boyalı qablar istehsal edilirdi. Üzərliktəpədə tapılan toxucu qurğusunun
qalığı-dörddişli alət sənətkarlıq texnikasının xeyli təkmilləşdiyini göstərir.
Heyvandarlığın aparıcı sahəsi olan qoyunçuluq toxuculuq sənətini əsas xammal
olan yunla təmin edirdi.
Orta tunc dövründə şəhərəbənzər yaşayış məskənlərinin meydana
çıxması ilk növbədə sənətkarlığın inkişafı ilə bağlı idi. Şəhərəbənzər məskənlər
möhkəmləndirilmiş müdafiə hasarları ilə əhatə olunurdu. Buradakı evlər
müəyyən plan üzrə Sıra ilə kvadrat kərpiclərdən tikilirdi. Naxçıvanda orta tunc
dövrünə aid yaşayış məskənlərinin öyrənilməsi burada Şərqin ən qədim və ilkin
şəhər mədəniyyətinin təşəkkül tapmasından xəbər verir.
Sənətkarlığın əkinçilikdən getdikcə daha çox ayniması
nəticəsində
sənətkarlıq məhsulları satlıq məhsula - əmtəəyə çevrilməyə başlamışdı. Alqı -
satqımn genişlənməsi tacirlər zümrəsinin yaranmasına doğru apanrdı. Bu
dövrdə Azərbaycanda pul yerinə xırdabuynuzlu mal - davar işlənilirdi.
Orta tunc dövründə əkinçilik süni suvarmaya əsaslanır, xış əkinçiliyi
tətbiq edilir, buğda, arpa və dan becərilirdi. Taxılın döyülməsində daş vəllərdən
istifadə olunurdu. Kənd təsərrüfatında üzümçülük də mühüm yer tuturdu.
Arxeoloji qazıntılar zamanı tapılmış mədəni üzüm tumlan, şirəsıxan daş
təknələr orta tunc dövründə Azərbaycanda üzüm emalının və şərabçılığın
yarandığını göstərir.
Əkinçilik və maldarlıq təsərrüfatlarının çiçəklənməsi şəraitində artıq
məhsul, zinət əşyaları, sürülər, otlaqlar və s. tayfa başçılannm və əyanlann
əlində cəmləşərək tədricən xüsusi mülkiyyətə çevrilirdi. Cəmiyyət varlılar,
sənətkarlar və icmaçı kəndlilər (əkinçi və maldarlar) zümrəsinə bölünməyə
başlayırdı. İcmaçı kəndlilər və sənətkarlar cəmiyyətin əsas istehsalçı qüvvəsini
təşkil edirdilər.
Suvarma arxlanmn çəkilməsi, müdafiə qurğulanmn tikilməsi və
tayfa ərazisinin qorunması kimi ağır vəzifələri də onlar yerinə yetirirdilər.
Son tunc - erkən dəmir dövründə (e. ə. XIV - e. ə. VII əsrlər)
təsərrüfatın və mübadilənin daha da inkişaf etməsi tayfa başçılanmn və
əyanların icmanın əsas kütləsindən ayrılmasına, ailələr arasında əmlak
bərabərsizliyinin dərinləşməsinə gətirib çıxartdı. Nəticədə ibtidai icma
quruluşunun dağılma prosesi özünün son mərhələsinə çatdı. Var - dövlət və
sərvət əldə etmək üçün müharibə peşəyə çevrilməyə başladı. E. ə. II minilliyin
ortalanna aid külli miqdarda çoxnövlü hücum və müdafiə silahlannm tapılması
tayfalararası müharibələrin geniş miqyası və amansızlığından xəbər verir.
Dəmir istehsalımn başlanğıc mərhələsində (e. ə. XII - e. ə. XI əsrlər) əmək
alətləri ilə yanaşı, çoxlu silah düzəldilməsi cəmiyyətin silahlanmasına
imkan
yaratmışdı. Müharibələr zamam tutulmuş əsirlər qul edilərək istehsala cəlb
olunurdular.
Bu dövrdə süni suvarmanın genişləndirilməsi əkinçiliklə yanaşı,
bağçılıq, bostançılıq və üzümçülüyün inkişafına şərait yaradırdı. Yaylaq
maldarlığı genişlənir, atçılıq sürətlə inkişaf edirdi. Atdan hərbi yürüşlərdə və
10
köç arabalarında istifadə edilməyə başlanmışdı. Sarıtəpədən (Qazax) tapılmış
qablar üzərində təkər, Xaçbulaqda (Daşkəsən) tapılmış tunc kəmər üzərində isə
iki at qoşulmuş döyüş arabası təsvir edilmişdir.
E. ə. II minilliyin sonunda Azərbaycanda soyuqüfurmə texnikasına
əsaslanan dəmir istehsalına başlanmışdı. Metallurgiya və metalişləmə sənəti
yüksəliş keçirirdi. Sənətkarlıqda dabbaqlıq (gön - dəri), toxuculuq sahələri də
mühüm yer tuturdu. Mingəçevirdə tapılmış boyanmış
yun və kətan parça
qalıqları toxuculuğun və boyaqçıhğın yüksək inkişafından xəbər verir. Saxsı qab
istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxının geniş tətbiqi istehsalın
həcmini və məhsulun keyfiyyətini artırmışdı. Vətənimizin Gəncə bölgəsində
qara və boz rəngli qab - qacaq, Qarabağda qara cilalı və həndəsi naxışlı saxsı qab
hazırlanması üstünlük təşkil edirdi. Naxçıvan və Urmiya bölgələrində insan,
heyvan, quş təsvirləri olan birrəngli və çoxrəngli boyalı qablar geniş yayılmışdı.
Saxsı nehrələrə də rast gəlinir.
Son tunc - erkən dəmir dövründə təsərrüfatın mühüm sahələrinin
inkişafı tayfalararası və ölkələrarası ticarəti daha da gücləndirmişdi. Alqı - satqı
davar, qaramal, yun, əkinçilik, maldarlıq və sənətkarlıq məhsullan ilə apanhrdı.
Davarla yanaşı, müəyyən çəkisi olan metal parçalan, silah və s.
pul kimi
işlənilirdi. Azərbaycamn Ön Asiya, xüsusilə Mesopotamiya (İkiça- yarası)
ölkələri ilə müntəzəm ticarət əlaqələri var idi. E. ə. II -1 minilliklərdə
Assuriyadan Azərbaycana silah və bəzək şeyləri gətirilirdi. Urmiya gölünün
cənubunda yerləşən Həsənli abidəsində Assuriyadan gətirilmiş və üzərində e. ə.
XIV əsrə aid yazı olan toppuzun, Xocalıda üzərində Assur hökmdannm adı
yazılmış muncuğun, Qarabağda və digər yerlərdə assur tipli şirli qabların
tapılması Azərbaycan - Assuriya ticarət əlaqələrindən xəbər verir.
Qərbi
Azərbaycanda hazırlanmış tunc kəmər və qalxan döşlüyü Kiyevədək, balta və
yabalar isə Tehran və Kaşana qədər gedib çıxmışdır.
Beləliklə, ibtidai cənüyyət daxilində xüsusi mülkiyyətin, mülki
bərabərsizliyin, ictimai təbəqələşmənin yaranması və sənətkarlığın müstəqil
peşəyə çevrilməsi icma daxilində birgə əmək, birgə əmlak və birgəyaşayış
qaydalannm pozulmasına gətirib çıxartmışdı. Azərbaycanda qəbilə icmasının və
icma təsərrüfat formasımn dağılması prosesi e. ə. II minilliyin sonu - I minilliyin
başlanğıcında başa çatmışdır.
Dostları ilə paylaş: