Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


əlntəsi. 487-ci ildə Albaniyada  III



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə25/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   21   22   23   24   25   26   27   28   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

2
əlntəsi.
487-ci ildə Albaniyada 
III 
Va- çaqan 
hakimiyyətə gəldi. III Vaçaqanm hakimiyyətdə olduğu 487 - 510-cu illər 
Albaniyanın siyasi, mədəni və dini dirçəlişi dövrü hesab edilir. III Va- çaqan 
Sasani zülmündən qaçıb dağılışmış kəndliləri, sənətkarları geri qaytardı, sadə 
xalqın dinc əməklə məşğul olmasına şərait yaratdı, kənd təsərrüfatı, sənətkarlıq 
və ticarət inkişaf etməyə başladı. Sasanilərə qarşı çıxdıqları üçün torpaq və 
əmlakları əlindən alınmış hakim zümrənin nümayəndələrinin mülkiyyət 
hüquqları bərpa edildi. Sasanilərə qulluq edən əyanların isə hüquqları 
məhdudlaşdırıldı. O, yeni kilsələr tikdirir, kilsə məktəbləri açdırır və digər 
dindən olanları sıxışdırırdı. 
Müstəqil Alban kilsəsinin siyasi gücünü dövlət hakimiyyətinin 
möhkəmləndirilməsinə yönəltmək məqsədi ilə III Vaçaqan 488-ci ildə Aluen 
kilsə məclisini çağırdı. Məclisdə yüksək rütbəli din xadimləri və böyük torpaq 
sahibləri iştirak edirdi. Məclisin qəbul etdiyi 21 maddədən ibarət qanunlar 
toplusu kilsə xadimlərinin, dini və dünyəvi əyanların hüquqlarının və vergi 
münasibətlərinin tənzimlənməsinə həsr olunmuşdu. 
III Vaçaqan Alban Arşaki sülaləsinin sonuncu nümayəndəsi oldu. 
510-cu ildə onun ölümü ilə sasanilər Albaniyada hökmdar hakimiyyətini ləğv 
37 


etdilər. 
510-cu ildən 629-cu ilədək Albaniyanı Sasani canişinləri - mərzbanlar 
idarə edirdilər. Böyük mərzbanlıq adlanan bu dövrdə Azərbaycan dəfələrlə 
Bizansla Sasanilər arasında gedən müharibənin meydanına çevrildiyindən 
ölkənin iqtisadiyyatı tənəzzülə uğrayır, şəhərlərimiz və kəndlərimiz dağıdılır, 
əhalimiz qırılır və mədəniyyət abidələrimiz məhv edilirdi. Sonuncu Sasani - 
Bizans müharibəsi (603 - 628) Bizansın qələbəsi ilə başa çatdı. Bu qələbənin 
qazanılmasında Bizansla ittifaqda olan Xəzər xaqanlığı böyük rol oynamışdı. 
Buna görə də Bizansın razılığı ilə Albaniya ərazisi Xəzər xaqanlığının siyasi 
təsiri altına düşdü. 
Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti. Girdman knyazlığı. 
VI
əsrin sonu - VII əsrin əvvəllərində Albaniyada Mehrani nəsli 
möhkəmlənmişdi. Bu nəslin nümayəndələri Sasanilərlə qohum olub, 
Albaniyanın Girdman vilayətini idarə edirdilər. Mehranilər Albaniyada siyasi 
cəhətdən möhkəmlənmək üçün Arşaki nəslindən olan bütün iri əyanları məhv 
etmiş və onların torpaqlarını və əmlaklarını ələ keçirmişdilər. Mehranilər 
Sasanilərlə qohum olsalar da, yerdə qalan Alban əsilzadələri ilə yaxınlaşmış, 
xristianlığı qəbul etmiş və albanlaşmışdılar. 629 - 630-cu illərdə Xəzər 
xaqanlığında daxili çəkişmələrin güclənməsi ilə Xaqanın öldürülməsi 
Mehranilərin qəti hərəkətə keçməsinə imkan yaratdı. Albaniya Xəzər xaqammn 
siyasi asılılığından çıxaraq müstəqillik qazandı. Varaz Qriqor 630-cu ildə 
Albaniyanın knyaz taxtına oturdu. Varazm hakimiyyəti dövründə (630 - 642) 
Albaniya Sasanilərlə yaxınlıq etdiyindən o, oğlu Cavanşiri ərəblərə qarşı 
müharibədə Sasanilərə köməyə göndərmişdi. Cavanşir 7 il ərəblərə qarşı 
aparılan ağır döyüşlərdə bir sərkərdə kimi qəhrəmanlıqla vuruşduqdan sonra 
vətəninə dönmüş və 642-ci ildən böyük knyaz titulu ilə Albaniyanı idarə 
etməyə başlamışdı. Moisey Kalankatlı «Alban tarixi» əsərində Cavanşiri 
dövləti ədalətlə idarə edən, bütün gücünü öz ölkəsinin inkişafına və 
təhlükəsizliyinin təmin olunmasına yönəldən bir hökmdar kimi təsvir etmişdir. 
Cavanşirin ölkədə quruculuq, təsərrüfat və abadlıq işləri aparması, paytaxt 
şəhəri olan Bərdədə və digər yerlərdə gözəl saraylar və binalar tikdirməsi, 
alimləri, şairləri, elm və mədəniyyət xadimlərini himayə etməsi haqqında 
məlumatlara rast gəlinir. Onun hakimiyyəti dövründə Albaniyamn sərhədləri 
qərbdə İberiyaya, şimalda «Hun qapıları» adlandırılan Dərbəndə, cənubda isə 
Araz çayına gedib çatırdı. 
Cavanşirin xarici siyasətinin əsas məqsədi Albaniyanın bütövlüyünü və 
müstəqilliyini qoruyub saxlamaqdan ibarət idi. Cavanşir ərəblər tərəfindən 
məğlubiyyətə uğrayan Sasani qoşunlarının Alban torpaqlarına dağıdıcı 
basqmlarımn qarşısını almaq üçün bir neçə dəfə savaşa girərək qalib gəlmiş, 
Girdman, Uti, Sakasen və digər vilayətləri, paytaxt şəhəri Bərdəni sasanilərdən 
təmizləmişdi. Cavanşirin Sasanilərə qarşı müttəfiqi İberiya idi. Ərəblərin 
Azərbaycanın cənubundan-Atropatenadan Albaniyaya basqmları- 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin