Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə16/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

zərdüşt dininə 
sitayiş edirdi. Bu dinin yaradıcısı 
Zərdüşdün e. ə. VII əsrin ortalarında Azərbaycanda anadan olması və e. ə. 
595-ci ildə özünü peyğəmbər elan etməsi haqqında tutarlı dəlillər vardır. 
Zərdüştlüyün müqəddəs kitabı 
«Avcsta» 
dır. Zərdüştlükdə Od mühüm yer 
tutduğundan bu din Atəşpərəstlik də adlanır. Zərdüştlüyə görə dünyada Xeyir 
(Hörmüzd) və Şər (Əhriman) adlanan iki əsas qüvvə arasında daima mübarizə 
gedir və son nəticədə xeyir şərə qalib gəlir. Zərdüştlük dini təlimi antik çağların 
mənəvi-əxlaqi keyfiyyətləri: yüksək zəka və xeyirxahlıq üzərində qurulmuşdur. 
Bu dində ailə və övlad tərbiyəsinə xüsusi diqqət yetirilirdi. Zərdüşt dininə inam 
gətirən hər bir şəxs cəmiyyətin həyatında fəaliyyətsiz qalmamalı, əkinçilik və 
ya maldarlıqla məşğul olmalı, bataqlıqlan qurudub məhsuldar torpağa 
çevirməli, gündəlik həyatında yalançılığa yol verməyərək düz danışmalı və 
doğru yol tutmalı idi. 
Zərdüştlüyün baş məbədi 
Atropatena ərazisindəki 
Qazakada 
yerləşirdi. Baş məbədin mehrablannda daima od yanır və heç vaxt 
onu sönməyə qoymurdular. 
§ 4. Antik Qafqaz Albaniyası 
E. ə. IV əsrdə Azərbaycanın Araz sayından şimalda yerləşən torpaqla- 
nnda yaşayan və qədim türk söylar'ından biri olan 
Albanlar 
öz dövlətlərini 
qurmuşdular. Hələ e. ə. V əsrdə Herodot Araz çayından şimaldakı torpaqlarda 
kaspi adlı Alban tayfasının yaşaması haqqında məlumat vermişdir. Kaspilər fars 
- yunan müharibələrində piyada və atlı döyüşçülər kimi iştirak etmişdilər. E. ə. 
331-ci il Qavqamela döyüşündə Əhəməni ordusımun tərkibində alban 
döyüşçülərindən ibarət bir hərbi dəstə Makedoniyalı İsgəndərə qarşı 
vıuuşmuşdu. 
Makedoniyalı 
İsgəndərin 
hakimiyyəti 
dövründə 
Alban 
hökmdarlığının 
mövcud olmasını antik Roma müəllifi Böyük Plini təsdiq edir. 
Plini İsgəndərin e. ə. 327-ci ilə düşən Hindistan yürüşü zamanı 
Alban çarının 
ona iki dəfə qeyri - adi böyüklükdə köpək bağışlaması haqqında məlumat 
vermişdir. Bu məlumat e. ə. IV əsrin II yansında Azərbaycanın şimalında 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin