2
Əməkhaqqından tutulmalar
•
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən 2500
manatadək olan aylıq gəlirdən 14 faiz gəlir vergisi tutulur.
•
•
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə
əsasən əmək müqaviləsi (kontraktı) ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3
faizi miqdarında məcburi dövlət sosial sığorta haqqının ödənilməsi nəzərdə
tutulmuşdur.
•
Qeyd olunanlardan əlavə Həmkarlar İttifaqı Təşkilatı ilə bağlanmış müqaviləyə əsasən
əməkhaqqından 2 faiz üzvlük haqqı tutulur.
Gəlir vergisindən azadolmalar və güzəştlər
•
Əməkhaqqı 2500 manata qədər olduqda, əməkhaqqından ölkə üzrə yaşayış
minimumu (136 manat) çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz gəlir vergisi
tutulur.
•
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən bəzi
kateqoriyadan olan işçilərin əməkhaqqından gəlir vergisi güzəştli tutulur.
•
I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18
yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200
manat məbləğində azaldılır.
•
məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər hər hansı muzdlu işdən vergi
tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.
3
4
Müəllimin əməkhaqqı 400 manat təşkil edir.
Gəlir vergisi – (400-136) = 264 * 14 faiz = 36,96 manat.
Sosial sığorta – 400 * 3 faiz = 12 manat.
Həmkarlar – 400 * 2 faiz = 8 manat.
(400 – 36,96 – 12 – 8) = 343,04 manat.
Vergilər tutulduqdan sonra müəllimin əməkhaqqı 343,04 manat təşkil edir.
MISAL 1.
MISAL 2.
Məcburi köçkün müəllimin əməkhaqqı 450 manat təşkil edir.
Gəlir vergisi – (450-136-100)= 214 * 14 faiz = 29,96 manat.
Sosial sığorta – 450 * 3 faiz = 13,5 manat.
Həmkarlar – 450 * 2 faiz = 9 manat.
(450 – 29,96– 13,5 – 9) = 397,54 manat.
Vergilər tutulduqdan sonra müəllimin əməkhaqqı 397,54 manat təşkil edir.
5