Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə44/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   40   41   42   43   44   45   46   47   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

ölkənin ümumi gəliri 4,5 
milyon dirhəmə 
çatmışdı. Sacoğlulann Azərbaycan sərhədlərini kafir 
düşmənlərdən qoruması və ölkə daxilində asayişin hökm sürməsi iqtisadiyyatın, 
ilk növbədə ticarətin inkişafına təkan vermişdi. Sacoğlulara qədər Azərbaycan, 
Arran (Albaniya), Ərməniyyə və Kartli - Kaxetiya fərqli siyasi qüvvələr 
tərəfindən idarə olunurdusa, Saci hökmdarlan bütün bu torpaqları bir siyasi 
mərkəzdə birləşdirmişdi. Nəticədə bundan sonra 
Azərbaycan və Arran ayrı 
deyil, vahid siyasi və coğrafi məna daşımağa başlamışdı. 
Maraqlıdır ki, belə 
bir coğrafi, siyasi xətti sonralar bölgədə hakimiyyət sürmüş digər sülalələr də 
davam etdirmişlər. Azərbaycanda Sacoğlular sülaləsinin hakimiyyətinə 
Salaroğlular tərəfindən son qoyulmuşdur. 
Azərbaycanda Salarilər (Salaroğulları) 
sülaləsinin hakimiyyətə gəlməsi 
941-ci ildə Azərbaycanda Sacoğluların sonuncu hökmdarı Deysəm 
taxtdan salınmış və 
Salaroğulları 
(Salar türkcə “yurd tutan” deməkdir - Red.) 
adlanan sülalə hakimiyyətə gəlmişdi. Kəngərli türk soyundan olan Salar nəsli 
Azərbaycanla Mazandaran sərhəddində olan Deyləm vilayətini idarə edirdi. 
Sülalənin ilk nümayəndəsi 
Mərzban ibn Məhəmməd 
(941 - 957) əvvəlcə 
Azərbaycanın cənubunu, sonra qısa müddətdə bütün ərazisini öz hakimiyyəti 
altında birləşdirə bilmişdi. Tarixi qaynaqlara görə Azərbaycanın bütün 
minbərlərində onun adına xütbələr oxunurdu. Şirvanşah Əhməd, Şəki hakimi 
Əbdülmalik, Bərdə hakimi İbn Savad, Əhər hakimi Əbülhica Rəwadi, Sünik, 
Hayzan hakimləri ona tabe olub, xəzinəsinə vergi ödəyirdilər. Mərzbanm 
dövründə 
Azərbaycan dövlətinin xəzinəsinə daxil olan illik verginin miqdarı 
500 min dinara çatırdı.
Salarilər dönəmində də 
Azərbaycan dövlətinin paytaxtı Ərdəbil 
şəhəri olaraq qalırdı. Mərzban ibn Məhəmməd Azərbaycanın şimal - qərb 
torpaqlarını, o cümlədən Şirvanşahlığın ərazisini özünə tabe edib, Dərbənd 
şəhərinə də yiyələnmişdi. Ərməniyyə və Şərqi Gürcüstan (Kartli - Kaxetiya) 
dövlətimizin sərhədlərinə qaytarılmışdı. Salarilər dönəmində 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin