1.Azərbaycanda vergi sistemi, siğorta sistemi və siğorta təşkilatları
Azərbaycan Respublikasında dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri) müəyyən edilir və ödənilir. Dövlət vergiləri dedikdə, Azərbacan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər, muxtar respublika vergiləri dedikdə, Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər, yerli vergilər (bələdiyyə vergiləri) dedikdə isə məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir.
Dostları ilə paylaş: |