Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə28/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   24   25   26   27   28   29   30   31   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Torpaqqala, 
Ağdamdakı 
Govurqala, 
İsmayıllıdakı 
Cavanşir qalası, Şirvan səddi, Dərbənd səddi 
və başqaları Alban 
memarlığının çox yüksək səviyyədə olduğunu göstərir. Albaniya 
dünyada 
xristianlığın ən qədim mərkəzlərindən biri 
olduğundan cəmiyyətin mənəvi 
həyatına bu din güclü təsir göstərmişdir. 
Albanların 
öz 
yazısı, öz təqvimi və 
məktəbləri 
var idi. Alban əlifbası 52 hərfdən ibarət idi. Son araşdırmalara görə 
V əsrdə bu əlifba uti ləhcəsinə uyğun şəkildə yenidən işlənib hazırlanmışdı. 
Alban əlifbasının hansı səsləri ifadə etməsi müəyyən olunmuş, alban dilində 
yazılmış dini kitab - “İncil” dövrümüzə qədər gəlib çatmışdır. Albaniyanın 
mənəvi mədəniyyət abidələrini erməni dilinə çevirmiş Qriqoryan kilsəsi alban 
dilində yazılmış abidələrin böyük əksəriyyətini məhv etmişdir. 
Albanlar ilk vaxtlar Ay təqvimindən, IV əsrin ortalarından isə 
İsgəndəriyyə məktəbi üçün səciyyəvi olan təqvimdən istifadə edirdilər. Bu 
təqvimdə ilin başlanğıcı avqustun 29-u götürülürdü. 
Albaniyada V əsrdə məktəblər fəaliyyət göstərirdi. M.Kalankatlınm 
yazdığına görə. Alban hökmdarı Yesuagen uşaqlann məktəblərə göndərilməsi 
və onlara yazmağın öyrədilməsi, məktəblərdə uşaqlann, hətta yeməklə təmin 
olunması haqqında əmr vermişdi. Yesuagen Alban əlifbasının yeni variantını 
başa çatdırandan sonra, dini kitabların yunan dilindən alban dilinə tərcüməsinə 
xüsusi diqqət yetirirdi. 
Albaniyanın mənəvi - dini dirçəlişi III 
Mömün Vaçaqanın 
adı ilə bağlı 
idi. Xristianlığı bütün ölkə ərazisində yaymaq üçün bütpərəst və atəşpərəstləri, 
kahinləri təqib edən, ölkədən qovan III Vaçaqan yeni kilsə və mo- nastrlar 
tikdirir, məktəblər açırdı. O, kəndlərə gələrkən ilk növbədə məktəblərə baş 
çəkər və şagirdləri başına toplayardı. Uşaqlann əllərində kitablar və yazı 
lövhələri olardı. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin