§ 7. Azərbaycan xalqının yaranması
Azərbaycan türkləri Avroasiyanın və Cənubi Qafqazın ən qədim sakinləridir
Türklər Cənubi Qafqazın ən gədim sakinləridir.
Tarix,
arxeologiya,
antropologiya və digər elm sahələrində çalışan alimlərin araşdırmaları
Azərbaycan türklərinin
Cənubi Qafqazın
ən qədim
və
köklü
əhalisi
olmasını tamamilə sübut etmişdir. Azərbaycan türklərinin yayıldığı areala
indiki Azərbaycan Respublikasının ərazisi ilə yanaşı.
Cənubi Azərbaycan
(indiki İran İslam Respublikasının tərkibindədir), İrəvan və Zəngəzur
bölgələri (indiki Ermənistan Respublikası), Borçah (indiki
Gürcüstan
Respublikasının tərkibindədir), Dərbənd (indiki Dağıstan - Rusiya) torpaqları
da daxildir. Azərbaycan türkləri bir xalq kimi tarixən Dərbənddən Həmədana,
Xəzər dənizindən Şərqi Anadoluyadək olan böyük bir ərazidə təşəkkül taparaq
formalaşmışdır.
Arxeoloji
qazıntılar
nəticəsində
Gürcüstan
Respublikasının
azərbaycanlılar yaşayan və 1947-ci ilədək
Başkeçid
adlandırılan Dmanisi
rayonunda Xram çayının sahilindəki mağaradan yaşı təxminən
1 milyon 800
min il olan iki kəllə qutusu
tapılmışdır. Kəllələrin yanında sadə əmək alətləri
aşkar edilmişdir. Bu tapıntı Qafqazın ən qədim insan məskəni olduğunu sübut
etmişdir. Antropoloqlar ağ irqə
mənsub olan bu kəllələrin
Dolixokran
(uzunbaş)
olduğunu göstərirlər. Azərbaycan Respublikası ərazisində
Qobustandakı mezolit dövrünə (e. ə. XII - VIII minilliklər)
aid Firuz
düşərgəsində tapılmış kişi kəlləsi də quruluşuna görə Dolixokrandır. Qafqazın
neolit (yeni daş) dövrünə aid olan Qobustandakı «Kənizə» mağarasından,
indiki Ermənistan və Gürcüstan ərazisindən tapılan 4 kəllədən 3-ü Dolixokran
- uzunbaşdır.
Qafqazın mis - daş (eneolit) dövründə (e. ə. VI - IV minilliklər) yaşayan
əhaliyə
aid olub, Kültəpədən tapılan insan kəlləsi uzunbaşlılığı və na-
ziksifətliyi ilə Kaspi (Xəzər) tipinin qədim forması hesab edilir.
Oxşar
quruluşlu tapıntıya Cənubi Azərbaycanda
Dostları ilə paylaş: