uğur qazanmışdı. Səlcuqların bölgədə böyük güc sahibinə çevrilməsini nəzərə
alan Şavur Sultan Toğrulun vassalı olmağa razılıq versə də, Sultan Alp Arslanın
müttəfiqi olmuşdur.
28 il Dvində
(Dəbil),
18 il Gəncədə, üst - üstə
46
il
hakimiyyət sürmüş
Şavur 1067-ci ildə vəfat etmiş və Gəncə Cümə məscidində
dəfn olunmuşdu. Şavurun
II Fəzl
adı ilə taxta çıxan oğlu (1067 - 1073)
Səlcuqlarla müttəfiqlik münasibətlərinə böyük önəm verirdi. Bunun nəticəsidir
ki.
Sultan Alp Arslan
Tiflisin idarəsini
də onun ixtiyarına buraxmışdı. 1075-ci
ildə Səlcuq orduları Arrana hücum edəndə, Şəddadi Fəzl onlarla savaşa girmiş,
məhz buna görə də Əmir Savtəkin Azərbaycanda Şəddadilərin hakimiyyətinə
son qoymuşdu. Ancaq Səlcuqlar Şəddadilərin Anidəki hökmranlıqlarına mane
olmadılar.
Sultan Alp Arslan hələ 1065-ci ildə
Ani şəhərini
Bizansdan alıb
Əbüləsvar Şavura vermiş, o da oğlu Mənüçöhrü Aniyə hakim təyin etmişdi. Bu
tarixdən başlayaraq Şəddadilərin Anidəki hökmranlığı 130 il davam etmişdi.
Ancaq bundan sonra bu müsəlman türk şəhəri gürcülərin əlinə keçmişdi.
Şəddadilərin
Dostları ilə paylaş: