neçəsi dustaqxanalara salınıb və orada ömür - günlərini çürüdürlər...Sən isə
Sultan taxtına oturmusan və o, iki oğlu ilə birlikdə sənə qulluq edərək qarşında
durur, sənin düşmənlərinlə vuruşaraq rəqiblərini yox edir, sənin canın isə bütün
bu işlərdən azaddır! Atabəy nə edirsə, nə alıb bağışlayırsa - bunun hamısı sənin
dövlətini gücləndirmək və hakimiyyətini möhkəmləndirmək üçün edilir. Qoy
onun hərəkətləri sənə kədər gətirməsin... Axı o sənin məmlükündür”. Sultan
anasından belə sözlər eşidərkən sakitləşib susardı.
Şəmsəddin Eldəniz
Şirvanşahlığı
da özündən asılı vəziyyətə salmaqla,
demək olar ki, bütün Azərbaycan torpaqlarına nəzarət edirdi. Görkəmli alimimiz
Ziya Bünyadovun yazdığına görə,
Şəmsəddin Eldəniz
Qafqaz dağlarından
(Dərbənd keçidi)
Kəngər
(İran) körfəzinə qədər uzanan geniş bir ərazini öz
hakimiyyəti altında birləşdirmişdi. “Tiflis qapılarından Məkrana qədər” çox
geniş ərazilər:
Dostları ilə paylaş: