Yolumaçıq Rayon Məhkəməsinə İddiaçı: Zəhləyeva Əsəbgül Qəzəbxan qızı Ünvan



Yüklə 44,5 Kb.
tarix02.01.2022
ölçüsü44,5 Kb.
#2661

Bu iddia ərizəsi nümunədir və bu ərizədəki bütün adlar şərti xarakter daşıyır.



Yolumaçıq Rayon Məhkəməsinə

İddiaçı: Zəhləyeva Əsəbgül Qəzəbxan qızı

Ünvan: Yolumaçıq ray., Cığır qəsəbəsi, ev11


Cavabdeh: Gülüşov Gülxoş Meyxoş oğlu

Ünvan: Yolumaçıq ray., Cığır qəsəbəsi, ev11
Cavabdeh: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

Ünvan: Bakı ş., Zərifə Əliyeva küç. 30


İ D D İ A Ə R İ Z Ə S İ

(Respublikadan xarici dövlətə sərbəst surətdə gedib-gəlmə hüququnun verilməsinə dair)

Cavabdeh Gülüşov Gülxoş Meyxoş oğlu ilə aramızda olan nikah 01.09.2011-ci il tarixdə ləğv edilmişdir və bu barədə Yolumaçıq rayon VVADQ şöbəsi tərəfindən 666 saylı nikahın pozulması barədə şəhadətnamə verilmişdir.

Birgə nikahdan 01.01.2007-ci ildə Gülüşova Gülşən Gülxoş qızı, 31.12.2007-ci ildə Gülüşov Şəngülüm Gülxoş oğlu adlı uşağlarımız anadan olmuşdur. Uşaqlar mənim himayəmdə qalmışdır. Uşaqların maddi təminatı və tərbiyəsi ilə özüm məşğul oluram. Cavabdeh ata kimi uşaqları ilə maraqlanmır. Yolumaçıq rayon məhkəməsinin 09.03.2012-ci il tarixli hökmü ilə cavabdeh Gülüşov Gülxoş Meyxoş oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunaraq 2 (iki) il müddətə azadlıqdan məhrum edilmişdir. Hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir.

Uşaqların maddi cəhətdən təmin edilməsi üçün mənə Gürcüstan Respublikasında yaşayan atam kömək edir. Mən uşaqları babalarının yanına aparmaq istəyirəm ki, məktəb yaşına qədər Gürcüstan Respublikasında qalsınlar.

Lakin qanunvericiliyə əsasən uşaqlar yetkinlik yaşına çatmadıqları üçün onları atanın razılığı olmadan xarici dövlətə aparmaq qeyri-mümkündür. Cavabdehdən belə bir razılığı almaq mənim üçün imkan xaricindədir.

«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Hal-hazırda Gülüşov Gülxoş Meyxoş oğlunun cəzaçəkmə müəssisəsində cəza çəkməsi, mənimlə və uşaqları ilə görüşdən imtina etməsi, ümumiyyətlə ondan uşaqların Gürcüstan Respublikasına getmələri ilə əlaqədar razılığın alınmasının qeyri-mümkünlüyü kimi hallar uşaqların xaricə getməsi üçün əngəl təşkil edir

Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu və 150-ci maddələrini rəhbər tutub məhkəmədən




XAHİŞ EDİRƏM:
01.01.2007-ci ildə anadan olmuş Gülüşova Gülşən Gülxoş qızının və 31.12.2007-ci ildə anadan olmuş Gülüşov Şəngülüm Gülxoş oğlunun xarici ölkəyə atasının razılığı olmadan sərbəst surətdə gedib – gəlmə hüququnun verilməsinə dair qətnamə qəbul edəsiniz.

İddia ərizəsinə əlavə olunan sənədlər:


  1. Boşanma haqda şəhadətnamənin surəti

  2. Doğum haqda şəhadətnamənin surəti

  3. Dövlət rüsumunun ödənilməsi barədə qəbz

  4. İddia ərizəsinin surəti

  5. Şəxsiyyət vəsiqəsinin surəti

  6. Hökmün surəti


Tarix: 10 sentyabr 2012-ci il

İddiaçı: Zəhləyeva Əsəbgül Qəzəbxan qızı
____________________________________
Yüklə 44,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin