1. Azərbaycanda vergi sistemi, siğorta sistemi və siğorta təşkilatları


Vergi məbləğləri aşağıdakı formalarda tutulur



Yüklə 46,97 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü46,97 Kb.
#39557
1   2   3
cavadov tural

Vergi məbləğləri aşağıdakı formalarda tutulur:

bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);

bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);

bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi).

Dövlət vergilərinə aşağıdakılar aiddir:

1) fiziki şəxslərin gəlir vergisi;

2) hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa);

3) əlavə dəyər vergisi;

4) aksizlər;

5) hüquqi şəxslərin əmlak vergisi;

6) hüquqi şəxslərin torpaq vergisi;

7) yol vergisi;

8) mədən vergisi;

9) sadələşdirilmiş vergi.

Azərbaycan Respublikasının vergi sistemi müstəqillik elan edildikdən sonra,1991-ci ilin sonu, 1992-ci ilin əvvəllərində təşəkkül tapmağa başlamışdır.

Bu təşəkkül prosesini 3 mərhələyə ayırmaq olar:

1991-1992ci illəri əhatə edən I mərhələdə əsasən gəlirlərə və xərclərə qoyulan vergilər haqqında qanunlar qəbul edilmişdir. 1991-ci ilin dekabrında “Əlavə dəyər vergisi” və ”Aksizlər”haqqında, 1992-ci ilin iyununda “Hüquqi şəxslərin mənfəətindən və gəlirlərin ayrı-ayrı növlərindən vergilər” və “Fiziki şəxslərdən gəlir vergisi” haqqında qanunlar qəbul olunmuşdur. 1992-ci ilin ortalarından  başlayaraq respublikanın müstəqil vergi xidməti orqanı formalaşmağa başladı.

1993-1996 ci illəri əhatə edən II mərhələdə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq bir sıra yeni vergi növləri haqqına qanunlar qəbul edilmiş, onların normativ-hüquqi bazası yaradılmışdır. Belə ki, 1993-ci ilin fevralında “Torpaq vergisi”, 1995-ci ilin martında “Əmlak vergisi” və “Mədən vergisi”, 1996-cı ilin dekabrında “Dövlət yol fonduna vergilər” haqqında qanunlar qəbul edilmiş, vergi qanunlarının tədbiqi ilə bağlı təlimatlar, əsasnamələr işlənib hazırlanmışdır.

1996-cı ilin sonu 2000-ci il də daxil olmaqla son dövrü əhatə edən III mərhələdə cəmiyyətdə və iqtisadiyyatda baş verən keyfiyyət dəyişikliklərindən asılı olaraq əvvəlki mərhələdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi istiqamətində işlər aparılmış, müvafiq vergi qanunlarında dəyişikliklər və düzəlişlər edilmiş, Respublika Prezidenti 1999-cu ilin yanvarında bilavasitə vergi orqanlarına da aidiyyatı olan “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərman imzalamışdı. Bu mərhələnin yekunu kimi 2000-ci ilin iyulunda “Vergi Məcəlləsi”nin qəbul edilməsini göstərmək olar.

Hazırkı dövrdə Azərbaycan Respublikasının vergi sistemi ölkənin təsərrüfat mexanizminin fəaliyyətini təmin edir, dövlətin təxirəsalınmaz ehtiyaclarını maliyyələşdirməyə imkan verir, büdcə kəsirinin artımının qarşısını alır, ümumiyyətlə bazar iqtisadiyyatına keçidin bütün tələblərinə cavab verir.

Azərbaycan Respublikasının dövlət vergi xidməti Vergilər Nazirliyindən və bilavasitə ona tabe olan ərazi vergi orqanlarından ibarət olan vahid mərkəzləşdirilmiş sistemdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi, Vergilər Nazirliyinin Tədris Mərkəzi, İri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssələr ilə iş üzrə Departament,Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti, Bakı şəhəri Baş Vergilər İdarəsi, Ərazi Vergilər İdarələri, Respublikanın şəhər və rayonları üzrə Vergilər idarələri və şöbələri daxildir.

Vergilər Nazirliyi dövlət idarəetmə orqanları sisteminə daxildir və Azərbaycan Respublikasının Prezidentinə və Hökumətinə tabedir. Vergi xidmətinin mərkəzləşdirilmiş sistem kimi qurulması ölkənin bütün ərazisində vahid vergi siyasətinin keçirilməsinə imkan verir.

Vergilər Nazirliyi aşağı orqanların yuxarı orqanlara tabeçiliyi prinsipi ilə qurulmuş mərkəzləşdirilmiş sistemdir.

Nazirlik və ona tabe olan bütün vergi orqanları hüquqi şəxsdirlər, onların hər birinin müstəqil xərclər smetası, bankda cari hesabı, xəbərdarlıq orqanında xəzinə hesabı, Azərbaycan Respublikasının dövlət gerbi təsvir olunmuş möhürü, müvafiq möhür və ştampları,VÖEN-ni vardır.

Vergilər Nazirliyinə vergi orqanları qarşısına qoyulan tələblərin və vəzifələrin yerinə yetirilməsinə şəxsən cavabdeh olan nazir rəhbərlik edir. Onu bu vəzifəyə Azərbaycan Respublikasının Prezidenti təyin edir. Dövlət vergi xidməti orqanları şaquli tabeçilik prinsipi əsasında fəaliyyət göstərir. Şaquli tabeçilik informasiya mübadiləsini sürətləndirir və təlimat xarakerli qanunvericik materiallarının vergi orqanları üzrə yayılmasını şərtləndirir.

Azərbaycanın sığorta sistemi və qanunvericilik tarixi 1991-ci ildən başlayıb. Ümumilikdə ölkədə sığorta işinin inkişafını 3 mərhələyə bölmək olar. Birinci dövr 1920-ci ilə qədər olan dövrdür. Hansı ki, XIX əsrin ortalarından başlayaraq neft sənayesinin inkişafı ilə bağlı sahibkarlıq fəaliyyətinin genişlənməsi sığorta işinin əsas stimulverici qüvvəsi olub. 1910-cu ildə Bakıda 18 sığorta cəmiyyəti, 1912-ci ildə 30 sığorta cəmiyyəti və agentliyi fəaliyyət göstərib. Sözügedən sığorta şirkətlərinin işinin əsasını Xəzər dənizində üzən gəmilərin sığortası təşkil edib və bu sahədə rus şirkətlərinə böyük yer verilib. İkinci dövr Sovet Hakimiyyətinə aid 1920-1990-cı illərdir. Keçmiş SSRİ-nin başqa respublikalarında olduğu kimi, Azərbaycanda da dövlət sığorta sistemi təşkil edilib. Sığorta işinin inkişafında müəyyən rol oynayan Azərbaycan SSR Dövlət Sığortası Baş İdarəsi və SSRİ «Inqosstrax»ın Bakı şöbəsi yaradılıb. Sovet hakimiyyəti qurulduqdan sonra – 1922-ci ildən başlayaraq bütün SSRİ-də sığorta dövlət inhisarına alınıb. Bu dövrdə əhaliyə göstərilən sığorta xidmətləri məhdud xarakter daşıdı. Daha doğrusu, sığorta sistemi dövlət sosial təminat sisteminə əlavə kimi fəaliyyət göstərdi. Müasir günə kimi dövlət sığortasının inkişafında müvəffəqiyyətlərlərlə yanaşı, çox böyük əyintilər baş verib. Məsələn, 30- cu illərdə ölkədə mövcud olan kooperativ və səhmdar fondlar inzibati yolla ləğv edilərək, yerində ancaq dövlət sığortası yaradıldı. Bu isə sığorta sistemində rəqabətin olmamasına və obyektiv inkişafın ləngiməsinə səbəb oldu. 1988-ci ilin 26 mayında «SSRİ-də Kooperasiya haqqında» qanun qəbul edildikdən sonra kooperativlərə və onların ittifaqlarına kooperativ sığorta təşkilatları yaratmağa, sığortanın qaydasını, növlərini müəyyən etməyə icazə verildi. Bununla da ölkədə kommersiya sığorta təşkilatları və səhmdar cəmiyyətləri yaradılmağa başlandı.



Üçüncü dövr – 1990-cı ildən sonrakı dövrdür. Bu dövrdən sonra sığorta sistemi müstəqil inkişaf etməyə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti yaradılıb. Bu təşkilatın vəzifəsi ölkəmizdə sığorta xidmətləri bazarının inkişafının tənzimlənməsi, sığortaçıların, sığortalıların və dövlət mənafeyinin müdafiəsi, metodiki rəhbərliyin həyata keçirilməsi, müvafiq normativ hüquqi sənədlərin hazırlanması və s. olub. 1991-ci ildən başlayaraq qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar 20-yə yaxın qanun və normativhüquqi akt qəbul edilib. Qeyd edək ki, sığorta sisteminin inkişafının ilkin mərhələsində – 1991-ci ildə ölkədə 62 sığorta təşkilatı, o cümlədən 53 milli, 9 birgə sığortaçı fəaliyyət göstərib. Lakin ötən illərdə 33 kommersiya sığorta təşkilatı sığorta olunanların etimadını qazana bilmədiyindən müflisləşərək öz fəaliyyətini dayandırıb. 1 yanvar 2002-ci il tarixə Azərbaycanda 38 sığorta şirkəti, o cümlədən 9 birgə sığortaçı (Azərbaycan-İngiltərə – 4; Azərbaycan-Türkiyə – 2; Azərbaycanİran – 1; Azərbaycan-ABŞ – 1; Azərbaycan-Rusiya – 1) fəaliyyət göstərib. 2006-cı ilin əvvəlinə sığorta bazarında 29 sığorta təşkilatı fəaliyyət göstərib. Onlardan 22-si özəl, 6-sı qarışıq mülkiyyət formalı dövlət kommersiya şirkəti olub. Hazırda isə ölkədə sığorta sektoru üzrə 28 şirkət fəaliyyət göstərir. Azərbaycanın sığorta bazarında beynəlxalq sığorta təcrübəsindən fəqli tendensiyalar müşahidə olunur. Qeyri-həyat sığortasının sığorta məhsulları həcmində aparıcı yerə məxsus olması ölkənin sığorta bazarının özünəməxsus xüsusiyyətlərindəndır. Son illər ərzində bu sığorta məhsulu cəmi sığorta haqlarının 87-92% xüsusi çəkisinə malik olub. Həyat sığortasının ümumi sığorta müqavilələrində payı isə 5 faizdən çox deyil. Halbuki inkişaf etmiş sığorta bazarlarında bazarın 55-60%-i həyat sığortası hesabına formalaşır. Nəzərə alsaq ki, dünyada həyat sığortasının bütün növləri yığım xarakteri daşıyır, o cümlədən vətəndaşların maddi vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət edir, Azərbaycanda əksinə bu sığorta növü üzrə daxilolmalar ildən-ilə azalır. Sığorta haqlarının həcmində həyat sığortası çox aşağı, əhəmiyyətsiz göstəricilərlə ifadə olunur. 2008-ci ildə bu məhsulun xüsusi çəkisi cəmi sığorta məhsullarının 1%-i həcmində olub. Həmin ildə ölkədə həyat sığortasının növləri üzrə daxilolmaların həcmi 55,2 faiz azalaraq 1 mln. manat, sığorta ödənişləri 385,50 min manata düşüb. Əvəzində qeyri-həyat sığortası 25,4 faiz artaraq 156,41 mln. manat, icbari sığorta növləri üzrə 4 faiz artaraq 21,85 mln. manat təşkil edib. 2009-2010-cu illərdə də qeyri-həyat sığortası ilə müqayisədə həyat sığortası üzrə sığorta haqları və sığorta ödənişləri aşağı olub. 2009-cu ildə həyat sığortası üzrə sığorta haqları 897,32 min manat, sığorta ödənişləri 443,39 min manat təşkil edib. 2010-cu ildə sığorta haqları 1 457 429,44 manat, sığorta ödənişləri 332 507,46 manat olub. Həyat sığortasının sığorta haqlarında xüsusi çəkisinin zəif olması ümumilikdə cəmiyyətin, ayrılıqda əhalinin həyat səviyyəsinin inkişaf imkanları, bu sığorta məhsulunun təşviqat imkanlarının zəifliyi və sığorta institutlarının müvafiq inkişaf səviyyəsi ilə əlaqələndirmək olar. Sığorta bazarı özü-özlüyündə başqa amillərdən və bazarlardan, xüsusilə də bank bazarı, maliyyə sektoru, ayrı-ayrı vətəndaşların rifahı və şirkətin maliyyə sabitliyindən asılıdır. Sığorta bu gün bizim iqtisadiyyatda müşahidə etdiyimiz proseslərin bir növ rentgenidir. Sığorta sisteminin inkişafının ləngiməsinə səbəb olan başlıca amillər: Ölkənin sosial-iqtisadi vəziyyəti: 1. Sığorta sistemi ilə bağlı qanunvericilikdə olan boşluqlar 2. Dövlət tərəfindən sığorta bazarında xarici kapitalın iştirakına qoyulmuş məhdudiyyətlər 3. Sığorta bazarında dövlət inhisarçılığının davam etməsi 4. Müstəqil sığorta şirkətlərinin kapital təminatında banklardan asılı olması 5. Əhalinin sığorta şirkətlərinə inamsızlığı Sığorta sisteminin inkişafını dayandıran əsas səbəblərdən biri bu sahədəki inhisarçılıqdır. Bazarda dövlət inhisarının qalması xidmətlərin çeşidinin, keyfiyyətin artımına, sağlam rəqabətə, yeni sığorta şirkətlərinin yaranmasına əngəl yaradır, inhisarçı şirkətlərin məqsədli qiymət endirimləri vasitəsilə rəqiblərini sıxışdırmalarına səbəb olur. Məsələn, bütün dövlət təşkilatlarında çalışanların icbari sığortası «Azərsığorta» Dövlət Şirkəti vasitəsilə həyata keçirilir. Sektorun əsas problemləri siyahısına vətəndaşların məlumatlılıq səviyyəsinin aşağı olması da daxildir. Əhalinin məlumatsızlığı bazarın inkişafına təsir edir. Sığorta müqaviləsi imzalayan insanlar bir çox hallarda imzaladıqları müqavilənin mətni ilə tanış olmur, müqavilə üzrə hüquq və vəzifələrini aydın şəkildə bilmirlər. Əhalinin məlumatsızlığında təkcə onların bu təşəbbüslərinin az olması deyil, sığorta şirkətlərinin məlumatlandırma kampaniyası aparmaması böyük rol oynayır. Belə ki, şirkətlər reklam işləri ilə müqayisədə potensial müştərilərini məlumatlandırmaq fəaliyyətinə daha az önəm verirlər. Və buna daha az vəsait xərcləyirlər. Nəticədə Azərbaycanda könüllü şəkildə hər hansı sığorta məhsulundan istifadə edən vətəndaşa nadir halda rast gəlmək olur. Sığorta şirkətlərinin könüllü məhsullar üzrə müştəri bazasını əsasən banklar təmin edir. Araşdırmalar və təhlillər göstərir ki, Azərbaycanda sığorta bazarı Türkiyə, Rusiya, hətta Qazaxıstan kimi ölkələrlə müqayisədə zəif inkişaf edib. Bu həm sığorta mükafatlarının həcminə, həm də sığorta məhsullarının sayına görə müşahidə olunur. Məsələn, Qazaxıstanda 2008-ci ildə sığorta mükafatlarının ümumi həcmi 1 237 milyon dollar olub. Azərbaycanda isə bu rəqəm 1 179 milyon təşkil edib. Digər tərəfdən inkişaf etmiş sığorta bazarlarında icbari pensiya, icbari tibbi və işə götürənin mülki məsuliyyətinin icbari sığortalarını dövlətlə yanaşı, həyat sığortası sahəsində ixtisaslaşmış sığorta şirkətləri də həyata keçirir ki, bu da onların sığorta bazarında paylarının yüksək olmasına əhəmiyyətli təsir edir. Bu gün Azərbay canda icbari pensiya sığortası yalnız dövlət tərəfindən həyata keçirilir. Lakin onu da qeyd etmək lazımdır ki, hazırda sığorta bazarında həyat sığortası məhsulları satan sığortaçıların texniki imkanları bu növ sığortaları həyata keçirmək üçün kifayət etmir. Beynəlxalq təcrübədə həyat sığortası müqavilələrinin əsas xüsusiyyətlərindən biri də uzun müddəti əhatə etməsidir. Azərbaycanın sığorta bazarında bağlanan həyat sığorta müqavilələrinə diqqət yetirsək görərik ki, öhdəliklər əsasən qısa müddətlidir. Burada başlıca səbəb, əhalinin hələ də uzun müddəti əhatə edən həyat sığortası məhsullarına etibar etməməsidir. Sovet dövründə bağlanan uzun müddətli həyat sığortası müqavilələri üzrə öhdəliklərin məlum səbəblərdən yerinə yetirilməməsi, həyat sığortası üzrə güclü kapitala və uzun müddətli bazar strategiyasına malik şirkətlərin mövcud olmaması və mövcud şirkətlərin bazara maraqlı və keyfiyyətli həyat sığortası məhsulları təklif edilməməsi etibarsızlığın formalaşmasında rol oynayıb. Digər həlledici amillərdən biri də, yerli bazarda yığım funksiyası daşıyan investisiya alətlərinin strukturunda və keyfiyyətində olan çatışmazlıqdır. Azərbaycanda sığorta tarifləri (avtomobil sığortası istisna olmaqla) inkişaf etmiş, hətta qonşu ölkələrlə müqayisədə aşağıdır. Xüsusilə nəzərə alsaq ki, sığorta bazarının formalaşmasında sığorta tariflərinin xüsusi rolu var və sığorta fəaliyyətinin nəticəsi bilavasitə tarif dərəcələrinin nə dərəcədə düzgün və real qurulmasından asılıdır, həyat sığortası üzrə sığorta haqlarının aşağı olması sığorta şirkətlərinin ziyanla işləməsinə gətirib çıxarıb. Bu səbəbdən sığorta şirkətləri həyat sığortası ilə bağlı iri şirkətlərin müraciətlərini geri çevirir, müqavilələri pozurlar. Bu sektorda geniş yayılan tendensiyalardan biri sığorta hadisəsinin qiymətləndirilməsi nəticəsində sığorta şirkətlərinin özləri tərəfindən sığorta ödənişinin çox aşağı göstərilməsidir. Çünki qanunvericiliyə əsasən sığorta şirkətlərinin bağladıqları bir sığorta müqaviləsinin dəyəri onların nizamnamə kapitalının həcmi ilə əlaqədar məhdudlaşdırılır. Sığorta bazarının əsas problemlərindən digəri sığorta sahəsində ixtisaslı kadrların və aktualların çatışmazlığıdır. Son illər bu sahədə artım dinamikasının olmasına baxmayaraq, bazarda hələ də mütəxəssis çatışmazlığı hiss edilir. Sistemin zəif inkişafı maliyyə, bank, səhiyyə və s. sektorlarla yanaşı, insanların uzun ömürlüyünə mənfi təsir göstərir. «Sığorta haqqında Qanun»un 1999-cu ildə qəbul edilməsinə baxmayaraq hesabatlılıq və maliyyə hesabatı vermə məsələlərinə də az diqqət yetirilib. Qanun sığorta şirkətlərindən illik konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasını tələb etsə də qanun mühasibat və maliyyə hesabatları standartlarını müəyyən etmir. Bu sahəyə aid olan mühasibat uçotu standartları mövcud deyil. «Sığorta haqqında» qanunda bildirilir ki, sığortaçıların maliyyə və işgüzar fəaliyyəti sığortaçılar tərəfindən seçilmiş və təyin edilmiş müstəqil auditor tərəfindən yoxlanılmalıdır. Auditi aparılmış maliyyə hesabatları Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə və vergi orqanlarına təqdim edilməlidir. Müstəqil auditorun və ya auditor təşkilatının seçilməsi ilə bağlı xüsusi tələblər mövcud deyil. 2006-cı ildə yaradılan Azərbaycan Sığortaçılar Assosiasiyasının məqsədlərindən biri sığortaçılar adından vahid bir cəbhə kimi çıxış etmək olsa da qurumun fəaliyyəti dövründə belə təşəbbüslərə rast gəlinməyib. Assosiasiya sığortaçıların maraqlarının müdafiəçisi kimi qəbul olunmur, nəticədə qarşıya qoyulan məsələlər öz həllini tapmır. Nəzərə alsaq ki, Azərbaycanda çox az sayda sığorta şirkətləri cari problemlərinin həlli ilə bağlı Dövlət Sığorta Nəzarəti Xidmətinə çıxış əldə edə bilir. Assosiasiyanın bu istiqamətdə zəiflik nümayiş etdirməsi sığorta şirkətlərinin problemlərinin həllini ertələyir.

Sığorta fəаliyyətinin mühüm sаhələrindən biri sığorta bаzаrıdır. Bаzаr iqtisаdiyyаtı şərаitində sığorta bаzаrı iqti­sа­di sistеmin əsаs еlеmеntlərindən biridir. Sığorta bаzаrı sığorta mühаfizəsində ictimаi tələbаtın ödənilməsi prоsеsində «sığorta təminаtı» zаmаnı оrtаyа çıхаn iqtisаdi münаsibətlər sistеmidir. Sığorta bаzаrı əmlак bахımındаn аyrıcа sığorta fоndunu gücləndirən müstəqil təşкilаtlаr кimi çıхış еdən çохsаylı sığortaçı кütləsinin mövcud оlduğu şərаitdə mеydаnа gəlir. Sığorta bаzаrının mühüm аmili sığorta işinin кеyfiyyətli inкişаfı, sığortayа iqtisаdi cəhətdən


əsаslаndırılmış ictimаi хərclərin müəyyən еdilməsi üçün sığоrtаçılаr аrаsındакı rəqаbət
mübаrizəsidir.

Sığorta bаzаrı əsаs аlqı-sаtqı оbyекti, хüsusi хidmət, sığorta müdаfiəsi оlаn və tə­ləb-təкlif əsаsındа fоrmаlаşаn хüsusi pul mü­nа­si­bət­lə­ri sа­həsidir. Sığorta bаzаrının inкişаfının оbyекtiv əsаsı təк­rаr istеhsаl prоsеsində yаrаnаn fаsiləsizliyin təmin еdilməsidir кi, bu dа mənfi hаllаr nəticəsində zərər çəкənlərə pul yаrdımı göstərilməsində özünü göstərir. Sığorta bаzаrındа cəmiyyətin sığorta müdаfiəsini təmin еtməк üçün sığorta fоndunun yа­rа­dıl­mаsı və bölüşdürülməsi həyаtа кеçirilir. Sığorta bаzаrının sub­­­yекtləri sığorta хidməti gös­tə­ril­mə­sində iştirак еdən sığorta təşкilаtlаrıdır. Sığorta bаzаrındа sığortaçılаr və sığorta хid­­mətinin istеhlакçılаrı хidmətin təкlifində və sığorta хid­mə­ti­­nin аlınmаsındа tаm sərbəstdirlər. Sığorta bazarında fəaliyyət göstərən vasitəçilər brokerlər və sığorta agentləridir. Sığorta agentləri sığortaçı sifətində könüllü sığorta müqaviləsi bağlayır, sığortanın qaydalarını və şərtlərini izah edir, sığorta hadisəsi baş verdikdə sığorta məbləğinin alınması üçün lazımi sənədlərin əldə edilməsində sığortalananlara kömək edir. Sığorta brokerləri isə sığorta olunanlarla sığorta edənlər, sığorta şirkətləri arasında vasitəçilik edən şəxslər və ya şirkətlərdir.

Sığorta хid­mət­lə­ri­nə tə­lа­bаt və təкlifin miqyаsınа görə sığorta bаzаrını dахili, ха­rici və bеy­nəlхаlq sığorta bаzаrınа аyırmаq оlаr.

Dахili sığorta bаzаrı – öz fəаliyyətini müəyyən ərаzidə hə­yаtа кеçirən коnкrеt sığortaçılаr tərəfindən sığorta хid­mət­­lərinə оlаn təlаbаtın ödəndiyi hər hаnsı bir ərаzidə mеy­­dаnа çıхır.

Хаrici sığorta bаzаrı - müəyyən ərаzidə sığortaçılаrlа və sığortalılаrlа qаrşılıqlı əlаqədə оlаn və dахili bаzаrın hü­dud­lаrındаn кənаrdа yеrləşən bаzаrdır.

Bеynəlхаlq sığorta bаzаrı - dünyа təsərrüfаtı miq­yа­sındа sığorta və təкrаr sığorta fəаliyyətini əкs еtdirir.

Ölkəmizdə sığorta işinin təkmilləşdirilməsi və obyektiv iqtisadi əsaslar üzərinə keçirilməsində sığorta bazarının inkişafı mühüm əhəmiyyət kəsb edir. Sığorta bazarı nəinki respublika, MDB, habelə beynəlxalq bazarı əhatə etməlidir.

Sığorta bazarının fəaliyyətinin ən mühüm elementlərindən biri yenidənsığortalamalıdır. Onun mahiyyəti sığorta riskinin, təhlükəsinin, pul ekvivalentinin bir hissəsinin və ya hamısının bir sığortaçıdan digər sığortaçıya verilməsi təşkil edir.

Yenidənsığortalamanın iqtisadi əsası sığorta əməliyyatlarının maliyyə davamlığı ilə bağlıdır.

Azərbaycanda «Sığorta haqqında» Qanuna müvafiq olaraq sığorta işi bu qanuna, digər qanunvericilik aktlarına, habelə Dövlət Sığorta Nəzarətinin normativ aktlarına uyğun olaraq həyata keçirilir.

Azərbaycan müstəqillik əldə edəndən bəri onda sığorta təşkilatları və çox az da olsa sığorta bazarı formalaşmağa başlamışdır. Sığorta da maliyyənin tərkib hissəsi olduğundan sığorta münasibətlərində sözsüz ki, maliyyə əməliyyatları həyata keçirilir. Baş verən bu maliyyə əməliyyatlarında sığorta təşkilatlarını və sığorta bazarının maliyyə sabitliyi saxlanılmalıdır.

Sığorta təşkilatlarında maliyyə sabitliyini onun ödənilmiş nizmnamə kapitalının minimum miqdarı, xüsusi təminatı, ödəmə qabiliyyətini təmin edən edən normativlər, sığorta ehtiyyatları, gəlir və mənfəəti, həmçinin təkrar sığortası təşkil edir.

“Sığorta haqqında” qanunun 8-ci maddəsinə əsasən nizmnamə kapitalı ilə əlaqədar bu kimi bir sıra tələblər müəyyən olunur:


  • sığortaçının nizmnamə kapitalını formalaşdırmaq üçün kredit şəklində cəlb olunmuş pul vəsaitindən, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olunmaqla, dövlət və bələdiyyə büdcələrinin, büdcədənkənar fondların pul vəsaitlərindən və dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər vəsaitdən istifadə edilə bilməz;

  • nizmnamə kapitalına pay şəklində qoyulan əmlakın və ya əmlak hüquqlarının dəyərinin nizamnamə kapitalına nisbəti 25%-dən çox ola bilməz;

  • sığortaçının pul şəklində ödənilmiş nizamnamə kapitalı beynəlxalq kredit reytinqlərindən müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabineti) göstərdiyi reytinqdən aşağı olmayan banklarda tam həcmdə saxlanıla bilər;

  • nizamnamə kapitalına qoyulan əmlak qiymətinin bazar qiymətinə uyğunluğuna müvafiq icra hakimiyyəti orqanı nəzarət edir;

  • qanunvericilikdə daha yuxarı olan faiz dərəcəsi nəzərdə tutulmayıbsa, sığortaçının bilavasitə və ya dolayısıyla hər hansı bir hüquqi şəxsin nizmnamə kapitalında iştirakı sığortaçının öz vəsaitinin 20%-dən artıq və bunun bütün belə iştirakının məcmu məbləği onun öz vəsaitinin 50%-dən artıq ola bilməz.

Ölkəmizdə sığorta təşkilatları səhmdar cəmiyyətlər və məhdud məsuliyyətli cəmiyyətlər formasında yaradılır. Məlumdur ki, səhmdar cəmiyyəti açıq və qapalı formalarda olur.

Bazar iqtisadiyyatına keçid şəraitində sığorta biznesinə kapitalın cəlb edilməsinin daha geniş yayılmış forması açıq səhmdar cəmiyyətidir. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının səhmləşdirmə mexanizmi səhmdarlar tərəfindən səhmlərin buraxılması və ödənilməsi vasitəsilə yaradılır. Nizmnamə kapitalının həcmini artırmaq üçün səhmdar cəmiyyəti səhmdarların ümumi yığıncağı ilə səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhm buraxmaq yolu ilə səhmdar kapitalını artıra bilər.

Sığortaçının qanunvericiliyə uyğun miqdarda xüsusi təminatının yaradılmasının böyük əhəmiyyəti vardır. Belə ki, xüsusi təminat sığortaçının ləğv edilməsi və ya ödəmə qabiliyyəti olmaması halında ilk növbədə sığortalılar qarşısında öhdəliklərinin yerinə yetirilməsi üçün yaradılır və sığortalı bütün hallarda təminat alır. Sığortaçının maliyyə vəziyyətindən asılı olmayaraq sığortalının baş verə biləcək sığorta hadisəsi zamanı sığorta ödənişinin və ya ləğv edilmiş sığorta müqaviləsi üzrə sığorta haqlarının geri alınması təmin edilir.

“Sığorta haqqında” Azərbaycan Resspublikasının qanununa əsasən qeri-həyat və həyat sığortasına aid edilən xəstəlik və fərdi qəza sığortası sahəsində təkrar sığortaya hesablanmış sığorta haqları çıxılmaqla daxil olmuş sığorta haqları onların 10%-dən az olmamaq şərtilə Maliyyə Nazirliyinin müəyyən etdiyi minimum faiz (10%) miqdarında xüssusi təminat kimi saxlanılır. Yeni təsis edilmiş sığortaçılar üçün isə bu məbləğ sığortaçının ödənilmiş nizmnamə kapitalının 10% həcmindən az olmayaraq qəbul edilmişdir.

“Sığorta haqqında” Azərbaycan Resspublikasının qanununa əsasən sığortaçılar xüsusi təminat kimi saxlanılan vəsaitə və daşınar əmlaka Maliyyə Nazirliyinin icazəsi olmadan sərəncam verə bilməzlər. Sığortaçılar tərəfindən xüsusi təminat kimi saxlanılan pul vəsaitləri, daşınar və ya daşınmaz əmlakla bağlı məlumatlara təsdiq edici sənədlər vasitəsilə nəzarət edir. Pul vəsaitləri müvafiq banklarda sığortaçıya aid olan hesabında saxlanılır. Sığortaçı xüsusi təminat kimi Azərbaycan manatı və ya xarici valyuta, dövlət qiymətli kağızları, dövlətin payı minimum 51% olan səhmdar cəmiyyətlərinin səhmləri, sığortaçının mülkiyyətində olan və Azərbaycan Respublikasında yerləşən daşınmaz əmlak formasında saxlaya bilər

Sığorta şirkətləri öz fəaliyyətini sabit şəkildə həyata keçirmək üçün özlərinin sığorta haqlarından sığorta ehtiyyatları yaradırlar. Sığorta ehtiyyatları sığortaçılar tərəfindən sığortanın hər bir növü üzrə ayrılıqda yaradılır. Sığortaçılar tərəfindən yaradılmış ehyiyyat fondu dövlət və yerli büdcələrə götürülə bilməz.

“Sığorta haqqında” Azərbaycan Respublikasının qanununa uyğun

olaraq sığortaçı öz ödəmə qabiliyyətini təmin etmək üçün aşağıdakılara əməl etməlidir:



  • sığortanın öz vəsaitinin sığorta haqları məbləğinə 16%-dən az olmayan nisbəti;

  • hər müqavilə üzrə öhdəliklərin maksimum həcmi sığortanın öz vəsaitinin 10%-dən çox olmayan nisbəti;

  • sığortanın öz vəsaitinə onun aktivləri ilə müqavilə öhdəliklərinin məbləği arasında fərq aid edilir. Sığortanın öz vəsaitinə isə nizmnamə kapitalı, bölüşdürülməmiş mənfəət və mənfəət hesabına yaradılan digər fondlar aid edilir;

  • sığortaçı yuxarıda deyilən normativlərə öz aktivlərinin tamamlanması, öhdəliklərinin müvafiq hissəsinin təkrar sığortaya verilməsi və ya sığorta əməliyyatlarının azaldılması yolu ilə əməl etməlidir;

  • sığortanın öz vəsaitinin məbləği qanunvericiliklə müəyyən edilmiş minimum nizamnamə kapitalının həcmindən az ola bilməz.

Məlumdur ki, hər hansı bir təşkilat fəaliyyət göstərirsə onda müəyyən həcmdə mənfəət də mövcud olacaqdır. Sığorta təşkilatlarında mənfəət fəaliyyətin nəticələrini xarakteriza edən başlıca göstəricidir. Sığorta təşkilatlarında mənfəətin miqdarı müəyyən dövrdə aparılmış əməliyyatlarda gəlirlər ilə xərclər arasındakı fərqdən ibarətdir. Sığorta təşkilatlarının gəlir və xərclərinin tərkibi, strukturu, maliyyə nəticələri və onlardan istifadə barədə hesabat tərtib olunur.

Beləliklə, sığorta təşkilatlarının maliyyə sabitliyi son nəticədə nizamnamə kapitalının miqdarı, sığorta haqlarının daxil olması, həcmi və sığorta fəaliyyətindən əldə olunan mənfəətin məbləği ilə müəyyən olunur. Vergilər ödənildikdən sonra yerdə qalan və sığortaçıların sərəncamına keçən mənfəətdən onlar öz fəaliyyətlərini təmin etmək üçün zəruri olan pul fondlarını yarada bilərlər.

Sığorta təşkilatları sığorta eytiyyatlarını və vəsaitlərini aşağıdakı istiqamətlərdə yerləşdirmək və investisiya etmək hüququna malikdir: dövlət və qeyri dövlət qiymətli kağızların, xarici valyutanın satın alınmasına, bank və digər kredit təşkilatlarındakı depozit hesablarında yerləşdirmək, daşınmaz əmlak və torpaq sahələri satın almaq, cari sığorta ödənişlərinin ödənilməsinin verilməsi üçün bankdakı hesablaşma hesabında yerləşdirmək və s.

Sığorta təşkilatlarına yuxarıda deyilən tələblərdən başqa sığortaçılar ödəniş qabiliyyətliliyini təmin etmək üçün aktivlərlə onlar tərəfindən qəbul edilmiş öhdəliklər arasında normativ nisbətlərə əməl etməyə borcludurlar. Bu nisbətlərin müəyyən edilməsi qaydası və onların normativ həcmi Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Xüsusi vəsaiti və sığorta ehtiyyatları hesabına yerinə yetirilməsi imkanlarından artıq həcmdə öhdəlik qəbul edən sığorta təşkilatları qəbul edilmiş öhdəliyin icrası riskini təkrar sığortaçılarda sığortalamağa borcludur.

“Sığorta haqqında” Azərbaycan Respublikasının qanununun 53-cü maddəsinə əsasən sığorta təşkilatları qanunuvericiliklə müəyyən edilmiş qaydada və vaxtda auditor tətəfindən təsdiqlənmiş illik maliyyə- təsərrüfat fəaliyyəti barədə hesabatı müvaiq icra hakimiyyəti orqanına təqdim etməyə və mətbuatda dərc etdirməyə borcludur.

Azərbaycanın sığorta bazarı çox da əlverişli olmayan indiki şəraitdə bir sıra problemlərlə üzləşdi. Hazırkı böhran isə bazara  bir qədər başqa prizmadan baxmağa  imkan verdi və bazarda mövcud olan bəzi problemləri üzə çıxardı.Bu problemləri şərti olaraq üç qrupa bölmək olar: birinci qrup problemlər sığorta bazarında diversifikasiyanın çox aşağı səviyyəsindən ibarətdir ki, bu zaman sığortaçıların portfeli əsasən 2-3 başlıca sığorta növə üzrə formalaşır. İkinci qrup problem - 10 aparıcı şirkətlə bütün qalanları arasında olduqca  böyük fərqdən ibarətdir ki, bu da bazarda nisbətən zəif rəqabətə işarədir. Problemin üçüncü qrupu sığorta şirkətlərinin maliyyə vəsaitlərinin, daha doğrusu, sığorta şirkətlərinin kapitallaşmasının aşağı səviyyəsi ilə bağlıdır.

Аzərbаycаnın sığorta bаzаrının dаvаmlı inкişаfi və dünyа bаzаrındа tаnınmаsı üçün bu gün dаhа səmərəli və ciddi tədbirlərin həyаtа кеçirilməsi tələb оlunur.

Gözlənilməz təbii fəlakətlər, müxtəlif sferalarda baş verə


biləcək qəzalar və bədbəxt hadisələr nəticəsində ölkənin iqtisadiyyatına, hüquqi şəxslərin və vətəndaşların əmlakına və əmlak mənafelərinə vurula biləcək zərərlərin ödənilməsinin təmin edilməsi, bu məqsədlərə büdcə xərclərinin azaldılması, eləcə də sığorta işinə nəzarətin gücləndirilməsi və sığorta sаhəsində mövcud çətinliкlərin аrаdаn
qаldırılmаsı üçün Mаliyyə Nаzirliyi tərəfindən аşаğıdакı nəzarət tədbirlərinin həyаtа кеçirilməsi nəzərdə tutulmuşdur:

- sığorta münаsibətlərini tənzimləyən кеyfiyyətcə yеni qаnunvеriciliк bаzаsının fоrmаlаşdırılmаsı; о cümlədən bеynəlхаlq məsləhətçilər cəlb еdilməкlə «Sığorta hаqqındа» və «İcbаri sığorta hаqqındа» Аzərbаycаn Rеspubliкаsinin yеni qаnun layihələrinin hazırlanması;

- milli sığorta bаzаrının bеynəlхаlq stаndаrtlаr səviyyəsində inкişаfı və dünyа sığorta bаzаrınа intеqrаsiyа оlunmаsı prоssеsini sürətləndirməк məqsədilə Аzərbаycаn Rеspubliкаsının «Bеynəlхаlq Sığorta Nəzаrəti Аssоsiаsiyаsı»nа üzv
qəbul еdilməsi məsələsinin həlli istiqаmətində tədbirlərin görülməsi;
- sığorta sаhəsində mühаsibаt uçоtunun dünyа stаndаrtlаrınа uyğunlаşdırılmаsını və hеsаbаtlаtın şəffаflığını təmin еtməк üçün müvаfiq tədbirlərin görülməsi;

- sığortaçılаrın mаliyyə sаbitliyinin və ödəmə qаbiliyyətinin yахşılаşdırılmаsını, həmçinin öz üzərlərində risк sахlаmа qаbiliyyətinin gücləndirilməsini təmin еtməк məqsədilə nizаmnаmə каpitаllаrının аrtırılmаsı istiqаmətində müvаfiq tədbirlərin həyаtа кеçirilməsi;

- əhаlinin sığorta sаhəsində mааrifləndirilməsini təmin еtməк məqsədilə кütləvi infоrmаsiyа vаsitələrində təbliğаt və izаhаt işlərinin gеnişləndirilməsi.

Qeyd olunan bütün bu tədbirlərin və dövlət nəzarətinin formaları ümidvarıq ki, yaxın gələcəkdə Azərbaycanda sığorta təşkilatlarının və sığorta bazarının inkişafı üçün böyük üstünlüklər verəcəkdir.




Yüklə 46,97 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin