Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə18/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   14   15   16   17   18   19   20   21   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Sənətkarlıq, ticarət və səhərlər.
Albaniyada sənətkarlığın müxtəlif 
sahələri inkişaf etmişdi. Sənətkarlıq əsasən şəhərlərdə, qismən də kəndlərdə 
cəmləşmişdi. Sənətkarlıq məhsullan ölkənin daxili təlabatmı ödəməklə yanaşı, 
bir hissəsi qonşu ölkələrə ixrac olunurdu. Silahqayırma, qiymətli metallardan 
qab istehsalı və qiymətli parça növlərinin toxunması bir qayda olaraq şəhər 
sənətkarlıq emalatxanalarında cəmləşmişdi. 
Albaniyada geniş yayılmış sənətkarlıq sahələrindən biri də metalişləmə 
idi. Ümumiyyətlə, Azərbaycan ən qədim metallurgiya mərkəzlərindən biridir. 
Dövlətin, şəhərlərin yaranması və ticarət əlaqələrinin genişlənməsi metalişləmə 
sənətinin inkişafına şərait yaratmışdı. Metalişləmə sahəsində dərin ixtisaslaşma 
getmişdi: 
1) silah istehsalı; 2) əmək alətləri və məişət əşyalarının düzəldilməsi; 3) 
bəzək əşyalarının düzəldilməsi. Ustalar metalı əritməyi, qəlibə tökməyi, qaynaq 
etməyi, kəsmə və döymə üsulu ilə metaldan hər cür məmulat düzəltməyi 
bacarırdılar. Qazıntılar zamanı bütün bu texniki üsulları tətbiq etməklə 
hazırlanmış silahlar (zireh, xəncər, qılınc, ox və s.), əmək alətləri (balta, oraq, 
bıçaq və s.) və bəzək əşyaları (üzük, sırğa, bilərzik və s.) tapılmışdır. 
Albaniyada dulusçuluq sənəti də geniş yayılmışdı. Dulusçular gildən 
inşaat materialları (kirəmit və kərpic) və gil qablar hazırlayaraq dulus 
kürələrində bişirirdilər. Qazıntılar zamanı Mingəçevirdə antik dövrə aid çoxlu 
dulus kürəsi tapılmışdır. 
Bizim eranın ilk əsrlərindən Albaniyada şüşə istehsal edilməsinə 
başlanmışdı. Dövlətin meydana gəlməsi ilə möhürlər hazırlanmasına təlabat 
yaranmışdı. Möhürlər çox zaman üzük formasında düzəldilirdi. 
Albaniyada toxuculuq sənəti öz yüksək səviyyəsi ilə seçilirdi. Toxu- 
culuqda qoyun və dəvə yunundan, bitki liflərindən istifadə edilirdi. Burada 
boyaqçılıq, gönişləmə, dülgərlik, dərzilik, çəkməçilik və başqa sənət sahələri də 
inkişaf etmişdi. 
Antik dövrdə Albaniyada daxili ticarət sürətlə inkişaf edir və ölkənin 
xarici ticarət əlaqələri genişlənirdi. Sürətlə inkişaf edən iqtisadiyyat və ölkədən 
keçən beynəlxalq ticarət yollan Albaniyanın dünya ticarətinə fəal şəkildə 
qoşulmasına imkan verirdi. Albaniya ərazisində olan beynəlxalq ticarət 
yollarından biri Xəzər dənizinin sahilindən keçərək şimalla cənubu 
26 


birləşdirirdi. Albaniyadan beynəlxalq su yolu da keçirdi. Mənbələrə görə 
Hindistandan gətirilən mallan Oks çayı (Amudərya), Hirkan dənizi (Xəzər) və 
Kür çayı ilə su yolu vasitəsi ilə, bir az da quru yolla getməklə, Qara dənizə 
çıxarmaq olurdu. Albaniyanı İberiya ilə birləşdirən ticarət yolu haqda Strabon 
məlumat vermişdir. Ölkəyə xaricdən şirli saxsı, şüşə və metal qablar, bəzək 
əşyaları gətirilirdi. 
Şamaxıda və Qəbələdə tapılan böyük gümüş pul dəfinələri Albaniyada 
ticarətdə puldan geniş istifadə olunduğunu və pul kəsildiyini sübut edir. 
Albaniyada yerli pullarla yanaşı. Makedoniyalı İsgəndərin adından kəsilmiş 
gümüş pullar, habelə Selefki, Parfıya, Yunan, Roma və başqa ölkələrin pulları da 
işlənirdi. Bu fakt Albaniyanın geniş ticarət əlaqələrindən xəbər verir. 
E. ə. I minilliyin ortalarında Albaniyada sənətkarlığın və ticarətin in- 
kişafi üçün əlverişli olan yerlərdə salınmış yaşayış məskənləri böyüməyə 
başlamışdı. Ellinizm dövründə ölkə dünya ticarətinə qoşulmuşdu. Nəticədə belə 
məskənlərdən bəziləri şəhərlərə çevrilmişdi. Strabon Alban şəhərlərindən yalnız 
Uti vilayətində yerləşən Ayniana və Anariakanm adını çəkmiş, Plini isə Alban 
dövlətinin əsas şəhəri olan Kabalakanı (Qəbələ) qeyd etmişdir. II əsrdə yaşamış 
antik müəllif Klavdi Ptolomey Albaniyanın 29 şəhər və böyük yaşayış yerlərinin 
adını çəkmişdir ki, bunlardan Telaba, Gelda, Albana və Getara Xəzər dənizi 
sahilində yerləşirdi. Antik qaynaqlarda adı çəkilən şəhərlərdən yalnız 
Kabalakanm (Qəbələ) və Şamaxının (Gemaxiya) yeri dəqiq məlumdur. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin