Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə17/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Alban 
dövlətçiliyinin 
mövcudluğundan xəbər verir. 
E. ə. IV - III əsrlərdə Albaniyanı idarə etmiş hökmdarlann adlan tarixdə 
qalmamışdır. Buna baxmayaraq e. ə. III əsrdə Makedoniyalı İsgəndərin 
pullarına oxşar 
yerli gümüş alban pullarının kəsilməsi, 
üzərində müxtəlif 
süjetlərin əks olunduğu üzük formalı 
möhürlərdən 
istifadə olunması dövlətin 
mövcudluğundan xəbər verirdi. Dövlət sənədlərini təsdiq etmək üçün 
hökmdarların daşıdıqları belə möhürlərdən bizim eranın III əsrinədək istifadə 
olunmuşdur. Qədim Alban dövlətinin paytaxtı 
Qəbələ şəhəri 
idi. 
Ərazisi əhalisi və təsərrüfat həvatı.
Antik yunan müəllifi 
Strabona
 
24 


görə albanlar iberlərlə Kaspi dənizi (Xəzər) arasında yaşayırdılar. Dövlətin şərq 
sərhədini Kaspi dənizi, qərb sərhədini isə İberiya (İori çayınadək) təşkil 
etmişdir. İndiki Gürcüstanın şərqindəki Alazan vadisi Alban torpaqlan idi. 
Alban dövlətinin şimal hüdudlan Dərbənddən yuxandakı Samur dağ 
silsiləsindən başlayıb. Böyük Qafqaz dağlannm ətəkləri boyu İori çayının yuxan 
axannadək uzanırdı. Araz çayı isə Alban dövlətinin cənub sərhədi hesab olunur. 
Mənbələrdə Alban və Kür çayının Alban torpaqlanndan axıb dənizə tökülməsi 
haqda geniş məlumatlar vardır. Strabona görə Araz çayı da Alban ölkəsindən 
axaraq Kür çayına və yaxud Kaspi dənizinə tökülürdü. 
Alban əhalisi vahid dildə danışmırdı. Strabona görə bu ölkədə 26 dil var 
idi. Albaniyada yaşayan tayfalar içərisində kaspiləri, utiləri, qarqarları, 
qardımanlıları, leqləri, gelləri və başqalanm göstərmək olar. Kaspilər, utilər və 
başqalan e. ə. I minilliyin ortalannda daha böyük tayfanın adı ilə albanlar 
adlandınirmşdır. E. ə. IV əsrdə baş vermiş Qavqamela döyüşündə Azərbaycanın 
şimalındakı tayfa birliyi artıq «Alban» adım daşıyırdı. Antik çağda Kaspi 
dənizini həm də Alban dənizi adlandırmışdılar. Strabona görə əvvəllər burada 
hər qəbilənin bir padşahı var idisə, e. ə. I əsrin 60-cı illərində bütün alban 
qəbilələrinə bir padşah başçılıq edirdi. Albaniyada yaşayan tayfaların dili Türk, 
Qafqaz və s. dillər ailəsinə aid edilir. Təsadüfi deyil ki, ana qaynağımız olan 
«Kitabi Dədə Qorqud» da Alban soyunun başçısı Qazan xan verilmişdir. 
Strabona görə Albaniyanın çox bərəkətli və məhsuldar torpağı ildə iki 
yə ya üç dəfə məhsul verir; burada tarlalar dincə qoyulmur və ağac xışla 
şumlanır. Səpilən toxumdan əlli dəfə çox məhsul alınır. Üstəlik burada iqlim 
Babilistan və Misirdəkindən daha əlverişli olub, torpaq daha yaxşı suvarılırdı. 
Antik dövrdə Alban əhalisi taxılçılıq, tərəvəzçilik, bağçılıq, üzümçülük 
və maldarlıqla məşğul olurdu. Taxıl bitkilərindən buğda, arpa və dan 
yetişdirilirdi. Albanlar taxılı dəmir oraqlarla biçir, xırmanlarda xırda daş dişləri 
olan ağac vəllə döyür və dən daşlan ilə üyüdürdülər. Taxılın üyüdülmə- sində əl 
dəyirmanlanndan, eramızın ilk əsrlərindən başlayaraq su dəyirmanlarından 
istifadə edirdilər. Taxılı iri saxsı küplərdə və xüsusi quyularda saxlayırdılar. 
Strabon Albaniyada müxtəlif meyvə ağaclanmn, hətta zeytun 
yetişdirildiyini qeyd etmişdir. Albaniyamn təsərrüfatında üzümçülük və 
şərabçılığın mühüm yer tutması haqqında Strabon çox qiymətli məlumatlar 
vermişdir. Şamaxıda və Qəbələdə arxeoloji qazmtılar zamam şərab istehsal 
edilən emalatxanalann qalıqlan və şərab saxlamlan çoxlu böyük küplər 
tapılmışdır. 
Albaniyanın mülayim iqlimi, bol otlu dağları və düzləri köçmə (yaylaq) 
maldarlığın inkişafı üçün əlverişli şərait yaratmışdı. II - III əsrlərdə yaşamış 
yunan müəllifi Klavdi Elian burada çoxlu mal naxırları və at ilxılarının olması 
haqqında məlumat verərək yazırdı ki, burada saxlanan dəvələrin yunu öz 
zərifliyi və yumşaqlığı ilə Milet yunundan geri qalrmr. Kahinlər, ən varlı və 
nüfuzlu kaspilər həmin yundan toxunmuş paltarlar 
25 


geyirdilər. 
Albaniyada çoxlu minik və yük atları yetişdirilirdi. Minik atlanndan 
süvari qoşun dəstələrində istifadə olunurdu. Strabona görə Pompeyin yürüşləri 
zamanı albanlar romalılara qarşı 60 min piyada və 22 min atlı qoşun 
çıxarmışdılar. 
Albaniyanın təsərrüfat həyatında balıqçılıq da böyük yer tuturdu. 
Albanlar balıqları duzlamağı və balıq piyindən sürtgü yağı düzəltməyi 
bacanrdılar. Balıqların içalatını bişirməklə hazırlanan yapışqan o qədər möhkəm 
yapışdırırdı ki, hətta on gün suda saxlayanda da yapışdırılan əşyalar bir - 
birindən qopmurdu. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin