Neolitin sonunda saxsı qablar görünüşcə daha mükəmməl formada hazırlanırdı
və hətta boya ilə naxışlanırdı. Azərbaycanda «ev peşələri» sayılan toxuculuq,
tikinti və hörgü işi də neolit dövründə meydana çıxmışdır.
Eneoüt dövrü (e. ə. VI - IV minilliklər).
Bu dövrdə istehsal
təsərrüfatının inkişafı nəticəsində qəbilə icması özünün çiçəklənmə mərhələsinə
daxil olmuşdur. Dəmyə (təbii suvarma) əkinçiliyi geniş yayılsa da, süni
suvarma əkinçiliyinin izlərinə Mil düzündə Şahtəpə yaşayış yerində rast
gəlinmişdir. Burada arxeoloqlar qədim suvarma arxlarmm izlərini üzə
çıxarmışlar. Toxa əkinçiliyinin texniki imkanlan məhdud olsa da, Azərbaycanda
10-a qədər taxıl növü (buğda, arpa, darı, vələmir, çöl noxudu və s.)
əkilib
becərilirdi. Taxıl məhsullarını üyütmək üçün müxtəlif dən daşlarından və daş
həvəng - dəstələrdən istifadə edilirdi. Yığılmış taxılı çiy kərpicdən tikilmiş
anbarlarda, quyularda və iri saxsı qablarda saxlayırdılar. Şomutəpə və Əlikö-
məktəpədə tapılan üzüm tumları Azərbaycanda üzümçülük təsərrüfatının
eneolitdən başladığını göstərir.
Azərbaycanda atçılığın 7 minillik tarixi vardır və Azərbaycan atm ev
heyvanı kimi bəslənməsi sahəsində Avrasiyada ən qədim ocaqlardan biridir.
Bu dövrün adamları parça toxumağı və gön dərini emal etməyi ba-
canrdılar. Azərbaycanda eneolit insanın həm də metalla ilk tanışlıq dövrüdür.
Daha möhkəm əmək alətləri və silahlar düzəltmək ehtiyacı
metaldan istifadə
edilməsinə tələbat yaratmışdır. Qafqazda ən qədim mis məmulatının
Azərbaycanda tapılması göstərir ki, burada ibtidai insanlar metal əritməyi
bacarırdılar. Kültəpə, Əliköməktəpə və başqa yerlərdə soyuq döymə üsulu ilə
hazırlanmış 20-dək kiçik mis alət tapılmışdır.
Eneolit dövrünün yaşayış məskənləri özünəməxsus quruluşa malik idi.
Çiy kərpicdən hörülmüş dairəvi və dördkünc yaşayış
evləri və təsərrüfat
tikililəri kiçik həyətlə birlikdə hasar içərisinə alımrdı.
İbtidai cəmiyyətin həyatında və təsərrüfatında kişinin üstün mövqe
qazanması nəticəsində eneolit dövründə anaxaqeınlıq başa çatmış və öz yerini
patriarxata (ataxaqanlığa) vermişdir. Qədim Şərqin bir çox bölgələrində olduğu
kimi, Azərbaycanda da eneolitdə ölünün yaşayış yerində və ya divann dibində
dəfn etmək adəti var idi. Əliköməktəpədə 20-dək qəbir abidəsində ölü qırmızı
boya ilə boyanmış, həsirə bükülərək qəbirə sağ və ya sol böyrü üstə gömülmüş,
üzünün qarşısına isə su qabı (cam) qoyulmuşdu. Əksər qəbir abidələrinin eyni
olması onu göstərir ki, cəmiyyət hələ varlı-kasıblara bölünməmişdi və ictimai
bərabərsizlik yox idi.
Tunc dövrü (c. ə. IV - II minilliklər). Qəbilə icmasının təsərrüfat
həyatında böyük dəyişikliklərin baş verməsi və metal istehsalımn təkmilləşməsi
şəraitində e.ə. IV minilliyin sonlarında Azərbaycanda tunc dövrü başlandı. İcma
təsərrüfatımn yeni yaranmış sahələrindən biri metal istehsalı oldu. E. ə. III
minillikdə sənətkarlar misi əritməyi, mis-mərgümüş (arsen) qatışığmdan tunc
almağı, bu ərintini qəliblərə töküb hazır məhsul əldə etməyi
8
bacanrdılar. Onlar bu yolla daha möhkəm, davamlı və məhsuldar əmək alətləri,
müxtəlif silahlar (baltalar, nizələr, xəncərlər) düzəldirdilər. Əkinçilik və
maldarlıq məhsullarının tayfalararası miqyasda
mübadiləsi də bu dövrdə
meydana çıxmışdır.
Təxminən 2 min il davam edən tunc dövründə məhsuldar qüvvələr daha
da inkişaf etmiş, təsərrüfatın bütün sahələrində və ictimai həyatda köklü
dəyişikliklər baş vermişdir. Qəbilə icmasının dağılması və
Dostları ilə paylaş: