Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə54/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   50   51   52   53   54   55   56   57   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Həmədan yaxınlığında döyüşdə 
məğlubiyyətə uğradaraq Naxçıvanda qalada həbsə atmış və bu yolla əsas siyasi 
rəqibini zərərsizləşdirmişdi. Qızıl Arslan qısa vaxtda Azərbaycan, Aran, 
Həmədan, İsfahan, Rey, Fars, Xuzistan üzərində öz hakimiyyətini 
möhkəmləndirə bilmişdi. Ancaq 1191-ci ildə arvadı İnanc Xatunun başçılıq 
etdiyi sui - qəsdçi qüvvələr tərəfindən öldürülmüşdü. 
1191-ci ildə Məhəmməd Cahanın Azərbaycan taxtına çıxan başqa bir 
oğlu 
Əbu Bəkrin 
(1191 - 1210) dövründə 
İraq Səlcuq Sultanlığı 
dövlətimizin 
nəzarətindən çıxdı. Paytaxt şəhəri Naxçıvanda oturan Əbu Bəkr yalnız 
Azərbaycan və Aranın 
idarəsi ilə kifayətlənməli oldu. Üstəlik gürcü Baq- 
ratuni çarlığının başçısı Tamara Şirvanşah I Axsitan və İnanc Xatunun oğulları 
Əmir Mahmud və Əmir Ömər ona qarşı hərbi ittifaq qurmuşdular. Müttəfiqlərin 
qoşunları 1194-cü ildə 
Şəmkir 
və 
Beyləqan döyüşlərində 
onu ağır 
məğlubiyyətə uğratmışdılar. Əmir Ömər Vətənimizə xəyanət edərək gürcülərlə 
birlikdə Gəncə şəhərini mühasirəyə almışdı. Gəncə əhalisi Eldəniz şahzadəsi 
əmir Ömərin tabe olmaq əmrinə belə cavab vermişdi: “Əgər sən tək gəlsəydin, 
biz şəhəri sənə verərdik, ancaq bir yığın kafirlə gəldiyin üçün şəhəri sənə təslim 
etməyəcəyik”. Sonda çətinliklə də olsa, şəhərə yiyələnən və Aran bölgəsinin 
idarəsini ələ alan Əmir Ömərin hakimiyyəti cəmi 22 gün çəkmişdi. Gürcü 
qoşunları Azərbaycanı tərk edən kimi, gəncəlilər Əmir Öməri öldürdülər. Əbu 
Bəkr dönəmində Azərbaycanda mərkəzi hakimiyyətin və dövlətin hərbi 
gücünün zəifləməsindən gürcülər məharətlə istifadə edirdilər. 
Tamaranın 
göndərdiyi gürcü qoşunu 
Dvində 
elə bir qətliam törətmişdi ki, mənbəyə görə 
“bunu eşidən insanın tükləri biz-biz dururdu”. Əbu Bəkr Xarəzmşahlarm ona 
verdiyi böyük dəstəkdən də lazımi şəkildə yararlana bilmədi. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin