Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə38/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   34   35   36   37   38   39   40   41   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Dəli Budağın 
bölükləri, 
mərkəzdə isə 
İç Oğuz 
bəylərinin bölükləri ilə bəylərbəyi Qazan xan özü yer 
tuturdu. İç Oğuz döyüşçüləri oğuz elinin bütün əsgəri təşkilatında aparıcı yer 
tuturdu. Beləliklə, bütün Oğuz, 
«Qalın Oğuz» 
birliyinin mərkəzi olan 
İç Oğuz, 
həm də albanların vətəni idi. Tarixi - coğrafi araşdırmalar «Kitab-i Dədə 
Qorqud» boylarındakı İç Oğuzun da, xanlar xanı 
Bayandur 
xanın və bəylər bəyi 
Qazan Alpın divanlarının (mərkəzi idarə) da Qafqaz Albaniyasının mərkəzi 
torpaqlarında: 
Kür ilə Araz çaylarının 
əmələ gətirdiyi təbii 
üçbucaqda 
yerləşdiyini aydın etmişdir. 
İkincisi, miladdan sonrakı III yüzillikdə tarixi qaynaqlarda adı çəkilən 
Aran, ərəb yazılışında 
“Arran ölkəsi” 
Albaniyanın əski yerli adıdır. Bununla 
yanaşı. Aran ölkə adı deyil, həm də boy adı, dil mənsubluğu bildirmişdir, çünki 
orta çağ tarixçi və coğrafiyaçıları «Aran dili» anlayışını işlətmişlər. X yüzil 
müəllifi 
Əl-Müqəddəsi 
yazmışdır: «Ərməniyyədə (indiki Türkiyə ərazisindədir 
- Red.) ermənicə, Arranda Aran dilində danışırlar». Eyni bilgiyə X yüzilin başqa 
iki müəllifi 
Əl-İstəxri 
və 
İbn Havqəlin 
yazılarında rast gəlirik. 
Sara 
Aşurbəylinin 
fikrincə «Aran» sözü əski türk dilindən başqa heç bir Şərq dilində 
işlənməmişdir. O yazır ki, «Aran dili» dedikdə «X yüzilə kimi yaranmış olan 
Azərbaycan türk dili» nəzərdə tutulurdu. Deməli «Aran» sözünün «Alban» sözü 
ilə sinonim olması, aranlıların isə dil baxımından türkcə danışması Qafqaz 
Alban əhalisinin başlıca kütləsinin soykök baxımından türk olmasını göstərir. 
Uzaq keçmişdən başlayaraq miladın IV - V yüzillərinə kimi Azərbaycanda 
bulqar, buntürk, saka, alban /aran/, dondar, tərtər 
və bu kimi onlarca türk 
soyköklü boy və toplumlar yaşamaqda idi. Onların çoxunun adlarına antik 
ədəbiyyatda rast gəlirik. Yeni araşdırmalar görə bu toplumların demək olar 
hamısı həm Şimali, həm də Cənubi Azərbaycan torpaqlarında yerləşmişdilər. 
Bununla yanaşı, onların bir qismi Cənubi Qafqazın başqa bölgələrində, indiki 
Gürcüstan və Ermənistan ərazisində yaşayırdı. Azərbaycan 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin