Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə52/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   48   49   50   51   52   53   54   55   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

müsəlmanlar
75 


kafirlər üzərində elə bir parlaq qələbə qazanmışdılar ki, beləsini kimsə 
xatırlaya bilməzdi. 
Döyüş meydanında gürcülərə aman verməyən Şəm- səddin 
Eldəniz dinc xristian əhalisinə toxunmurdu. Dövrün erməni və gürcü 
mənbələrində 
Şəmsəddinin hakimiyyəti altında olan xristian bölgələrinin 
əhalisinə qayğı göstərilməsi, xristianlar yaşayan torpaqlarda əmin- 
amanlığın hökm sürməsi haqqında təkzib olunmaz faktlara rast gəlinir. 
1175-ci ildə Şəmsəddin Eldəniz arvadı Möminə Xatınm ölümündən bir 
ay sonra Allahın rəhmətinə qovuşdu. 
Məhəmməd Cahan Pəhləvan 
Həmədandan 
Naxçıvana gələrək 
orduya, xəzinəyə və Azərbaycan taxt- 
tacına sahib çıxdı. 
İraq Səlcuq sultanı Arslan şah öldüyünə görə 
III 
Toğrulu 
sultan taxtına çıxartdı, özü isə “böyük atabəy” titulu aldı. 
Azərbaycan və 
Aranın idarəsini 
qardaşı 
Qızıl Arslana 
verərək 
Təbrizi 
Azərbaycan dövlətinin 
paytaxtı elan etdi. O, Mosul, Hilat, Fars, Xuzistan, Ərməniyyə (indiki 
Türkiyənin ərazisindədir - Red.) və digər bölgələrdə sultan 
III 
Toğrulun adma 
xütbə oxunması və pul kəsdirilməsi haqqında əmr verdi. İraq Səlcuq 
sultanlığında ali hakimiyyəti gücləndirdi, itaət etməyənləri, xüsusilə Əcəm- 
İraqımn əmirlərini yola gətirdi, bacarıqsız sərkərdələri və məmurleın vəzifədən 
götürdü. Ən önəmli dövlət vəzifələrinə 70 nəfər şəxsi məmlükünü 
(qulluqçusunu) təyin etdi və hər birinə iqta torpaqları bağışladı. 
İraq Səlcuq 
sultanlığını və Azərbaycan taxtını 
öz hökmü altında saxlamaqla, Bağdadda 
oturan Abbasi xəlifəsinin dövlət işlərinə bumunu soxmasmm qarşısını aldı, 
onun səlahiyyətlərini azaltdı. Məhəmməd Cahan Pəhləvan xəlifəyə məktubunda 
bildirirdi: “Əgər xəlifə imamdırsa, onun daimi məşğuliyyəti namaz qılmaqdan 
ibarət olmalıdır, çünki namaz dinin dirəyi və işlərin ən gözəlidir. Bu sahədə 
xalqa örnək olmaq və öndə getmək xəlifə üçün yetərlidir. Bu həqiqi 
padşahlıqdır. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin