və mətanət xəlifəni də heyrətə salmışdı. Xəlifə demişdi:
«onun gördüyü işlər
(günahlar) bağışlanmalı olsa idi, tək elə bu üstünlüyünə görə yaşamağa
layiq olardı».
Edamdan sonra Babəkin başı əhalini qorxutmaq üçün Xorasana
göndərilmiş, bədəni isə Səmərrada asılmışdı. Əl- Müqəddəsi yazırdı ki,
«Babəkin üzərində qazanılmış qələbə, İslam aləmində ən böyük qələbə idi
və onun əsir ahndığı gün isə müsəlmanların bayram günü oldu».
Babəkin başçılığı ilə Xilafətə qarşı aparılmış azadlıq müharibəsi
tariximizin ən parlaq səhifələrindən biridir.
Babək üç qitədə yerləşən və
dünyanın ən güclü dövləti olan Xilafətlə 20 illik savaşda düşmənin 225
mindən
çox əsgərini
və çoxlu ərəb sərkərdəsini məhv etmişdi.
Bu itkilər Xilafəti
dərindən sarsıdaraq zəiflətmişdi. Babəkin apardığı savaş IX əsrin II yarısında
Azərbaycan torpaqlarının Xilafətin əsarətindən qurtulması üçün bir zəmin
hazırlamış və siyasi oyanışımıza təkan vermişdi.
2
.
Azərbaycan xalqının böyük oğlu Babəkin siyasi portreti
Ərəb mənbələrində və görkəmli alimimiz
Z.M.Bünyadovun
araşdır-
malarında
Babəki
zəmanəsinin qəhrəmanı, azadlıq savaşı
aparan görkəmli
sərkərdə və
bir dövlət xadimi kimi
qiymətləndirməyə imkan
verən dəlillər
kifayət qədərdir.
1. Mənbələrdə sayı 300 min nəfərdən çox göstərilən silahlı qüvvəni nizami
və çox təcrübəli Xilafət ordularına qarşı
təşkil etmək üçün Babək çox
çevik hərbi - siyasi strukturlar yaratmışdı.
Mənbələrdə Babəkin
Dostları ilə paylaş: