Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə45/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   41   42   43   44   45   46   47   48   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Azərbaycan 
dövlətinin 
ərazisi daha da böyümüşdü: şimalda Dərbənd keçidindən başlayaraq 
cənubda Dəclə və Fərat çaylarının yuxarı axarlarınadək, şərqdə Gilan da daxil 
olmaqla. Xəzər sahilindən qərbdə Kartli - Kaxetiya, Dvin, Van ətrafı torpaqlar 
da daxil olmaqla çox böyük ərazi Azərbaycanın nəzarəti altında idi. Bu o anlama 
gəlir ki, Salarilər dövründə də bütün Azərbaycan torpaqları 
bir vahid 
mərkəzdən idarə olunurdu. Salarilər dövründə Xəzər dənizində Azərbaycanın 
ticarət 
gəmiləri 
üzməyə başlamışdı. 
X əsrin əvvəllərində Azərbaycanın şimalında Xəzər xaqanlığının 
getdikcə zəifləməsi şəraitində bölgədə gəmiçiliklə məşğul olan, xəz dərilərini 
“isti ölkələrin” tacirlərinə satan, İdil çayını asanlıqla keçib Xəzər dənizi sa 
66 


hillərində quldurluq edən, əhalini soyub-talayan ruslar ərazilərimizdə 
görünməyə başladılar. Rusların 909 - 910-cu illər, 914-cü il quldur basqınları 
Xəzər sahilindəki şəhər və kəndlərimizə böyük fəlakətlər gətirmişdi. 944-cü 
ildə ruslar tərəfindən Bərdə şəhərinin tutulması və 20 min insanın öldürülməsi 
nəinki Azərbaycanda, hətta bütün İslam dünyasında böyük həyəcanla 
qarşılanmışdı. Çünki Bərdə Xilafət dönəmində bölgənin ən böyük şəhəri idi və 
hər il yüzlərlə ticarət karvanının gəlib - getdiyi bir mərkəz rolunu oynayırdı. 
Mərzban ibn Məhəmməd doğma şəhərini ruslardan xilas etmək üçün dərhal 
qoşunla hərəkətə keçib Bərdəni mühasirəyə aldı. Şəhərin içində əhali ilə, şəhər 
ətrafında isə Mərzbanın qoşunu ilə savaşda ağır itkilər verən ruslar Bərdəni tərk 
edib geri qayıtmağa məcbur oldular. Ancaq kafir rusların Bərdəyə bu basqını 
qədim şəhərimizə böyük fəlakətlər gətirdi. Şəhər öz əvvəlki əhəmiyyətini itirdi. 
“Bərdə faciəsi” XII əsr Azərbaycan ədəbiyyatının ən böyük nümayəndəsi 
Nizami Gəncəvinin əsərində də təsvir olunmuşdur. 
Mərzban Mosul hakimlərinin Azərbaycana yürüşlərini dəf etdikdən 
sonra Azərbaycanın güneyində Rey uğrunda türk xanədanı Buveyhilərlə 
toqquşmuş, ancaq 948 - 949-cu ildə Qəzvin döyüşündə məğlubiyyətə 
uğramışdı. 
Tarixi qaynaqlarda Mərzban ağıllı, bacarıqlı və adil bir hökmdar kimi 
qiymətləndirilir. O, ölkə daxilində çəkişmələrə son qoyaraq asayişi təmin 
etmişdi. Onun dövründə tabe edilmiş ərazilərlə birlikdə dövlətimizin illik gəliri 
1 milyon dinara çatmışdı. O, Azərbaycanın cənub sərhədlərinin təhlükəsizliyini 
təmin etmək məqsədilə qızını Buveyhi hökmdan Rüknüddövləyə ərə verərək 
onunla dostluq və qohumluq münasibəti yaratmışdı. 957-ci ildə Mərzban vəfat 
etmiş və hakimiyyətə qardaşı Vəhsudan gəlmişdi. Mərzban ibn Məhəmmədin 
oğulları varisliklə bağlı atalarının vəsiyyətinə əməl etmədiyindən 966-cı ilədək 
Azərbaycanda Vəhsudanla Mərzbanın oğlu ibrahim arasında hakimiyyət 
uğrunda qanlı savaş getmişdi. 966-cı ildən ölkəni təkbaşına idarə edən 
İbrahimin hakimiyyətinə isə 981-ci ildə Rəvvadi nəsli tərəfindən son 
qoyulmuşdu. Lakin Rəvvadilər sülaləsi Azərbaycanın yalnız Araz çayından 
cənubdakı torpaqlarına nəzarət etməklə kifayətlənmişdilər. 
Azərbaycan Rəvvadilər 
sülaləsinin hakimiyyəti dövründə 
(981 - 1071) 
Ərəb köklü Rəvvadi nəsli 775-ci ildən Təbriz və onun çevrəsində 
hakimlik edirdi. Rəwad əl-Əzdi və oğulları quruculuq işləri apararaq Təbrizi 
kiçik bir kənddən böyük bir şəhərə çevirmişdilər. Tarixi qaynaqlara görə, 
məşhur qəhrəmanımız Babək iki il Məhəmməd ibn Rəwadın yanında qulluq 
etmişdi. Rəvvadilər bir əsr ərzində Təbriz, Marağa, Qaradağ və Əhər 
vilayətlərində hakimiyyət sürmüş, bu zaman bəzən xəlifədən asılı, bəzən də 
müstəqil olmuşdular. Bu nəslin nümayəndələrindən olan Əbülhicanın adı 
Salaroğlu Mərzbana tabe olaraq, ona xərac verən (955/956) əmirlər sırasında 
çəkilmişdi. Elə 981-ci ildə Əbülhica, Salari İbrahimin 
67 


əlindən hakimiyyəti alaraq Azərbaycan taxtına oturmuşdu. Rəwadilərin 
dövründə Azərbaycan dövlətinin paytaxtı Təbriz şəhəri oldu. Rəwadilər 
Azərbaycanm cənub torpaqlanm qəti olaraq öz idarəsi altına aldıqdan sonra 
Muğan hakimliyini də asılı vəzi)o^ətə sala bilmişdilər. 988-ci ilədək 
hakimiyyətdə olmuş Əbülhicanı əvəz etmiş oğlu Məmlan 30 ilə yaxın 
Azərbaycan taxtında oturmuşdu. Məmlandan sonra taxta çıxan Vəhsudanın 
hakimiyyəti dövründə (1020 - 1059) oğuzlann Azərbaycana axınları başlamışdı. 
Qəznəvilərə qarşı üsyan qaldırmış və 1028-ci ildə Azərbaycanda sığınacaq 
tapmış 2000 oğuz ailəsini (10000 nəfərdən çox əhali) dostcasına qarşılamış, 
onlara yerləşmək üçün torpaq vermişdi. Azərbaycanm görkəmli hökmdarı 
Vəhsudan müsəlman və türklərin düşməni, o zaman xristian dünyasının önündə 
gedən Bizans imperiyasına qarşı müharibədə oğuzların gücündən istifadə etmək 
istəyirdi. Azərbaycan torpaqlanna XI əsrin 40-cı illərinin əvvəllərindən başlayan 
Səlcuq yürüşlərinin qarşısını almaqda çətinlik çəkən Rəwadilər bir tərəfdən də 
Azərbaycanın qərb torpaqlarına (Dvin, Ani, Van gölü ətrafı) Bizansın 
müdaxiləsinin qarşısını almağa çalışırdılar. Ölkəsinin xarici siyasi vəziyyətinin 
mürəkkəbliyi şəraitində Vəhsudan XI əsrin 30-cu illərinin sonunda Gəncəyə 
səfər etmiş və Azərbaycamn şimal torpaqlanm nəzarətində saxlayan Şəddadi 
hökmdarı ilə danışıqlar apararaq onunla ittifaq bağlamışdı. Bu ittifaq nəticəsində 
Azərbaycamn şimalı və cənubu arasında əlaqələr güclənmişdi. 
Rəwadilərin Muğan hakimliyini ələ keçirmək üçün apardıqları döyüşdə 
iştirak edən şair Qətran Təbrizi əsərlərində Vəhsudanı görkəmli bir dövlət 
xadimi kimi vəsf etmişdir. Vəhsudanın dövründə, 1052-ci ildə zəlzələ 
nəticəsində paytaxt şəhərimiz Təbriz dağılmış və bu zaman 40 min nəfər 
həyatım itirmişdi. 1054/1055-ci ildə Səlcuq Sultanı Toğrul bəy Azərbaycana 
yürüş edərək Təbrizə daxil olanda, İbn əl-Əsirin yazdığına görə, Vəhsudan 
Sultan Toğrula tabe olaraq onun adına xütbə oxutmuş, pul kəsdirmiş, çoxlu 
hədiyyələr verərək oğlunu da girov göndərmişdi. Vəhsudamn ölümündən sonra 
Sultan Toğrul onun oğlu Məmlanı Azərbaycanın hakimi kimi tamsa da, digər 
Səlcuq Sultanı Alp Arslan Azərbaycanda Məmlanm idarəsinə son vermiş və 
yerinə Səlcuq əmiri təyin etmişdi. Səlcuq Sultanı 1071-ci ildə məşhur Malazgird 
döyüşündə Bizans üzərində parlaq qələbə qazanıb geri qayıdarkən Məmlanm 
uşaqlarını da yaxalayaraq özü ilə aparmışdı. Beləliklə, Azərbaycanda 
Rəwadilərin hakimiyyətinə felən son qoyulmuşdu. 
Azərbaycanın şimal > qərb torpaqları 
Şəddadilərin hakimiyyəti dövründə 
Şəddadi nəslinin ulu babası Gurtaq Dvin və Ani bölgələrində 
məskunlaşmış türk boyundan olub, Salaroğlulanmn ordusunda xidmət etmişdir. 
Qədim qrabarca yazılan qaynaqlarda və Movses Xorenlinin əsərlərində Başlan 
(Ağn) adlanan həmin bölgələrdə Bulqar, Vanak, Tork (türk) boylannm 
yaşadığından bəhs edilmişdir. 900-cü illərin əwəllərində yaşamış Gurtaq 
68 


oğluna Xəzərlərdə və Bulqarlarda geniş yayılmış Şad adım qoymuşdu. 
Sülalənin daşıdığı Şəddad adı “Şad”m ərəbcəyə uyğunlaşdırılmış formasıdır. 
Şəddadın oğlu Məhəmməd 951-ci ildə 
Dəbili 
(Dvini) ələ keçirmiş və bu şəhəri 
əlində saxlamaq üçün Salari Mərzbanla mücadilə etmişdir. Ondan əvvəl gəlib 
Gəncədə yerləşmiş və əhali içərisində etibar qazanmış 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin