Təsərrüfat həvatu III-VII əsrlərdə Albaniyada iqtisadiyyatın əkinçilik,
maldarlıq və sənətkarlıq sahələri inkişaf edirdi. Kür çayının hər iki sahilində.
Mil - Muğan düzündə və Naxçıvanda əhali başlıca olaraq əkinçiliklə məşğul
olur, taxıl, pambıq, üzüm, bağ-bostan bitkiləri yetişdirirdi. Geniş yayılnuş
şumlama əkinçiliyində dəmir kotan, xış, oraq və sair alətlərdən istifadə
olunurdu. Kür sahillərinin əlverişli torpaq və iqlim şəraitinə uyğun olaraq
qiymətli pambıq növləri yetişdirilməsi haqda alban tarixçisi Moisey Kalankatlı
məlumat vermişdir. Ərəb mənbələrinə görə, Dərbənddən Tiflisədək bütün Aran
ərazisində boyaq bitkisi olan marena (qızıl boya) yetişdirilirdi. Əldə edilən bol
üzüm məhsulu şərabçılığın inkişafı üçün əlverişli zəmin yaratmışdı.
Albaniyanın maldarlıq təsərrüfatı yüksək səviyyədə idi. Burada iri və
xırda buynuzlu mal, dəvə və at saxlanılırdı.
Məhsuldar qüvvələrin inkişafı və iqtisadiyyatda şəhərlərin rolunun
artması əkinçiliklə əlaqəsini tamamilə kəsmiş azad sənətkarların meydana
çıxmasına və yerli xammal bazasında sənətkarlıq istehsalının genişlənməsinə
səbəb olmuşdu. Yerli xammal (yun, kətan, ipək, pambıq və s.) əsasında inkişaf
etmiş toxuculuq istehsalı sənətkarlığın mühüm sahələrindən birinə çevrilmişdi.
Albaniyada ipək, yun, kətan parçalar və yüksək keyfiyyətli xalçalar toxunurdu.
Mingəçevir və Beyləqan ərazisindən arxeoloji qazıntılar nəticəsində parça və
xalça toxuyan dəzgahlar tapılmışdır.
Erkən orta əsrlərdə Albaniyada təsərrüfatın metallurgiya sahəsi yüksək
inkişaf səviyyəsinə çatmışdı. Şirvan, Qarabağ, Gədəbəy, Şəki - Zaqatala və
başqa bölgələr metal məhsulları istehsalı üzrə mərkəz rolunu oynayırdı. Bu
dövrdə ən çox inkişaf etmiş sənət sahələrindən biri də dulusçuluq idi. Bundan
başqa ağac emalı, daşyonma, gön-dəri, şüşə istehsalı və sair sahələr də inkişaf
edirdi.
Bu dövrdə Albaniyada köhnə qədim şəhərlərin - Qəbələ, Naxçıvan,
Dərbənd inkişafı ilə yanaşı, yeni şəhərlərin - Bərdə, Beyləqan və s. yaranması və
şəhər həyatının canlanması prosesi gedirdi. Şəhər əhalisinin tacir və
sənətkarlardan ibarət olan yuxarı dairəsi əlverişli iqtisadi və sabit ticarət
fəaliyyətini təmin edə biləcək mərkəzi dövlət hakimiyyətinin olmasında maraqlı
idilər. Albaniyada və Atropatenada şəhərlər iqtisadi əhəmiyyətinə və roluna
görə üç tipə bölünürdü: 1) beynəlxalq ticarət yolları üzərində meydana çıxmış
şəhərlər. Bu tipə aid edilən Bərdə, Dərbənd, Qəbələ, Çola, Beyləqan şəhərləri iri
inzibati və ticarət-sənətkarlıq mərkəzləri idilər. Mənbələrdə bu şəhərlər
«böyük» və «məşhur» şəhərlər adlandırılmışdır. 2) Ticarət yollarından kənarda,
qapalı ərazilərdə yerləşən, sənətkarlıq və ticarət mərkəzi kimi
34