çox böyük hissəsində baş vermişdir.
Qarqarlar.
Azərbaycanda
məskunlaşmış
qıpçaq
toplumlarını
araşdırarkən
qarqar
etnonimi diqqəti cəlb edir.
Əxsikəndinin «Məcmu ət -
təvarix»
əsərində «qarqar qıpçaqları»nm adı çəkilir.
Mərkəzi Asiyada
qədimdən yaşayan qarqar qıpçaq toplumu Albaniyada da məskunlaşmışdır.
Qarqarlar haqqında ilk məlumat
Strabona
məxsusdur.
Daha sonra erməni
tarixçisi M.Xorenli, alban tarixçisi M.Kalankath və başqaları Albaniyada
yaşayan etnoslar içərisində qarqarlar haqqında məlumat verir.
Strabona görə «Metrodor Skepsiyalı və Hipsikrat, həmçinin bu yerlərlə
tanış
olanlar məlumat verirlər ki, amazonlar Qafqaz dağlarının şimal
ətəklərində,
Kerauniya adlanan yerdə qarqarlarla yanaşı yaşayırlar».
Bu
məlumata əsaslanan K.V.Trever qarqarların e. ə. III əsrdə Qafqaz dağlarında
məskunlaşdığını, sonra dağlardan Qarabağ düzünə yayıldığını göstərir. Samur
çayının mənsəbində
Qarqar dağı
məlumdur.
Ölkənin qədim sakinləri
haqqında, başlanğıcını Qarabağ dağlarından götürən
Qarqarçay
da danışır; çay
Ağdamın şimalından axaraq şərqə Ağcabədiyədək istiqamətlənir və Kür
yaxınlığında bataqlıq yerə tökülür.
Qarqar etnotoponiminin Şimali Azərbaycanla yanaşı.
Cənubi
Azərbaycanda da yayılması diqqəti cəlb edir. Hazırda burada
Qarqar, Qərqər -
Nəsir, Baba Qarqar, Qarqarak Kərkərə, Kərkər
yaşayış
məntəqələri
mövcuddur.
Kənqərlər.
Əski bulqarlarm və buntürklərin xələfi
kəngər
toplumu
oldu. 482-ci ildə
Dostları ilə paylaş: