lətləri yaranmışdır.
Kuti dövləti.
Azərbaycanın Urmiya gölü bölgəsində hələ e. ə. XXIV -
XXIII əsrlərdə Kuti tayfa birləşməsi yaşayırdı.
Mənbələrdə kutilərin
məskunlaşdığı ərazi dağlıq Kutium ölkəsi kimi xatırlanmışdır. Kutilər
maldarlıq, əkinçilik və sənətkarlıqla
məşğul olur, Mesopotamiyada yaşayan
əhali, xüsusilə şumerlərlə iqtisadi-siyasi əlaqələr saxlayırdılar. E. ə. XXIII əsrdə
daha da güclənmiş Akkad hökmdarlarının aramsız hücumlarının qarşısını almaq
üçün kutilər qonşuluqda yaşayan digər etno - siyasi toplumlarla hərbi ittifaqa
girmiş və müttəfiqlər üç dəfə Akkad ordularını məğlubiyyətə uğratmışdılar.
E. ə. XXIII əsrin sonlarında Kuti dövləti xeyli güclənmişdi.
Döyüşkənliyi ilə seçilən və çoxsaylı əhaliyə
malik olan Kuti dövləti
Mesopotamiyaya hərbi yürüşlərə başlayaraq Akkad qoşunlarını darmadağın
etmişdi. Kuti hökmdarı Enridavazir bu qələbə şərəfinə ucaltdığı abidədə özünü
«Kutiumun və dünyanın dörd tərəfinin hökmdarı» adlandırmışdır.
E. ə. XXII əsrin əvvəllərində Mesopotamiyanın cənubunu işğal edən və
Akkad dövlətini süquta uğradan Kutilər burada böyük xilaskarlıq missiyasını
yerinə yetirdilər. Akkadlar daima Şumer şəhərlərinin əhalisini kütləvi şəkildə
məhv edirdilər. Şumerlərin müqəddəs Nippur şəhərini viran qoyan akkadlar,
hətta onların Ekur məbədini belə dağıtmışdılar.
Bu hadisə şumerlərin səbr
kasasım doldurmuş və onlar yardım üçün Akkadm əsas düşməni olan güclü
Kuti dövlətinə üz tutmuşdular. Kutilər şumerlər üzərində Akkad ağalığına
birdəfəlik son qoymuşdular.
Qədim Azərbaycanın çox qüdrətli etnosu olan kutilər 91 il (e. ə. 2195 -
2104) Dəclə və Fərat çayları arasında öz siyasi hökmranlığını sürdürə bilmişdir.
Bu zaman inzibati vəzifələri daşıya biləcək çoxlu adamlan olmadığından işğal
olunmuş əraziləri yerli Şumer və Akkad əyanlanndan təyin etdikləri canişinlər
vasitəsilə idarə edirdilər. Kuti hökmdarı, həm də Akkad çan titulunu daşıyır və
hakimiyyətə seçki yolu ilə gəlirdi. Şəhərləri en və ya ensi rütbəli hakimlər idarə
edirdilər. Kutilər şumerlərin dağıdılmış məbədlərini bərpa etmiş və yenilərini
tikdirmişdilər.
Mesopoteımiyanın cənubundakı əhalidən kutilər sənətkarlıq,
ərzaq
məhsulları və qiymətli metallar şəklində vergilər toplayırdılar.
Kuti ağalığı dövründə Mesopotamiya ərazisi xarici basqınlardan daha
yaxşı qorunmuş, ticarət yollannda tam təhlükəsizlik təmin olunmuşdu.
Kuti hökmdarlarına aid yazılarda onların İştar və Sin tannlan haqqında
məlumatlar vardır. Kutilər Mesopotamiyada yerli tanrılara sitayişi saxlamaqla,
öz dini ayinlərini tətbiq etməyə çalışırdılar. Dini
ibadətdə yeniliklər yerli
kahinlərin ciddi müqaviməti ilə qarşılanırdı.
E. ə. XXII əsrin sonlannda Mesopotamiyamn cənubunda başda Şumer
Uruk şəhərinin hakimi Utiheqal olmaqla kutilərə qarşı müqavimət başladı.
Utiheqal öz kitabəsində kutiləri «zəhərli dağ ilanlan, tanrılann düşməni. Şumer
dövlətçiliyini dağlara aparan. Şumeri ədavətlə dolduran, arvadı ərindən, uşaqlan
valideynlərindən ayıran, ölkədə düşmənçilik və nifaq salan»
12
bir toplum adlandırırdı. Bu cür düşmən münasibət əslində Kuti hakimiyətini
gözdən salmağa, işğalçı kutilərlə mübarizənin zəruriliyini əsaslandırmağa və
əhalini ayağa qaldırmağa yönəlmişdi. E. ə. 2109-cu ildə kutilərlə Uruk şəhəri
arasında baş verən döyüşdə şumerlər qalib gəldilər. İkiçayarasmda ağalıq edən
sonuncu kuti hökmdarı Tirikan oldu. O, cəmi 40
gün hakimiyyətdə qala
bilmişdi. E. ə. 2104-cü ildə həm onun, həm də İkiçayarasmda Kuti
hakimiyyətinə son qoyuldu. Bundan sonra kutilər öz doğma torpaqlarına
qayıtdılar. Onlar burada lullubi tayfaları tərəfindən sıxışdırılaraq torpaqlarının
bir hissəsini itirərək bir qədər şimal-şərq səmtinə çəkilməli oldular.
Şumer mixi yazılannda İkiçayarasmda hökmranlıq edən 21 Kuti çarının
adı çəkilmişdir.
Dostları ilə paylaş: