Azərbaycan Respublikası
Azərbaycan Səhiyyə Sektorunda İslahatlar Layihəsi (HSRP)
Kredit No. 4210-AZ
Fərdi Məsləhətçi üçün Tapşırıq: Milli Əczaçılıq Siyasətinin inkişafı
Və Milli Əczaçılıq Komitəsinin yaradılması
Təkliflərin Verilməsinə dair bu Dəvətnamə 2006-cı il Noyabrın 30-da “Development Business” jurnalının 691 nömrəli buraxılışında dərc olunmuş Layihə üzrə Ümumi Satınalma Elanının davamı olaraq irəli sürülür.
Azərbaycan Respublikası Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (HSRP) maliyyələşdirilməsi üçün Beynəlxalq İnkişaf Assosiasiyasından (İDA) 50 milyon ABŞ dolları ekvivalenti həcmində Kredit almışdır və həmin məbləği sözügedən layihə çərçivəsində satın-alınacaq mallar, işlər, əlaqədar xidmətlər və konsultasiya xidmətləri ilə əlaqədar xərclərin ödənilməsi məqsədilə istifadə etmək niyyətindədir. Bu layihə həmçinin USAİD, UNİCEF və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən maliyyələşdirilir. Kontraktın alınmasına dair tender Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən maliyyələşdirilərək həmin təşkilatın “namizədlərin seçilmək iqtidarına” dair qaydaları və proseduralarına uyğun həyata keçiriləcək.
Layihənin inkişaf məqsədi səhiyyə sisteminin idarə olunması və maliyyələşdirilməsi mexanizmini ümumən təkmilləşdirmək və seçilmiş rayonlarda əsas tibbi xidmətlərin texniki və duyulan keyfiyyətini maliyyə cəhətindən məsuliyyətli və davamlı surətdə yaxşılaşdırmaq və əlçatan etməkdir.
Xidmətlər Fərdi Məsləhətçi tərəfindən təmin olunacaq, hansı ki tapşırığın məqsədlərinə görə ümumi məsuliyyəti öz üzərinə götürəcək:
Dostları ilə paylaş: |