Fəzl ibn Məhəmməd
971-ci ildə Gəncənin ilk Şəddadi hakimi oldu. Şəddadilərin mərkəzi
hakimiyyətdən aynlaraq 971-ci ildə Azərbaycamn şimalında müstəqil
ləşməsinin qarşısını almaq üçün Salari İbrahimin Gəncəyə hücumu uğursuz
olmuşdu. Bunun nəticəsində Arranın Bərdə, Şəmkir, Naxçıvan və başqa
şəhərləri, habelə Dəbil və ətrafdakı torpaqlar
Şəddadilərin hakimiyyəti altına
keçmişdi.
Şəddadilər sülaləsinin ilk hökmdarı
Ləşkəri (971 - 978) olmuşdur.
Ondan sonra, 978 - 986-cı illərdə hakimiyyətdə olmuş Mərzubanm
bacarıqsızlığı bir çox vilayətlərin, o cümlədən Bərdənin itirilməsi ilə nəticələnsə
də, 986-cı ildə Azərbaycan taxtına çıxan
Fəzl ibn Məhəmməd (985/986 -
1030/1031) uğurlu yürüşlər nəticəsində Bərdə, Beyləqan, Xaçm, Sünik, Gorus,
Taşir və Tiflisə qədər olan əraziləri yenidən dövlətimizin sərhədlərinə
qaytarmışdı. Fəzl 1026/1027-ci ildə
Şəmkir yaxınlığındakı döyüşdə abxaz -
gürcü qoşunu üzərində parlaq qələbə qazanımş və 10 min nəfərdən çox gürcü
döyüşçüsünü qılıncdan keçirmişdi. 1030-cu ildə isə ölkəmiz üçün şimaldan
təhlükə yaradan
alanları məğlubiyyətə uğratmışdı. I Fəzl ibn Məhəmmədin
hakimiyyəti dövründə Azərbaycanda sənətkarlıq və ticarət inkişaf etmiş,
memarlıq-tikinti işləri genişlənmişdi. O, 1027-ci ildə Araz çayı üzərində hərbi
və ticarət əhəmiyyəti daşıyan və xalqımızın memarlıq incilərindən biri sayılan
Xudafərin körpüsünü saldırmışdı. Fəzldən sonra Azərbaycan taxtına çıxan
oğlu Əbülfəth Musamn hakimiyyəti qısa sürmüşdü. O, Bakıya basqın edən
ruslarla savaşa girmiş və onları ağır məğlubiyyətə uğratmışdı. II Ləşkəri adı ilə
1034-cü ildə hakimiyyətə gələn Əbülhəsən Əli on beş illik hakimiyyəti
dövründə Səlcuqlara, Oğuzlara, gürcü və ermənilərə qarşı uğurlu savaşlar
aparmışdı. Anası Şirvanşahın qızı olduğundan Şirvanşahlıqla qohumluq
münasibətləri, 1040-cı ildə omm görüşünə gəlmiş, Rəwadi hökmdan Vəhsudan
və Tiflis əmiri Əbülfəzi Cəfər ilə dostluq əlaqələri saxlayırdı. Qətran Təbrizinin
qəsidəsində