Həmin alətlər belə söyləməyə imkan verir ki, Avroasiya ərazisində ilkin insan
yurdu bizim Vətənimizdə - Azərbaycanda tapılmışdır.
. Bacarıqlı insan əmək alətləri düzəldə və onlardan istifadə edə bildiyinə görə
belə adlanmışdır. Alt paleolitdə bacarıqlı insanlann məcburi şəkildə birləşdiyi
ibtidai insan dəstələri sadə əmək alətləri düzəldir, hazır təbiət məhsulları ilə
qidalamr, yığıcılıq və ovçuluqla məşğul olurdular. Təxminən 700 min il bundan
əvvəl Azərbaycanda insanlar od əldə etməyi və onu qoruyub saxlamağı
bacarmışlar. Azıx mağarasında dünyada ən qədim ocaq yeri tapılmışdır. Ocağın
ətrafında hörülən divar Azıx mağarasının qədim sakinlərinin daha düşüncəli və
bacanqlı olduqlanm göstərir. Mağarada tapılmış insanın alt çənə sümüyü 350 -
400 min il bundan əvvələ aiddir. Həmin çənə
sümüyünün aid olduğu insan
Azıxantrop (Azıx adamı) adlanır. Bu tapıntı Azərbaycanın dünyada ən qədim
insan məskənlərindən biri olmasının göstəricisidir.
2.
Orta paleolit dövrü (təxminən e. ə. 100 - 40-cı minilliklər) Must- ye
dövrü adlamr. Bu dövrdə insanlar çaxmaqdaşı və dəvəgözü nüvələrindən lövhə
və qəlpələr qoparır, iti uclu əmək alətləri düzəldərək ovçuluqda istifadə
edirdilər. İbtidai insan
dəstəsində kişilər ovçuluqla, qadınlar isə ev işləri və
yığıcılıqla məşğul olurdular. Qarabağda Tağlar mağarasındakrocaq
yerləri
insanın süni od əldə etmək vərdişinə tamamilə yiyələndiyini göstərir. Orta
paleolitdə yaşayan qədim insanları neandertal (bu tip insan qalıqları ilk dəfə
Almaniyadakı Neandertal mağarasında tapılmışdır) adlandırırlar.
3.
Üst paleolitdə (eramızdan 40 min il - 12 min il əwəl) ağıllı insanın
meydana çıxması ilə Azərbaycanda qəbilə icması formalaşmağa başladı. Qəbilə
icmasında ibtidai yaşayış daha sabit və davamlı şəkil aldı. Bir neçə qəbilənin
birləşməsi ilə tayfa yarandı. Qan qohumlanndan ibarət
tayfa birgə təsərrüfat
aparır, öz ərazisində bütün təbii ehtiyatlardan birgə istifadə edirdi. Bu zaman
istehsal vasitələri və məhsul üzərində ümumi mülkiyyət mövcud idi; birgə əmək
və birgə yaşayış qaydalan hökm sürürdü. Qəbilə icmasının ictimai həyatı və
təsərrüfatında eneolitin sonunadək (e. ə. V.T minillik) qadın aparıcı yer
tutmuşdur. Yalnız ovçuluq və balıqçılıqla məşğul olan kişilərdən fərqli olaraq
qadmlar yem toplayır, ev işləri görür, odu qomyur və uşaqların qayğısına
qalırdılar. Qəbilədə qadın, ana üstün yer tutduğuna
və nəsil ana xətti ilə
getdiyinə görə həmin dövr matriarxat (anaxaqanlığı) adlandırılmışdır.
Mczolit (e. ə. XII - VIII minilliklər). Azərbaycanda mezolit dövründə
ox və kamanın kəşfi ovçuluğun inkişafında böyük rol oynamışdır. Hey- vanlarm
uzaqdan ovlanması imkam yaranmış, qida ehtiyatı artmış və ovçuluq əsas
peşəyə çevrilmişdi. Bu dövıdə ovçuluq və yığıcılıqla yanaşı,
istehlak
təsərrüfatının daha bir sahəsi olan balıqçılıq meydana çıxmışdır. İstehlak
təsərrüfatı ilə məşğul olan insanlar geniş əraziyə yayılmaq imkamna malik
deyildilər.
Mezolitdə insanlar heyvanlanıı əhliləşdirilməsinə başladılar.
Bununla
da ibtidai heyvaııdaı lığın əsası qoyulmuş oldu. İnsanlar ilk əkinçilik vər
Dostları ilə paylaş: