Yevstafi və başqalan Atropatenada torpağın məhsuldarlığını qeyd
edərək yazırdılar ki, burada bir üzüm tənəyindən 40 litrə yaxın çaxır hazırlanır,
bir əncir ağacı isə 52 litrdən çox məhsul verir. Antik dövr müəlliflərinin
əsərlərində Atropatenada heyvandarlığın, xüsusilə atçılığın geniş yayılması
haqqında qiymətli məlumatlar var. Pohbinin məlumatına görə Atropatenanın
Kaspiana vilayətində maldarlıq, dəvəçilik və atçılıq geniş yayılmışdı. Başqa bir
antik müəllif
Ammian Marseliniyə görə Atropatenada dünya şöhrəti qazanmiş
«Nisa» cinsli
atlar bəslənirdi. Hərbi işdə və nəqliyyat vasitəsi kimi istifadə
edilən atların yetişdirilməsində
yonca əsas yem bazası idi. Plininin «Midiya
otu» adlandırdığı
yonca toxumu Avropamn digər ölkələrinə Atropatenadan
aparılmışdır. Atropatena kənd təsərrüfatı məhsullarının bolluğuna ğörə qonşu
ölkələrdən fərqlənirdi.
Ölkənin çaylan və gölləri forel, kütüm, qızıl balıq növləri ilə dolu idi.
Kaspilər ovladıqlan balıqları xüsusi üsulla duzlayıb qurudur və dəvələrə
yükləyib Ekbatanaya aparırdılar. Kaspilər balıq yağı hazırlayır, xüsusilə balığın
içalatından çox möhkəm yapışqan düzəldirdilər.
Atropatena qədimdən yüksək inkişaf etmiş
sənətkarlıq ölkəsi kimi
məşhur olub, müxtəlif sənət sahələrinin inkişafı üçün çox zəngin faydalı
qazıntılara malik idi. Burada dəmir, mis, qurğuşun, gümüş, qızıl və s. çıxarılırdı.
Arxeoloji qazıntılar zamanı tapılmış bəzək əşyalan ölkə zərgərlərinin yüksək
ustalığından xəbər verir. Ərdəbil yaxınlığında tapılmış boyalı, naxışlı və şirli
qablar bu ölkədə
dulusçuluq məktəbinin olduğunu ğöstərir. Atropatena
sənətkarları yüksək keyfiyyətli metal və gil qablar, müxtəlif silah növləri,
toxuculuq məmulatı, bəzək şeyləri, təsərrüfat və məişət əşyalan istehsal
edirdilər. Əsas yeraltı sərvətlərdən biri də neft idi. Nefti çox vaxt «Midiya yağı»
adlandırırdılar. Urmiya gölünün suyundan duz istehsal edilirdi.
Atropatenada şəhərlər sənətkarlıq və ticarət mərkəzləri idi. Ölkənin
ərazisindən beynəlxalq ticarət yollarının keçməsi daxili və xarici ticarətin
inkişafına, şəhərsalma işinə müsbət təsir göstərirdi. Ellin dövlətlərini birləşdirən
mühüm ticarət yollan da Atropatena ərazisindən keçirdi. Baktriya (Orta Asiya),
Hindistan və Çin malları Ekbatan şəhərinə, oradan