Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


  nın güclənməsi Cavanşiri güclü bir dövlətə -  Bizansa



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə26/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   22   23   24   25   26   27   28   29   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

38 


nın güclənməsi Cavanşiri güclü bir dövlətə - 
Bizansa 
sığınmağa məcbur 
etmişdi. Albaniyanın strateji əhəmiyyətini əsas götürən və ərəb hücumları 
qarşısında özünün şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədi 
güdən Bizans hökmdarı 
II Konstantin 
660-cı ildə Cavanşiri himayəsinə qəbul 
edərək onunla «səmimi» ittifaqa girmişdi. Bizans hökmdarının Albaniya ölkəsi 
ilə bağlı verdiyi fərmanda 
Cavanşir Girdman hakimi və Aqvan (Alban) 
knyazı 
adlandırılmışdır. O, Cavanşirə söykənəcəyi qızıldan olan bərbəzəkli 
qızıl taxt, öz belindən açdığı mirvarilərlə bəzədilmiş qılınc göndərmiş və 1200 
Aqvan əsilzadəsinə patrisi və digər yüksək əyan rütbələri bağışlamışdı. 
662-ci ildə Xəzərlərin qazanc və qənimət dalınca Albaniya üzərinə 
yürüşünün qarşısını almaq üçün Cavanşir onlarla 
Kür çayı sahilində döyüşə 
girdi və qalib gəldi. M.Kalankatlınm yazdığına görə, Cavanşir böyük qələbə 
qazandığı üçün düşmənə belə söyləmişdi: «Get, 
Çola qapılarından 
(Dərbənd 
keçidi) geri qayıt və bir də buraya gəlmə, çünki Tann sənin gücünü yox 
etmişdir». 
«Alban tarixi»nə görə 665-ci ildə Türküstanın və ya Hunların 
hökmdarının saysız-hesabsız qoşunla Alban torpaqlarına çox təhlükəli 
yürüşlərini dayandırmaq üçün Cavanşir hunların düşərgəsinə getmiş, onlarla 
sülh bağlayıb Hun hökmdarının qızı ilə evlənmişdi. Cavanşir bu yolla əsir 
alınmış 1200 nəfər kişini, çoxlu at və mal-qaranı geri qaytarmışdı. 
Bizansın getdikcə zəifləməsi və Ərəb dövlətinin güclənməsi şəraitində 
Cavanşir ərəblərlə yaxınlaşmağa başladı. 667-ci 
ildə 
Ərəb xəlifəsi Müaviyənin 
Dəməşqdəki sarayında olan Cavanşir ondan vassal asılılığını qəbul edərək 
ölkəsini dağıntıdan xilas etdi. 670-ci ildə xəlifə Müaviyə ilə ikinci dəfə 
diplomatik danışıqlar apararaq 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin