Ekonometrika – real statistik məlumatlar əsasında iqtisadi proseslərin riyazi modelləşdirilməsi mexanizmi kimi



Yüklə 34,63 Kb.
tarix02.01.2022
ölçüsü34,63 Kb.
#35310
ASEU TEACHERFILE WEB 490384098330564330.docx 1608748302.docx


Ekonometrika – real statistik məlumatlar əsasında

iqtisadi proseslərin riyazi modelləşdirilməsi

mexanizmi kimi

Daima mürəkkəbləşən iqtisadi proseslər onların öyrənilməsi və təhlilində xüsusi metodlardan istifadəni tələb edir. Bu tip metodlar içərisində ən səmərəli yanaşma riyazi modelləşdirmə və kəmiyyət təhlilinə əsaslanan metodlar hesab edilir. Bu metodlar iqtisadi tədqiqatlarda yeni bir istiqamətin - Ekonometrikanın yaranmasına gətirib çıxartmışdır.

Formal olaraq “Ekonometrika” - “iqtisadiyyatda ölçmələr” deməkdir. Lakin bu elmin tədqiqat obyekti xeyli genişdir. Son illərdə beynəlxalq elmi məktəblədin bir çoxu Ekonometrikaya real statistik məlumatlar əsasında real iqtisadi hadisələrin riyazi modellərinin qurulması, təhlili və təkminlləşdirilməsi ilə məşğul olan bir eim kimi yanaşır. Ekonometrika bu və ya digər iqtisadi qanunun və ya hipotezin həqiqiliyini və səhvliyini kəmiyyətcə sübut edir. Ekonometrikanın mühüm istiqamətlərindən biri də mürəkkəb iqtisadi göstəricilər üzrə proqnozların qurulmasıdır.

Ekonometrikanın predmetinə bu cür yanaşma iqtisadi sistemlərin tədqiqinin başqa bir vacib istiqamətin – optimal idarəetmə strategiyalarının qurulmasını əhatə etmir. Odur ki, biz ekonometrikaya daha geniş məzmunda yanaşaraq belə hesab etməliyik ki, iqtisadi sistemlərin qarşıya qoyulmuş məqsəd baxımından ən yaxşı (optimal) davranış strategiyalarının seçilməsini təmin edən optimallaşdırma üsulları da Ekonometrikanın tədqiqat müstəvisinə daxildir.

Ekonometrikanın əsas vəzifələrinə aşağıdakıları aid etmək olar:


  • Ekonometrik modellərin qurulması, yəni iqtisadi modellərin riyazi formada təsviri. Bu problemə çox vaxt spesifikasiya da deyilir

  • Qurulmuş modelin parametrlərinin qiymətləndirilməsi və bununla da onun real məlumatlara adekvatlığının təmin edilməsi. Bu mərhələyə parametrləşdirmə mərhələsi deyilir.

  • Modelin tapılmış parametrlərinin və bütövlükdə modelim özünün keyfiyyətinin yoxlanması. Bu mərhələyə verifikasiya mərhələsi deyilir.

  • Qurulmuş modeldən tədqiq olunan iqtisadi göstəricilərinin davranışının izah edilməsi və proqnozlaşdırılması üçün istifadə Ekonometrik tədqiqatların bu ardıcıllığını aşağıdakı sxem şəklində göstərmək olar.


Bu sxem ekonometrik modelləşdirmənin dövrü xarakterini - iqtisadi nəzəriyyədən modelə və əksinə modeldən daha yaxşı dərk edilmiş iqtisadi nəzəriyyəyə doğru hərəkəti əyanı şəkildə əks etdirir.


Bazar strukturlarının idarə edilməsi idarəetmə qərarlarının qəbul edilməsi qarşısına yeni tələblər qoyur. Bu tələblər hər şeydən əvvəl onunla əlaqədardır ki, qəbul edilən idarəetmə qərarları mümkün qərarlar içərisində ən yaxşıları olmalıdır. Yəni optimal qərarlar olmalıdır (optimal dedikdə mümkünlərin yaxşısı başa düşülür). Başqa sözlə desək, idarəetmə qərarlarının qəbul edilməsi idarəetmədə keyfiyyətcə yeni pillə olan optimal qərarlar pilləsinə yüksəlməsidir. Optimal qərarların qəbul edilməsi alternativ qərar variantlarının müqayisə edilməsi yolu ilə aparılır. Belə müqayisəni isə yalnız riyazi instrumentarilərdən istifadə əsasında reallaşdırmaq olar. Odur ki, iqtisad elminin gələcək təkamülünü müasir riyaziyyatın və informasiya-komunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadəsiz təsəvvür etmək mümkün deyildir.

İqtisadi tədqiqatlarda riyazi üsullardan istifadənin çox qədim və zəngin tarixi var. Lakin bu istiqamətdə atılmış ilk əsaslı addım XVIII əsrin ortalarına təsadüf edir və görkəmli fransız alimi Fransua Keynenin adı ilə bağlıdır. O özünün «İqtisadi cədvəllər» əsərində iqtisad elmi tarixində ilk dəfə olaraq milli iqtisadiyyatın kəmiyyət modelini qurmağa cəhd göstərmişdir.



İqtisadi tədqiqatlarda riyazi üsullardan istifadə təcrübəsində körkəmli xidmətləri olmuş alimlərdən biri də XIX əsrin görkəmli iqtisadçı və filosofu K.Marksdır. Ümumiyyətlə K.Marks cəmiyyətin həyatında riyaziyyatın oynadığı rolu çox yüksək qiymətləndirir və belə hesab edirdi ki, «hər bir elm yalnız riyaziyyatdan istsfadə etməyə başladıqda kamillik səviyyəsinə yüksəlir». Onun təklif etdiyi kapitalizmin geniş təkrar istehsal sxemi iqtisad elmi tarixində bərəbərsizliklər və tənliklər şəklində tərtib edilmiş ilk iqtisadi-riyazi model hesab edilir. Sonralar bir çox ölkələrin qabaqcıl iqtisadçı və riyaziyyatçıları öz elmi tədqiqatlarında riyazi üsuldan geniş istifadə etmişdilər. Bütün bu tədqiqatlar XX əsrin ortalarında yeni bir elmi istiqamətin-riyazi iqtisadiyyatın yaranmasına gətirib çıxartmışdır.
Yüklə 34,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin