Azərbaycan tarixi kafedrasının müdiri,
dosent Mehman Abdullayevin elmi
redaktorluğu ilə
Müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu
Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof.
Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof
Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı
Babayeva, dos. Yunis
Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan
oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu
Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd.
Rabil Habil oğlu
Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana
Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər
qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı
Məmmədova
Rəyçilər:
BDU-nun «Mənbəşünaslıq, tarixşünaslıq və metodika»
kafedrasının müdiri, professor Anar Camal oğlu İsgəndərov
BDU-nun «Azərbaycan tarixi (humanitar fakültələr üzrə)»
kafedrasının müdiri, dosent Azad Əhmədağa oğlu Rzayev
Azərbaycan tarixi. Dərslik. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2016,412 s.
Dərslikdə Azərbaycan tarixinin ən qədim çağlarından XXI əsrin ilk
onilliklərinə qədərki dövrünün ən başlıca məsələləri yığcam və anlaşılan şəkildə
işıqlandırılmış, Azərbaycan tarixinin qədim, orta əsrlər, yeni və ən yeni dövrü
ilə yanaşı, Müstəqil Azərbaycan Respublikasının tarixinə xüsusi yer ayrılmışdır.
Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və
tələbələri üçün nəzərdə tutulmuşdur.
■^^
030^09070
-
05-2016
658(07)
© *^Bakı Universiteti” nəşriyyatı, 2016
ön
soz
Dünyanın mədəni xalqlan içərisində öz qədimliyi ilə seçilən
Azərbaycan xalqı çox zəngin tarixə malikdir və hər bir Azərbaycan gənci bu
tarixi öyrənməyə borcludur. Tarix hər bir xalqın, o cümlədən Azərbaycan
xalqının da milli özünüdərkinin əsas sütunlarından birini təşkil edir.
Qədim
yunanlar əbəs yerə tarixi "cəmiyyətin müəllimi" adlandırmayıblar. Qədim
çinlilər isə tarix haqqmda belə deyirdilər: "keçmişi öyrənmək lazımdır, çünki o,
gələcəyin müəllimidir". Müdriklərdən birinin dediyinə görə, əgər biz öz
keçmişimizdə olan hadisələri dərindən öyrənməsək, gələcək bizi topa
tutacaqdır.
Tarix bəşəriyyətin, o cümlədən ayrı-ayrı xalqların həyatında ta qədim
çağlardan bu günə qədər baş vermiş ən mühüm hadisələri öyrənən elm hesab
olunur.
Azərbaycan tarixi kafedrasımn əməkdaşları tərəfindən Bakı
Dövlət
Universitetinin və Respublikamızın Ali məktəblərinin təbiət və humanitar
fakültələrinin bakalavr təhsil pilləsi üçün hazırlanmış bu dərslik Respublika
Təhsil Nazirliyinin tövsiyəsi ilə 2011-ci ildə çap olunmuş Azərbaycan tarixi
proqramına uyğun şəkildə yazılmışdır. Bu zaman Respublikamızın Ali
məktəblərinin təbiət və humanitar fakültələrində Azərbaycan tarixi fənninin
tədrisinə ayrılan dərs saatlarımn həcminin nəzərə alınmasına
xüsusi diqqət
yetirilmişdir.
Dərslikdə tariximizin ən qədim çağlanndan XXI əsrin ilk onilliklərinə
qədərki dövrünün ən mühüm problemləri aynca fəsillər və paraqraflarda çox
aydın, yığcam və anlaşıqlı şəkildə işıqlandırılmışdır.
Kitabın müəllifləri tarixşünaslığımızda mövcud olan ənənəvi “sülalə
dövlətləri” prinsipindən imkan daxilində uzaqlaşmağa cəhd göstərmişlər.
Azərbaycan dövlətçiliyinin əbədiliyi və varisliyi, xalqımızın milli dövlətçilik
ənənələrinə sadiqliyi prinsiplərinə uyğun şəkildə yazılan dərslikdə Azərbaycan
xalqımn müxtəlif dövrlərdə dövlətçiliyimizi qoruyub saxlamaq və xarici
istilalara qarşı azadlıq mübarizəsi xüsusi diqqət mərkəzinə çəkilmişdir.
Dərslikdə Azərbaycan xalqının etnik kimliyi məsələsi və Azərbaycanın ta
qədimdən bir türk yurdu olması aydın şəkildə verilmişdir.
XVI əsrdə
Azərbaycan türkləri tərəfindən yaradılan. Şərqin Osmanlı və Böyük Moğol
impera- torluqlan kimi ən qüdrətli dövlətləri ilə bütün sahələrdə rəqabət
aparmaq gücündə olan Səfəvi imperatorluğunun tarixinə xüsusi yer aynimışdır.
XIX əsrin sonları - XX əsrin ilk onilliklərində xalqımızın rus müstəmləkə
əseu'ə- tinə qarşı milli - azadlıq mübarizəsinə və müsəlman Şərqində ilk
demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə xüsusi
diqqət yetirilmişdir. Bu zaman düzgün elmi konsepsiyalar əsas
götürülmüş, son
dövrlərdə tarixşünaslığımızda apanlan elmi araşdırmalarda əksini tapan elmi
yeniliklərdən dərslikdə geniş şəkildə istifadə olunmuşdur. Yeni dərsliyi yazan
müəlliflər tariximizin ayrı-ayrı dövrləri üzrə ən əsas mənbələrdən və tədqiqat
əsərlərindəki materiallardan yetərincə yararlanmağa çalışmışlar.