Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə
2(001)-1473/2018 saylı iş üzrə cavabdeh: Orucəliyev Natiq Sabir oğlu tərəfindən
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, İsfahani küçəsi, döngə 3, ev 16
Binəqədi Rayon Məhkəməsinin № 2(001)-1473/2018 05.10.2020-ci il tarixli qərardadından
ŞİKAYƏT
Qeyd edim ki, İddiaçı “Bank of Baku” ASCiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məndən 420,33 manat əsas borcun, 285,12 manat faiz borcunun, ümumilikdə 705,45 manat və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.08.2018-ci il tarixli, 2(001)- 1473/2018 saylı qətnaməsinə əsasən məndən 420,33 manat əsas borc və 285,12 manat faiz borcu olmaqla, ümumilikdə 705,45 manat məbləğində pul vəsaitinin tutularaq “Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin də məndən tutularaq “Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi həmçinin məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaitinin məndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
Daha sonra tərəfimdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.08.2018-ci il tarixli, 2(001)-1473/2018 saylı qətnaməsindən 30.09.2020-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1473/2018 saylı, 22.10.2018-ci il tarixli qərardadına əsasən apellyasiya şikayəti imzalanmadığından geri qaytarılmışdır. Daha sonra tərəfimdən qərardad mənə təqdim edildiyi gün yəni olduğunu gördük. Pulun harada olması barədə dəfələrlə düşünsək də pulun harada olmasını aydınlaşdıra bilmədik. Bu yaxınlarda evimizdən köçərkən bəzi köhnə sənədlərə nəzər salarkən bir borc müqaviləsi aşkar etdim. Müqaviləyə əsasən mərhum ərim 17.01.2009-cu ildə Xətai rayonunda yerləşən 6 saylı notariat kontorunda Məmmədov Əşrəf Məmməd oğluna 17.000 ABŞ dolları məbləğində pulu verməsi barədə onunla borc müqaviləsi bağlamışdır. Bundan sonra biz Əşrəf Məmmədovla görüşüb məsələni aydınlaşdırdıq və o da ona mərhum yoldaşıma borclu olduğunu bildirdi. Lakin ondan dəfələrlə həmin məbləği qaytarmasını tələb etsək də o, bizim haqlı tələblərimizə əhəmiyyət verməmişdir. Həmçinin bildirmişdir ki, borc müqaviləsində borclu kimi yalnız onun adının olmasına baxmayaraq, o, həmin 17.000 ABŞ dolları məbləğində olan pulları Cəfərov Tofiq Mehman oğlu ilə birgə mərhum ərimdən almışdır. Buna görə də 17.000 ABŞ dolları məbləğində pulun hamısının ondan deyil məhz yarısının ondan digər yarısının da Cəfərov Tofiq Mehman oğlundan tələb etməli olduğumu mənə bildirdi. Lakin, Cəfərov Tofiq Mehman oğlu da mərhum ərimdən aldığı pulun yarısını bizə qaytarmaqdan imtina etmişdir.
Daha sonra mən aidiyyyəti üzrə məhkəməyə müraciət etmək qərarına gəldim. Hal-hazırda mən İmanov Qəhrəman Əlif oğlunun hüquqi varisi Şirinova Sona Əziz qızı cavabdehlər Məmmədov Əşrəf Məmməd oğlundan və Cəfərov Tofiq Mehman oğlundan müştərək qaydada 17.000 ABŞ dolları məbləğində borc pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişəm.
Mülki iş hal-hazırda sizin icraatınızdadır.
Məhkəmə iclasının keçirilmə vaxtı mənə bildirilmədiyindən mən 20 iyun 2019-cu il tarixində məhkəmə iclasında iştirak edə bilməmişəm. Elə bu səbəblə də mənim tərəf olaraq məhkəmə iclasına gəlməməyim əsas gətirilmiş və işin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilmişdir.
Hal-hazırda hesab edirəm ki, həmin qərardad ləğv edilməli və işə mahiyyəti üzrə baxılmalıdır.
Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
Qərardad mənə rəsmi surətdə məhkəmənin inzibati binasında 30 oktyabr 2019-cu il tarixində edildiyindən Hazırkı qərardaddan şikayəti qanunvericilik tərəfindən mənə tanınan 10 gün müddəti çərçivəsində məhkəməyə müraciət edirəm.
Yuxarıda göstərilənləri və Qanunvericiliyini müvafiq tələblərini nəzərə alaraq Sizdən
XAHİŞ EDİRƏM:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)3678/2019 saylı iş üzrə 13 sentyabr 2019-cu il tarixli qərardadını ləğv edilməsinə dair qərardad qəbul edəsiniz.
Əvvəlcədən dərin minnətdarlığımı bildirirəm!
Qoşma:
Şikayətin surəti – 1 nüsxə
Hörmətlə,
İmanov Qəhrəman Əli oğlunun hüquqi varisi
Şirinova Sona Əziz qızı
İmza:
Dostları ilə paylaş: |