Problemi qoymaq üçün sual və ya tapşırıq verilir



Yüklə 16,96 Kb.
tarix10.05.2022
ölçüsü16,96 Kb.
#56965
növüDərs
Fəal dərsin ümumi quruluşu


Fəal dərsin ümumi quruluşu. Dərsin I mərhələsi-Motivasiya, problemin qoyuluşu adlanır. Dərsin əvvəlində tədqiqata başlamazdan əvvəl problemi müəyyənləşdirmək lazımdır.Daha sonra tədqiqat sualı formalaşdırılmalıdır.Tədqiqat sualı yeni biliklərin kəşfinə aparan, bələdçi rolunu oynayır. Tədqiqat sualı bu səbəbdən kankret olmalıdır.Motivasiya psixoloji amil kimi hər hansı fəaliyyətin hərəkətverici qüvvəsidir.Motivasiya qismində qoyulmuş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini fəaliyyətə sövq edir və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir.Bu prosesdə ən mühüm məsələlərdən biri şagirdin sərbəstliyi,müstəqilliyidir.Şagird öz fikrini –zənnimcə- mən belə düşünürəmki- mən belə hesab edirəm ki- sözlərindən isifadə etməklə öz sözünü ifadə edir. Motivasiya mərhələsi aşağıdakı hissələrdən ibarətdir:

  • Problemi qoymaq üçün sual və ya tapşırıq verilir;

  • Yönəldici suallar təklif olunur;

  • Fərziyyələr irəli sürülür;

Motivasiya mərhələsi tədqiqat sualına uyğun irəli sürülən fərziyyələr ilə bitir. Dərsin sonunda ona qayıtmaq vacibdir. Motivasiyanın nəticəsi olan tədqiqat sualı təlim nəticələrinə xidmət etməlidir.

Dərsin II mərhələsi- Tədqiqatın aparılması mərhələsidir. Yeni informasiyaları və yeni sualları əhatə edən çalışmalar problemin həllində şagirdlərə kömək edir.Yeni faktların öyrənilməsi və suallara cavabların tapılması gedişində düşünmək və yeni biliklər əldə etmək üçün şərait yaranır.Tədqiqat müxtəlif formalarda- bütün siniflə birgə, qruplarla iş, cütlərlə iş formasında və fərdi şəkildə aparıla bilər. Təlimin interaktiv xarakteri kiçik qruplarda və ya cütlük şəklində aparılan işlərdə daha qabarıq formada təzahür edir.

Dərsin III mərhələsi- İnformasiya mübadiləsi adlanır.Bu mərhələdə şagirdlər tədqiqatın gedişində əldə etdikləri məlumatların, yeni informasiyaların mübadiləsini aparırlar.Şagirdlər qoyulmuş suala cavab tapmaq məqsədilə bir-birlərinin təqdimatını fəal dinləyirlər. Məhz bu mərhələdə yeni bir tələbat - həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır .Bu mərhələnin əsas məqsədi bütün şagirdləri yeni faktlar və tapıntılarla tanış etməkdir. İnformasiya mübadiləsi yalnız o zaman səmərəli ola bilər ki, sinif fəal dinləməyə və əks-əlaqə yaratmağa köklənmiş olsun. Təqdimatın nəticələrinin qeydedilmə formalarını müəllim öncədən planlaşdırmalıdır. Əgər təqdimat zamanı iş vərəqlərindən istifadə edilirsə, bunlar lövhədən asılmalıdır. Mövcud mərhələnin sonunda təqdimatların əks olunduğu bütün iş vərəqləri lövhədən asılmalı və tapılmış əsas faktlar lövhədə qeyd edilməlidir. Bu sonrakı mərhələnin – informasiyanın müzakirəsi və təşkilinin ilkin məcburi şərtidir.

Dərsin IV mərhələsi- İnformasiyanın müzakirəsi və təşkili mərhələsidir.Bu, ən mürəkkəb mərhələdir və bütün bilik, bacarıq və vərdişlərin, yaradıcı, məntiqi, tənqidi təfəkkürün fəallığını tələb edir.Müəllim fasilitasiya əsasında əldə edilmiş informasiyanın məqsədyönlü müzakirəsinin təşkilinə kömək edir.İnformasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına və onların sistemləşdirilməsinə yönəldilir. Təsnifatın aparılması zamanı şagirdlərə təklif edilir ki, bütün faktları müqayisə etsinlər, oxşarlıqları və fərqləri tapsınlar, oxşar məlumatları müəyyən əlamətlər üzrə qruplaşdırsınlar və bu qruplara müvafiq adlar versinlər. Müzakirənin gedişi və nəticələri müəllimin fasilitasiyanı həyata keçirmək və şagirdlərin düşüncəsini lazımi məcraya yönəltmək bacarığından birbaşa asılıdır. Müzakirə prosesində müəllim şagirdləri diskussiyaya təhrik edir, onların ideyalarını dinləyir. Müzakirənin sonunda müəyyən olunmuş əsas üzrə qruplaşdırılmış informasiya lövhədə qeyd edilir.

Dərsin V mərhələsi - Nəticə və ümumiləşdirmə adlanır.Beləliklə, Şagirdlərə sonda konkret nəticəyə gəlmək və ümumiləşdirmə işi aparmaq qalır. Bunun üçün şagird əldə olunan bilikləri ümumiləşdirməli, gəldiyi nəticəni tədqiqat sualı ilə və irəli sürülmüş fərziyyələrlə tutuşdurmalıdır.Dərsin kuliminasiyası isə bilikləri şagirdlərin öz səyləri nəticəsində kəşf etmələri onların bənzərsiz sevinc və məmnuniyyət hissi duymasına səbəb olur.

Dərsin VI mərhələsi -Yaradıcı tətbiqetmə. Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir.Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini şagird dərk edir.Son nəticədə şagirdlərə, onların kəşf etdikləri biliklərin yaradıcı surətdə tətbiqinə dair çalışmalar verilir və beləliklə həmin biliklər şagirdin yaddaşında həmişəlik həkk olunur.Bu mərhələ vaxt etibarilə bir akademik dərslə məhdudlaşdırılmaya da bilər və onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.



Dərsin VII mərhələsi-Qiymətləndirmə və ya refleksiya. Şagirdlərin təlim fəaliyyətini qiymətləndirmə və refleksiya prosesləri vaxtında qüsurları və nailiyyətləri aşkar etmək, nələrin uğur qazanılmasına maneə olduğunu və nələrin kömək etdiyini müəyyənləşdirmək üçün vacibdir.Dərs başa çatdıqdan sonrakı fəaliyyətlərdən birini- qiymətləndirmə və refleksiyanı həyata keçirərkən müstəqil öyrənmə proseslərinin nəzərdən keçirilməsi və bunun nəticəsində öz öyrənmə nailiyyətinin təkmilləşdirilməsi məqsədəuyğun olardı.
Yüklə 16,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin