Sasanilərə
qarşı üsyandan yazan tarixçi
Paraplı Lazar
kəngər
türkləri yaşayan ayrıca bir vilayətin adını çəkir: Qavam Kangarac. Bu tarixçinin
yazdığına görə, Sasanli qoşunu ilə döyüşdə basılan
Vaxtanq Qorqasalın
döyüşçüləri Albaniyanın İberiya ilə sərhədlərində
Kəngər dağlarından
(Ermənistanın bir rayonunda indi də Kəngər dağı oronimi qalmaqdadır - Red.)
enərək
«Kəngər elinə»
gəlib «qonşu hunlarm» köməyini gözləməyə başladılar.
Bu hadisədən 60 - 70 il sonra (542 və 552-ci illər) həmin xalqın adı
hanqaraye
şəklində suryani qaynaqlarda çəkilir.
IV yüzillikdən sonra kəngərlilərin yaşayış yerləri Kür ilə Araz arası
bölgələrdə və Azərbaycanın başqa ellərində çox idi. Bunu həmin bölgələrdə
«Kəngər», «Kəngərli» adım daşıyan kəndlərin günlərimizə kimi qalması sübut
edir. XIX yüzilin ortasına yaxın yalnız
Naxçıvan
əyalətində qafqaz- şünas
İ.Şopen kəngərlilərin 33 qol və tirəsini qeydə almışdı:
Yurçi, Sarbanlar,
Xalxallı, Cağatay, Qaraxan, Hacılar, Qaracalı, Sofulu, Didavarlı, Bolqarlı,
Bərgüşadlı və b*.
Bulqar, buntürk alban türk toplumları ilə yanaşı, Azərbaycan ərazisində
başqa hun boyları da yaşamaqda idi. Dərbənd keçidi ilə
Beşbarmaq dağı
arasında yaşayan bu hunları
«masaha hunları»
adlandırırlar. 330-cu illərdə
Masaha hun hökmdarı Sanatruk öz hökmdarlığını Kür çayı hövzəsinə kimi
yaymağa çalışırdı. Moisey Kağankatlı yazır: «... Paytakaran şəhərində
Sanatruk
adlı birisi aqvanlar üzərində hökmdar oldu». Adı çəkilən hökmdarın
58
daşıdığı adın hər iki yazılışı (Sanatruk, Sanesan) çox maraqlıdır. Hər iki adın
tərkibində olan san sözü əski türkcədə «bədən», «gövdə», «cüssə» çalarında
işlənmişdir. Görünür, Sanatruk adı «gövdəli türk» anlamında işlənirdi. Erməni
tarixçilərinin bu hun hökmdarını «heybətli bahadur» adlandırması bütünlüklə
buna uyğun gəlir.
Bu hadisələrdən 120 il ötdükdən sonra, Transqafqaz xalqlarının
sasanilərə qarşı 450 - 451-ci il üsyanı ilə bağlı olaraq yenə Masaha hunlarının
adma rast gəlinir. Moisey Kağankatlının yazdığına görə, onlar «göyün buyruğu
ilə ittifaqa girib and içdilər». Sasanilərə qarşı azadlıq hərəkatında əslində bütün
Şimali Azərbaycan əhalisinin: bulqarlarm, albanların, büntürklərin,
kəngərlilərin və masaha hunlarının fəal iştirak etməsi aydın olur.
Bulqarlarm qollarından biri olan Basil/Barsil toplumu da Azərbaycanda
güclənməkdə idi. İlkin orta çağ qaynaqlarında bu xalqın adı ilə bağlı olan
Bersil-Barsil-Barşilə ölkəsinin adı çəkilir.
Ərəb müəllifləri İbn Rustə və Qərdizi Barsil türklərini Bərçölə adı ilə
tanıdıqlarını yazmışlar. Başlıca məsələ isə Xəzər sahili Barşiləsi ilə yanaşı,
Transqafqazm mərkəzi bölgələrində, Azərbaycan ilə Gürcüstan sərhədində
ikinci bir «Barşilə»nin olmasıdır. Bu, orta çağlarda Borçalı - Borşalı - Boz- çalı
adlanan bölgədir və Borçalı «Qurd çölü», «Qurd oğulları yaşayan yer»
deməkdir.
Suvarlar (sabirlər).
Quzey Qafqazda bulqarlarm suvar (sabir) qolu öncə
yaranmış olan qohum Onoqur/Onoquz (Haylandur) əsgəri birliyini çökdürüb
onun yerini tutdu. V yüzüdə «ən böyük türk tayfa birliklərindən biri» sayılan
onoqurlar Azərbaycanda yaşayırdılar. V yüzilin 60-cı illərində onoqurları onlara
qohum olan suvar türkləri üstələdilər. Onlar öz adlarını itirib suvar boylarına
qovuşdular. Yüz il ötdükdən sonra suvarlar özləri də Quzey Qafqazda avar
türkləri tərəfindən basılaraq Azərbaycana doğru sıxış- dırıldılar. Onların on
minlik bir kütləsi Azərbaycanda, o sıradan Gəncə- basarda (Sakaşendə) yerləşdi.
Bir hissəsi isə şimala - Xəzər xaqanlığına köç etdi. Muğan düzündə bütün orta
çağ boyunca yad edilən Bcləsuvar, XIV yüzüdə Güney Azərbaycanda
Həmdullah Qəzvininin qeydə aldığı Tutsuvar, XIX yüzüdə Quba qəzasında olan
Qaleyi Suvar xarabalığı və Qalasuvar kəndinin adları suvar bulqarlannm tarixi
izləridir.
İslamın ilkin yayılma casL
Xəzərlərin Qafqazda hakim qüvvəyə
çevrilməsi Xilafətin Transqafqaz bölgələrinə yürüşləri ilə qarşılaşdı. 200 ilə
kimi sürən ərəb-xəzər qarşıdurması Azərbaycanın sabitliyini pozaraq siyasi
durumuna böyük təsir göstərdi. Xilafətin köçürmə siyasəti ölkənin etnotarixi
xəritəsində müəyyən izlər buraxsa da, türk etnosunun öz doğma ərazisində sabit
yaşayışı davam etməkdə idi. 735 - 737-ci il yürüşünü uğurla başa vurduqdan
sonra ərəb sərkərdəsi Mərvan İbn Məhəmməd “40 min və ya ondan da çox
dinsizi (türkləri) Nəhr əs - Samur adlanan yerdə ... və Əl - Kür çayına yaxın
düzənlərdə” yerləşdirdi. 854-cü ildə Azərbaycan və Ər- məniyyəyə hakim
qoyulmuş Buğa əl-Kəbir «onun himayəsinə sığınaraq
59
islamı qəbul etmək istəyən xəzərlərin bir hissəsini Şəmkirdə yerləşdirdi)).
Əbdülmalik İbn Hişam öz əsərində ilkin ərəb yürüşləri çağında (VII əsrin 40-cı
illəri) Xilafət qoşunlarının Azərbaycanda türklər ilə qarşılaşdığını yazmışdır.
Azərbaycana yeni yürüş keçirmək fikrində olan Xəlifə I Müaviyə, qoşunlarının
qarşılaşa biləcəyi çətinlikləri düşünərək əl-Cürhumidən bu ölkə haqqında arayış
istəmişdi. Əl-Cürhuminin «Əxbar» ma istinad edən İbn Hişam tərəflərin
söhbətini olduğu kimi verməyə çalışır: «Müaviyənin Übeyd İbn Şəriyyə ilə
söhbətləri bu məsələyə (ərəb sərkərdəsi Şimrin Azərbaycana yürüşü haqqında
iki daş üzərində yazdırdığı kitabəyə) çatdıqda Müaviyə Übeydə müraciət edərək
Azərbaycan haqqında onun fikrini öyrənmək istəyərək dedi: «Sən allah,
Azərbaycan (haqqında) əlaqəniz və xatirəniz nədir?)) Übeyd ibn Şəriyyə cavab
verir: «Ora (yəni Azərbaycan - Red.) türk torpağıdır. Onlar oraya toplaşaraq bir -
biri ilə qarışmış və təkmilləşmişlər)).
İslamın Azərbaycanda yayılması burada yaşayan türk boylarının vahid
etnos halında formalaşmasına təkan verdi. Belə ki, ümumi dil və soykök
birliyinə mənəvi birliyin yaranmasında başlıca amil olan dini birlik də əlavə
olundu. İslama qədər Azərbaycanda mövcud olan dini rəngarəngliyin aradan
qalxması ilə vahid Azərbaycan xalqı yarandı.
Xalqımızın etno - tarixi yaddaşı. Azərbaycan türk dili
Kitab~i Dədə Ooraud.
Bu adı daşıyan kitab ortaçağ tarixi qaynaqlannda
ara-sıra izi görünən böyük epik abidədir. Dədə Qorqud boylarında əski türk
törəyişi əfsanələrinin, totemçiliyin güclü izləri qalmışdır. Kitabın baş qəhrəmanı
bütün Oğuz elinin ikinci hökmdarı Qazan Alp özünü və deməli, bütün oğuzları
əski qurddan törəyiş əfsanəsi ilə bağlayır.
Kitabda olan anaxaqanlıq (matriarxat) qahntıları elm üçün olduqca
dəyərlidir. Qadın Ana boylarında ilahiləşdirilən bir varlıq, «Tanrı haqqınım)
daşıyıcısıdır və toxunulmazdır: «Ana haqqı Tengri haqqı deyilmişsə qara polad
üz qılıcum dartdaydım, ğafilicə görklü başınq kəsəydim, alca qanmq yer yüzinə
tökəydim)).
Kitabda hərbi demokratiya çağına xas olan Ağsaqqallar Şurası, Xalq
yığıncağı kimi təsisatlar, «çox demokratik şəkildə)) üç ildə bir kərə aparılan
qənimət bölgüsü ənənəsi öz əksini tapmışdır.
Qurddan törəvis əfsanəsi.
Türk xalqlarının törəyiş (geneoloji) əfsanələri
içərisində Göktürklərə aid olan əfsanə çox dəyərli sayılır. Əfsanəyə əsasən
göytürklər dişi qurddan törəmişlər. Bu törəyiş əfsanəsi artıq VI yüzilin
ortalarında Çin qaynaqlarında yazıya alınmışdı. Əfsanə türk xalqları yaşayan
bütün torpaqlarda: Böyük Çin səddindən başlayaraq Mərkəzi Avropaya, Qıpçaq
çölündən (Dəşti Qıpçaqdan) Aralıq dənizinə kimi yayılmışdı. Orta çağlarda
təkcə Çin qaynaqlan deyil, ərəb və suryani qaynaqlan da bu əfsanə ilə bağlı
olaraq türk xalqlanm «Qurd oğullan)) adlandırırdı.
Salur Qazanın evinin yağmalandığı ikinci boyda Qazan xan qurda üz
60
tutub, onunla «xəbərləşir». «Qurd yüzi mübarəkdir» söyləyərək, ona bir ulu
varlıq kimi ehtiram bildirir.
Dədə Qorqud boylarında da qurd alpdır, basılmaz döyüşçü, bütün oğuz
döyüşçülərinin oxşamaq istədikləri igiddir. Əmən bəyin VII boyda söylədiyi
kimi: «Yeddi bayırın
Dostları ilə paylaş: |