erkən dövlət qurumlarının yaranması prosesi də bu dövrdə başlamışdı.
Tunc dövrü
erkən, orta və
son adlanan üç mərhələdən keçmişdir.
Azərbaycan türkləri onunla öyünməlidirlər ki, Cənubi Qafqazın əsas eneolit və tunc dövrü mədəniyyətini onlar yaratmışlar. Cənubi Qafqazda
tapılmış 150-dən çox eneolit və tunç dövrünə aid abidənin
üçdə ikisindən çoxu Azərbaycanın payına düşür.
Erkən tunc dövründə (e. ə. IV minilliyin sonlan - e. ə. III minilliyi
əhatə edir və arxeoloji baxımdan
“Kür - Araz mədəniyyəti” adlanır.) insanlar
sıx yaşayış yerlərindən əkinçilik və maldarlıq üçün daha əlverişli olan vadilərə,
dağ ətəklərinə yayılıb məskunlaşırdılar. Artıq e. ə. III minilliyin birinci yarısında
toxa əkinçiliyi öz yerini
xış əkinçiliyinə verməyə başlamışdı. Bununla bağlı
olaraq iribuynuzlu heyvanlardan qoşqu vasitəsi kimi istifadə olunurdu. Xış
əkinçiliyi dağətəyi bölgələrdə əkinçiliyin inkişafına yeni imkanlar açaraq əmək
məhsuldarlığının yüksəlməsinə şərait yaradırdı. Düzən yerlərdə
süni suvarma əkinçiliyi, dağətəyi və dağlıq yerlərdə isə
dəmyə əkinçiliyi geniş yayılmışdı. Bu
zaman buğdanın yumşaq növü, arpa, dan, noxud və kətan əkinləri üstün yer
tuturdu.
Azərbaycanda erkən tunc dövründə ev maldarlığından
köçmə, yaylaq maldarlığına keçid baş vermişdir. Əhalinin Alp çəmənliklərinin bol olduğu
ərazilərə yayılması xüsusilə qoyunçuluğun inkişafı ilə bağlı idi.
Köçmə (yaylaq) maldarlığına keçilməsi ilə əlaqədar yalmz heyvan-
darhqla məşğul olan qəbilələr meydana çıxırdı. Əkinçiliyin və maldarlığın bir
birindən ayrılaraq müstəqil sahələr kimi fəaliyyət göstərməsi ibtidai icma
cəmiyyətinin tarixində