda geoloji mühitin vəziyyəti və dəyişməsi haqqında əsaslı informasiya almağa imkan verir.

Böyük sahələrdə yerləşən, çoxlu sayda obyektlərə nəzarətin distansion metodları içərisində istilik planalması (İQP) xüsusi yer tutur. Bu metod elektromaqnit spktrin infraqırmızı hissəsinin orta və uzaq diapazonlarında yerinə yetirilir. Geoloji mühitin istilik qırmızı planalmasına əsaslanan monitorinq distasion istilik monitorinqi adlanır. Yer səthinin istilik sahəsi yüksək zaman və məkan daxilində dəyişdiyinə görə texnogen və antropogen amillərin təsiri altında aormalaşır, bu isə çətinliklə hesaba alınır. Ona görə, bu monitorinqin nəticəsi ilə dəqiq mülahisə söyləmək olmur, xüsusilə şəhər ərazilərində.

Bu metod maye çirkləndiricilərin səth hidrosferinə atılması, qaz çirkləndiricilərin atmosferə atılması, müxtəlif maye tullantılaı toplayıcılaından, suvarma sistemlərindən, yerüstü və yeraltı istilik şəbəkələrindən və digər kommunikasiyalardan, daimi donmuş suxur zonalarında bina və qurğuların mövcudluğu öz-özünə yanma ocaqları və s. texnogen təsirlərin aşkar olunması və s.

Orta dalğa tezlikli diapazonda yerinə yetirilən radiolokasiya planalması (RLP), istilik planalmaya nisbətən daha geniş informasiya verir , bu metodla torpaqların səth qatının rütubətliyinə və qrunt sularının səviyyə vəziyyətinin dəyişmələrinə nəzarət edə bilir.

Baxdığımız distasion müşahidə metodları səthdə, yaxud onun kəsilişinin ən yuxarı hissəsində baş verən proseslərin dinamikasını nəzərdə saxlamağa imkan verir. Lakin bir sıra hallarda monitorinq sistemində suxur laylarında baş verən proseslərə nəzarət vacibdir. Bunun üçün müxtəlif distasion geofiziki tədqiqatlar metodu istifadə olunur. Monitorinq sistemində geofiziki tıdqiqatlar metodunun üstünlüyü bir sıra peoseslər üzrə fasiləsiz rejim informasiyalarının alınmasının mümkünlüyüdür.



Geoloji mühitin monitorinqində tətbiq olunan əsas geofiziki metodlar içərisində fasiləsiz seysmoakustik profilləmə, elektrik zondlama, təbii elektrik sahəsi, rezistivometriya və termometriya metodlarını qeyd etmək olar. Müxtəlif səyyar geofiziki komplekslər böyük əraziləri qısa vaxtda tədqiq edə bilirlər.
Yüklə 33,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin