Sultan Məsud bütün
Aranı iqta olaraq Şəmsəddin
Eldənizə bağışlamış, o da Bərdə şəhərini özünə iqamətgah seçmişdi. 1136-cı il
Azərbaycanda Eldənizlər sülaləsinin hakimyyətə başlaması tarixi kimi qəbul
olunmuşdur. Tarixi qaynaqlarda yazıldığı kimi, “Atabəy Şəmsəddin gücləndi,
bütün böyük hökmdarları yenərək bir çoxunu özünə tabe etdi, üsyan başçılarını
aradan qaldırdı və
Aran ölkəsindəki (Azərbaycanın Arazdan şimaldakı torpaqları - Red) qarmaqarışıqlığa son qoydu”.
Görkəmli türk sərkərdəsi və uzaqgörən siyasi xadim
Şəmsəddin Eldəniz az vaxtda demək olar ki,
bütün Azərbaycanı öz hakimiyyəti altında
birləşdirə bilmişdi. O, iqta kimi sahibləndiyi Arandan başqa, Azərbaycanın
cənub hissəsini və Naxçıvanı müstəqil idarə etməyə başlayaraq öz adından pul
kəsdirdi. Eldənizlərin ilk paytaxtı
Naxçıvan şəhəri olmuşdu. Müstəqil hökmdar
kimi fəaliyyət göstərən Şəmsəddin Eldəniz (1136 - 1175) İraq Səlcuq sultanlığı
sarayında böyük nüfuza malik idi və həmin dövlətin də idarə edilməsində
yaxından iştirak edirdi. Sultanlığın əsas hərbi qüvvəsi olan 50 minlik seçmə
ordu da Şəmsəddinin ixtiyarında idi.
Şəmsəddin 1160-cı ildə 20 minlik qoşunla Həmədana yürüş edərək boş
qalmış İraq Səlcuq sultanlığı taxtına oğulluğu Arslan şahı çıxartdı, özü isə
“Böyük Atabəy” titulunu alaraq ən yaxın adamlarını yüksək dövlət vəzifələrinə
təyin etdi. Böyük oğlu Məhəmməd Cahan Pəhləvanı
sultanın hacibi (saray
əmirlərinin başçısı), kiçik oğlu Qızıl Arslanı isə
sultanın ordusunun
baş komandanı (əmir əs silah) təyin etdi.
Faktiki olaraq İraq Səlcuq
sultanlığı Eldənizlərin əlinə keçdi. Bundan sonra Şəmsəddin sultanlığı təkbaşına idarə
etməyə başladı. Bu dövrün müəllifi Sədrəddin Əli əl - Hüseyni yazırdı ki,