Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə1/49
tarix22.06.2020
ölçüsü2,65 Mb.
#32059
  1   2   3   4   5   6   7   8   9   ...   49

Psixologiya

1

Psixologiya

              

Ali pedaqoji məktəblərin bakalavr

pilləsi tələbələri üçün dərslik

                  



Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin

elmi redaktorluğu ilə

B a k ı - 2007

Rəyçilər:

Ə.Ə.Əlizadə – psixologiya elmləri doktoru, professor;



2

G.Tağıyeva – psixologiya elmləri namizədi, dosent;

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun psix-

ologiya və yaş fiziologiyası şöbəsi.

Ali pedaqoji məktəblərin bakalavr pilləsi

tələbələri üçün dərslik

Dərslikdə «Psixologiya»  proqramına (2005)  müvafiq olaraq

psixologiyanın predmeti və metodları,  fəaliyyət və ünsiyyət, 

şəxsiyyət və qrupların psixologiyası,  psixi proseslər və hallar, 

şəxsiyyətin fərdi psixi xassələri, yaş və pedaqoji psixologiyanın

predmeti və vəzifələri,  məktəbə daxil olanadək,  kiçik məktəb

yaşı,  yeniyetməlik və ilk gənclik yaşı dövrlərində psixi

inkişafın əsasları, tərbiyə, təlim, pedaqoji fəaliyyət və müəllim

şəxsiyyəti psixologiyası,  məktəbə psixoloji xidmətin əsasları

psixologiya elminin müasir nailiyyətlərinə uyğun şəkildə öz

əksini tapmışdır. 

Dərslik ali pedaqoji məktəblərin bakalavr pilləsi

tələbələri üçün hazırlamışdır. Ondan magistrlər, müəllimlər və

valideynlər də istifadə edə bilərlər.

Ön söz

İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki,  psixolo-

giya elmi ora nüfuz etməsin.  Təsadüfi deyildir ki,  dünya

standartlarına görə müasir mütəxəssislərin psixoloji hazırlığı

onun peşə hazırlığının zəruri tərkib hissəsi sayılır. Bu mənada


3

ali pedaqoji məktəblərdə hazırlanan gələcək müəllimlərin dərin

psixoloji hazırlığı diqqət mərkəzində dayanır. Məhz buna görə

də dərslikdə gələcək müəllimlərin psixoloji hazırlığı üçün

zəruri

olan


məlumatlar

psixologiya

elminin

müasir


nailiyyətlərinə uyğun şəkildə öz əksini tapmışdır. Bununla

yanaşı olaraq dərslikdə pedaqoji fəaliyyətin müvəffəqiyyətini

təmin edən psixoloji biliklərin bütün sahələrinin öz əksini

tapmasına diqqət yetirilmişdir. 

Dərslik 6 hissə və 26 fəsildən ibarətdir.

Birinci hissə psixologiyanın predmeti və metodlarına, 

psixika və şüurun inkişafına həsr olunmuşdur.  Burada

Azərbaycanda psixologiya elminin inkişafına xüsusi yer

verilmişdir. 

Dərsliyin ikinci hissəsində fəaliyyət və ünsiyyətin

psixologiyası,  üçüncü hissəsində şəxsiyyət,  qruplar və

şəxsiyyətlərarası münasibətlər öz əksini tapmışdır. 

Psixi proseslərə və hallara həsr olunmuş dördücü hissədə

diqqət, duyğular, qavrayış, hafizə, təfəkkür, təxəyyül, hisslər və

emosional hallar, iradə haqqında geniş məlumat verilmişdir.

Dərsliyin beşinci hissəsində şəxsiyyətin fərdi-psixi

xassələri: temperament, xarakter, qabiliyyətlər haqqında lazımi

məlumatlar şərh olunmuşdur. 

Dərsliyin altıncı hissəsi müəllim üçün zəruri olan yaş və

pedaqoji psixologiyanın əsasları öz əksini tapmışdır. Burada ilk

növbədə yaş və pedaqoji psixologiyanın predmeti və vəzifələri

haqqında yığcam məlumat verməklə yanaşı məktəbə daxil olan

və məktəb yaşı dövründə psixikanın inkişafı, tərbiyə, təlim, pe-

daqoji fəaliyyət və müəllim şəxsiyyətinin psixologiyası, 

məktəbə psixoloji xidmətin əsasları barədə zəruri məlumatlar

ətraflı şərh olunmuşdur.

Tələbələri fəallaşdırmaq məqsədilə hər fəslin sonunda

özünü yoxlamaq üçün sual və tapşırıqlar,  referat,  məruzə və

müstəqil tədqiqat üçün mövzular, Azərbaycan və rus dillərində

ədəbiyyat siyahısı verilmişdir.



4

«Psixologiya»  dərsliyi müəlliflər kollektivinin əməyinin

məhsuludur. Müəlliflər aşağıdakılardan ibarətdir:

Psixologiya elmləri doktoru,  professor S.İ.Seyidov: 5-ci

fəsil;  psixologiya elmləri doktoru,  professor M.Ə.Həmzəyev:

1-ci fəsil (1, 2, 5-ci bölmələr), 3, 17, 18, 19, 20, 21, 22, 23, 24, 

25,  26-cı fəsillər;  psixologiya elmləri namizədi,  professor

T.Ə.Mustafayev: 8, 9, 12-ci fəsillər; psixologiya elmləri dok-

toru, R.İ.Əliyev: 1-ci fəsil (3, 4-cü bölmələr), 2, 10-cu fəsillər; 

psixologiya elmləri namizədi,  dosent A.Ə.Quliyev: 15,  16-cı

fəsillər;  psixologiya elmləri namizədi C.Q.Alıyev:  13,  14-cü

fəsillər;  baş müəllim M.Y.Məmmədov:  11-ci fəsil;  baş

müəllim S.F.Əmiraslanova:  4,  6-cı fəsillər;  baş müəllim



Ş.İ.İslamova: 7-ci fəsil.

Öz faydalı təklifləri,  irad və məsləhətləri ilə dərsliyin

təkmilləşməsinə kömək edəcək xeyirxah oxuculara müəlliflər

qabaqcadan öz minnətdarlıqlarını bildirirlər.



5

                            

BİRİNCİ HİSSƏ

PSİXOLOGİYAYA  GİRİŞ

1 - c i     F Ə S İ L

PSİXOLOGİYANIN PREDMETİ VƏ METODLARI

Q ı s a x ü l a s ə

Psixologiyanın predmeti.  Psixika haqqında ümumi anlayış. 

Psixi inikasın xüsusiyyətləri.  Psixi hadisələr:  psixi proseslər,  psixi

hallar, psixi xassələr. Psixologiyanın bir elm kimi tərifi.

Psixologiyanın elmlər sistemində yeri və əsas sahələri. Mü-

asir elmlər sistemi və psixologiya.  Psixologiya və təbiət elmləri, 

psixologiya və sosiologiya,  psixologiya və pedaqogika,  psixologiya

və dilçilik. Müasir psixologiya elminin prinsipləri və quruluşu. Müa-

sir psixologiya elminin sahələri və onların təsnif prinsipləri.

Psixologiya

tarixinin

əsas

mərhələləri.

Müasir


psixologiyanın başlıca istiqamətləri.  Azərbaycanda psixoloji fikrin

və elmi psixologiyanın inkişaf xüsusiyyətləri.



Psixologiyanın tədqiqat metodları. Metod və metodologiya

haqqında anlayış.  Psixologiyanın tədqiqat metodları və onların təs-

nifi.  Subyektiv və obyektiv metodlar.  Əsas və yardımçı metodlar. 

Müşahidə obyektiv metod kimi.  Müşahidənin növləri.  Eksperiment

və onun növləri: təbii və laborator eksperiment, müəyyənedici ekspe-

riment,  öyrədici (formalaşdırıcı)  eksperiment.  Müsahibə və onun

psixoloji tədqiqatlarda yeri.  Sorğu psixoloji metod kimi.  Şifahi, 

yazılı və sərbəst sorğu. Fəaliyyət məhsullarının təhlili və ya praksi-

metrik metodlar.

Testlər psixodiaqnostik metod kimi.  Sosiometriya psixodiaq-

nostik  metodlardan biri kimi. Riyazi-statistik və kibernetik metodlar

(modelləşdirmə). Onların psixoloji tədqiqatda yeri. Bioqrafik metod-

lar. 


6

I. 1.1. Psixologiyanın predmeti

Elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə

yaşayırıq.  Bu dövr yeni elm sahələrinin meydana gəlməsi ilə

fərqlənən bir dövrdür.  Özünün qədim tarixiliyi ilə fərqlənən

elm sahələri ilə yanaşı tamamilə yeni elmlərin meydana

gəlməsi onları bir-birlərindən fərqləndirməyi,  onlardan yerli-

yerində bəhrələnməyi tələb edir.  Bu elmlərin bir çoxunun ob-

yekti eyni olduğu halda,  onlar öz predmetlərinə görə bir-

birlərindən fərqlənirlər. Hər bir elmin predmetini özünəməxsus

hadisələr təşkil edir.  Bu hadisələrdən bəziləri olduqca

mürəkkəb, çətin dərk olunan hadisələrdir. Psixologiya elminin

predmetini təşkil edən hadisələr də məhz özünün mürəkkəbliyi

və çətin dərk olunması ilə fərqlənir.  Həmin hadisələr hələ

qədim zamanlardan insanların diqqətini cəlb etmiş,  bu sahədə

müxtəlif fikirlərin,  görüşlərin meydana gəlməsinə səbəb

olmuşdur.  Psixologiyanın öyrəndiyi bu hadisələr psixi

hadisələr adlandırılmışdır.  Psixi hadisələrin təsnifi və onun

strukturu müxtəlif mövqelərdən şərh olunmuşdur.  Bu sahədə

daha çox diqqəti cəlb edən psixi hadisələrin üç qrupa ayrılması

ilə bağlı olan fikirlərdir:  psixi proseslər,  psixi hallar,  psixi



xassələr (bax şəkil 1).

Psixi proseslər insan davranışının ilkin tənzimləyicisi

kimi meydana çıxır.  Psixi proseslərə duyğu,  qavrayış, hafizə, 

diqqət, təfəkkür, təxəyyül, hissləri və iradəni daxil edirlər. Psixi

proseslərin müvafiq başlanğıcı,  gedişi və sonu vardır.  Məhz

buna görə də psixoloqlar psixi proses termininin psixi faktın

prosessuallığını nəzərə çarpdırmağını qeyd edirlər.  Psixi

prosesləri üç qrupa ayırırlar:  idrak prosesləri,  emosional və

iradi proseslər.


7

Şəkil 1

. Psixi hadisələrin quruluşu

İdrak prosesləri gerçəkliyi dərk etmək,  gerçək aləm

haqqında məlumatların qavranılması və işlənməsi ilə bağlı olan

psixi proseslərdir.  Bunlara duyğular,  qavrayış,  hafizə,  diqqət, 

nitq, təfəkkür, təxəyyülü aid etmək olar.



Emosional proseslərə insanların gerçəkliyə münasibət-

ПСИХИ 

ЩАДИСЯЛЯР

Психи


просесляр

Психи


щаллар

Психи


хассяляр

Идрак 

просесляри

Дуйьулар, 

гаврайыш, 

щафизя, тяфяк-

кüр, тяхяййüл, 

нитг, диггят

Дирчялиш, мя-

йуслуг, горху, 

üмüдсüзлüк, 

рущдан дüшмя, 

эüмращлыг вя 

с.

Шяхсиййятин 



истигамяти, 

темперамент, 

характер, габи-

лиййятляр



Емосионал

просесляр

Севинъ, кядяр, кин, мящяббят, 

нифрят вя с.

Иради просесляр

Гярар гябулу, чятинликляри 

арадан галдырмаг, мотивляр 

мüбаризяси, давранышыны 

идаря етмяк


8

ləri ilə bağlı olan hisslər daxildir. Gerçək aləmdə baş verən hər

hansı bir hadisə insanda müsbət və mənfi emosiya yarada bilir

ki, bu da onun fəaliyyətinə müvafiq təsir göstərir. 

İnsanın həyat və fəaliyyətində iradi proseslərin də rolu

az deyildir. İradi proses özünü insanın qərar qəbulu, çətinlikləri

aradan qaldırmaq,  öz davranışını idarə etmə şəraitində aydın

şəkildə göstərir.



Psixi hallara gəldikdə onlar bütövlükdə insanın psixi

vəziyyətini xarakterizə edirlər.  Onlar da psixi proseslər kimi

özlərinin dinamikliyinə,  istiqamətinə,  nisbi davamlılığına, 

intensivliyinə görə fərqlənirlər.  Bununla yanaşı olaraq psixi

hallar psixi proseslərin gedişinə və nəticələrinə təsir göstərə, 

fəaliyyəti gücləndirə və ya ləngidə bilər. Psixi hallara dirçəliş, 

məyusluq,  qorxu,  ümidsizlik,  ruhdan düşmə,  gümrahlıq və s. 

aid etmək olar.

Psixi hadisələrin üçüncü qrupuna şəxsiyyətin psixi

xassələrini aid edirlər.  Şəxsiyyətin psixi xassələri özlərinin

yüksək davamlılığı və sabitliyi ilə fərqlənirlər. Psixi xassələrə



şəxsiyyətin

istiqamətini, 

temperament,

xarakter



qabiliyyətləri aid edirlər. Psixoloqlar belə qənaətə gəlmişlər ki, 

bu xassələrin inkişaf səviyyəsi,  eləcə də psixi proseslərin

inkişaf səviyyəsi və psixi halların üstünlüyü insanın

təkrarolunmazlığını, fərdiyyətini təmin edir.

Bütün qeyd olunanları nəzərə alaraq psixologiyaya bir

elm kimi belə tərif vermək olar:  Psixologiya obyektiv



gerçəkliyin beyində əks olunmasından ibarət psixi hadisələr

onların yaranma və inkişaf qanunları haqqında elmdir.   

I. 1.2.   Psixologiyanın elmlər sistemində

yeri və sahələri

Müasir elmlər sistemi və psixologiya.  Müasir dövrdə

psixologiya insan haqqında ən mühüm elmlərdən biri kimi

diqqəti cəlb edir. Təsadüfü deyildir ki, hazırda insan həyatı və


9

fəaliyyətinin elə bir sahəsi yoxdur ki,   psixologiya elmi oraya  

nüfuz etməsin. Mübaliğəsiz demək olar ki,  hazırki dövrdə

bütün dünyada hər cür fəaliyyətin və insan munasibətlərinin

səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər.  Lakin

nəzərə almaq lazımdır ki, mühüm elm sahəsi olan psixologiya

başqa elmlərdən təcrid olunmuş şəkildə deyil, onlarla vəhdətdə

mövcuddur və fəaliyyət göstərir.  Bəs elmlər sistemində psix-

ologiya elmi hansı yeri tutur,  onun başqa elmlərlə qarşılıqlı

əlaqəsi nədən ibarətdir?

Elmlər sisteminin təsnifatını verən B.M.Kedrov bu

sistemdə psixologiyanın roluna xüsusi diqqət yetirmişdir. Onun

«elmlər üçbucağı»nda bunu aydın görürük. B.M.Kedrova görə

psixologiya bir tərəfdən fəlsəfə elmləri,  digər tərəfdən    təbiət

elmləri,  üçüncü tərəfdən humanitar elmlər içərisində aralıq

mövqe tutur (bax şəkil 2).

Şəkil 2. Psixologiyanın elmlər sistemində yeri.

Фялсяфя


Тябият

Щуманитар

Психолоэийа


10

Psixologiya bu elmlərin məlumatlarını özündə birləşdirir

və eyni zamanda onlara təsir etməklə insan haqqında elmlərin

modelinə çevrilir. Psixologiyanın başqa elmlərlə əlaqəsinə qısa

nəzər yetirək.

İnsan psixikası və davranışını onun təbii və sosial möv-

cudluğu haqqında biliklər olmadan başa düşmək mümkün

deyildir.  Ona görə də psixologiyanın öyrənilməsi    insan

biologiyası,  onun ali sinir sisteminin quruluşu və fəaliyyəti

haqqında biliklərə yiyələnməyi tələb edir.  Psixi hadisələr və

mərkəzi sinir sisteminin fəaliyyəti arasındakı əlaqə haqqında

biliklər ali sinir fəaliyyətinin fiziologiyasında öz konkret əksini

tapmışdır.  Təsadüfü deyildir ki,  psixologiyanın təbii elmi

əsaslarından

danışarkən

məhz


ali

sinir


fəaliyyətinin

qanunularına istinad edilir.

Psixologiya cəmiyyətin tarixi və mədəniyyəti ilə sıx

bağlıdır.  Belə ki,  insanda ali psixi funksiyaların inkişafında

sivilizasiyanın əsas tarixi nailiyyəti olan əmək alətləri və işarə

sistemi  həlledici rol oynamışdır.

İnsan psixikasının dərindən öyrənilməsinə,  onun başa

düşülməsinə sosiologiyanın əsasları haqqında biliklər də im-

kan yaradır. Bunu sosial psixologiyanın sürətlə inkişafı bir da-

ha təsdiq edir.  Müasir dövrdə sosial psixologiya insan

münasibətlərinin bütün sahələrinə nüfuz etməklə insanın sosial-

bələdləşmə davranışının psixi xassələrə necə yiyələnməsini

aydınlaşdırmağa  imkan verir. 

Psixologiya fəlsəfə elmi ilə ciddi qohumluq əlaqəsinə

malikdir. Bu təsadüfü deyildir. Məlum olduğu kimi psixologiya

müstəqil bir elm kimi fəaliyyət göstərənə kimi fəlsəfənin

daxilində formalaşmağa başlamışdır. Şübhəsiz şəxsiyyətin

psixoloji «ölçülərini»  insan,  onun spesifik həyat şəraiti, 

gerçəkliyi dərk etməsi və fəaliyyət haqqında fəlsəfi biliklərə is-

tinad etmədən müəyyənləşdirmək və öyrənmək mümkün

olmazdı.

Şüur,  təfəkkür və digər psixi hadisələr insanlara



11

anadangəlmə, hazır şəkildə verilmir. Bunlar ontogenezdə (fərdi

inkişaf prosesində)  insanın təlim və tərbiyəsi prosesində əldə

edilir. Buradan isə psixologiyanın pedaqogika elmi ilə əlaqəyə

malik olduğu özünü göstərir.  Psixologiya və pedaqogika

elmləri arasında başlıca əlaqə həmin elmlərin predmetlərinin

yaxınlığı ilə bağlıdır.  Əvvala həmin elmlərin obyekti inkişaf

etməkdə olan insandır (uşaq və yaşlı). Digər tərəfdən, psixolo-

giya insan psixikasının inkişaf qanunlarını öyrənir. Pedaqogika

isə şəxsiyyətin inkişafının    idarə olunması qanunlarını işləyib

hazırlayır.  İnsanın tərbiyəsi,  təhsili    təlimi onun psixikasının,

təfəkkürünün,  fəaliyyətinin məqsədəyönəlmiş şəkildə inkişaf

etdirilməsi deməkdir.  Psixologiya və pedaqogika elmlərinin

mühüm qarşılıqlı əlaqəsini göstərən amillərdən biri də onların

tədqiqat üsullarındakı eyniyyətdir.  Bir çox elmi psixoloji

axtarışlar pedaqoji problemlərin həlli üçün vasitə rolunu oy-

naya bilir. Bir elmi fənn kimi pedaqogikada pedaqoji faktların

izahı,  şərhi,  sistemləşdirilməsi üçün psixoloji biliklərdən

istifadə olunur.  Pedaqoji fəaliyyətin nəticələri psixoloji

diaqnostikanın köməyi ilə aşkara çıxarılır.

Bunlarla yanaşı olaraq müasir psixologiya elmi öz

qarşısında duran ümumi və xüsusi vəzifələri həyata keçirərkən

pedaqogika ilə yaxın təmasda fəaliyyət göstərir,  pedaqogika

elminin əldə etdiyi nəticələrə istinad edir.

Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx

əlaqə özünə geniş yer tutmağa başlamışdır.  Bunun aydın

təzahürünü psixolinqvistikanın meydana gəlməsində görürük.

Psixolinqvistika nitq davranışını psixoloq və linqvistlərin

kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir. 

Linqvistika və nitqin psixologiyası ilə müqayisədə psixolinq-

vistika özünün müstəqil tədqiqat predmetinə malikdir. 

Psixolinqvistikanı daha çox psixologiya «özününkü»  hesab

edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud olan sahə -

nitqin psixologiyası sahəsi vardır. Nitq psixologiyasınıın pred-

meti psixolinqvistikanın obyekti və predmeti ilə üst-üstə düşür. 



12

Ona görə də çox vaxt bu iki fənni bir-biri ilə qarışdırırlar. Bu

cür eyniləşdirməyə əsas olsa da,  hər-halda bu iki termini bir-

birindən fərqləndirən cəhətlər də mövcuddur. Onların fərqi

başlıca olaraq öyrənmə predmetində özünü göstərir.  Psixolo-

giya nitqin yaranması,  anlaşılması və formalaşmasının gedişi

zamanı öz diqqətini daha çox şüurun psixi funksiyalarının

xüsusiyyətlərinə yönəldirsə, psixolinqvistika bunlarla yanaşı bu

funksiyaların insanların nitq fəaliyyətində və nitq davranışında

ifadə vasitələrini (verbal və qeyri-verbal)  də nəzərə almağa

çalışır.

Psixolinqvistika olduqca gənc elmdir. O, təxminən XX əsr

50-ci illərin sonu,  60-cı illərin əvvəllərində meydana gəlmişdir. 

Sovet


psixolinqvistika

məktəbinin

«atası»  A.A.Leontyev

olmuşdur.

Elm sahəsinin genişlənməsi sayəsində psixolinqvisti-

kanın müxtəlif sahələri meydana gəlmişdir. Bunlardan ümumi

psixolinqvistika,  xüsusi psixolinqvistika,  sosial psixolinqvisti-

ka, yaş psixolinqvistikasını (ontolinqvistika) göstərmək olar.



Psixologiya elminin əsas sahələri. Psixologiya çoxsahəli

bir elmdir.  Müasir dövrdə psixologiya elminin nisbətən

müstəqil şəkildə inkişaf edən müxtəlif sahələri vardır.  Məhz

buna görə də «psixologiya elmi»  deyil «psixologiya elmləri» 

termininin işlədilməsi daha çox yerinə düşərdi. Belə ki, hər 4-5 

ildən bir psixologiya elminin yeni bir sahəsinin yaranmasının

şahidi oluruq.

Psixologiyanın çoxsaylı sahələrini təsnif etmək üçün

müxtəlif prinsiplərdən istifadə olunur.  Hər şeydən əvvəl psix-

oloji fənnləri fundamental və tətbiqi, ümumi və xüsusi olmaqla

təsnif etmək mümkündür.

Psixologiya elminin fundamental və ya baza sahələri

psixologiyanı və insanların davranışını kimliyindən və hansı

fəaliyyət sahəsində çalışmasından asılı olmayaraq hamının başa

düşəcəyi

şəkildə


şərh

etməyə


yönəldilmiş

sahələrdir. 

Psixologiyanın bu sahələri psixologiya və insan davranışı ilə


13

maraqlanan adamların hamısı üçün eyni zəruri məlumatları

çatdırır.  Bu cür universallığından asılı olaraq psixologiyanın

həmin sahəsi «ümumi psixologiya» adı altında işlədilir.

Psixologiyanın tətbiqi sahələrinə gəldikdə buraya onun

bilavasitə təcrübəyə tətbiq olunan sahələrini aid edirlər.

Psixologiyanın ümumi sahələri istisnasız olaraq bütün

elmi istiqamətlər üçün eyni dərəcədə əhəmiyyətli inkişaf

problemlərini qarşısına qoyur və həll edir.  Psixologiyanın xü-

susi sahələrinə gəldikdə  o, öz qarşısına hər hansı bir və ya bir

neçə qrup hadisələri öyrənmək məqsədini qoyur.

Müasir psixoloji fənnləri təsnif etmək üçün mövcud

ədəbiyyatda aşağıdakı üç prinsipdən də istifadə olunur: 

1. Konkret fəaliyyət sahələrinə görə;



2. İnkişafın psixoloji aspektlərinə görə;

3. İnsanın cəmiyyətə münasibətinə görə.

Həmin sahələrin hamısını əhatə etmək mümkün

olmadığına görə burada onlardan bilavasitə təhsillə bağlı

olanların bəzilərini qısaca nəzərdən keçirək.

Psixologiya elminin ən fundamental sahəsini ümumi

psixologiya təşkil edir. Ümumi psixologiya fundamental psix-

oloji bilikləri özündə cəmləşdirir.  Ümumi psixologiyanın

maraqlandığı və həll etməli olduğu qlobal məsələlər,  cavab

verməli olduğu suallar aşağıdakılardan ibarətdir:  Psixika  

nədir? Onun strukturu və funksiyaları nədən ibarətdir? Psixika

filogenezdə və ontogenezdə hansı qanunauyğunluqlara malik-

dir? Psixikanın hansı inkişaf səviyyələri vardır və onları hansı

kriteriyalara əsasən müəyyənləşdirmək olar?  Psixika və beyin

arasında hansı əlaqə vardır?  Psixi inkişafda anadangəlmə və

həyatda qazanılan bioloji və sosial amillərin rolu nədən

ibarətdir? Psixikanın normal və anomal inkişafını fərqləndirən

kriteriyalar hansılardır?

Bütövlükdə psixikaya aid problemləri öyrənməklə yanaşı

ümumi psixologiya psixi proseslər,  psixi hallar və xassələrlə

bağlı konkret məsələlərin öyrənilməsi ilə də məşgul olur. 



14

Psixologiyanın maraqlandığı əsas obyekt insan olduğuna görə

ümumi psixologiya birinci növbədə onun (insanın)  şəxsiyyəti, 

fəaliyyəti,  ünsiyyəti idrak prosesləri ilə, münasibətlər sistemi

(hissləri) və iradi fəaliyyəti, iradi tənzimi ilə baglı məsələlərin

araşdırılmasına diqqət yetirir, onları həm nəzəri, nəm də ekspe-

rimental planda öyrənir. Deyilənlərdən aydın olur ki, ümumi

psixologiya psixi hadisələr haqqında hamı üçün eyni dərəcədə

maraq doguran ümumiləşmiş bilikləri özündə əks etdirir. 

Həmin biliklərlə tanış olmaqla    hər bir insan psixologiyanın

ümumi sirlərinə yiyələnə bilər.

Psixologiyanın təhsil,  təlim və tərbiyə ilə sıx baglı olan

xüsusi sahələrindən bəzilərinə nəzər yetirək.

Psixologiyanın konkret fəaliyyətlə baglı olan və yüksək

praktik əhəmiyyət daşıyan mühüm xüsusi sahələrindən biri pe-

doqoji psixologiyadır.  Pedaqoji psixologiya təlim,    tərbiyə və

pedaqoji fəaliyyətin psixoloji  problemlərini araşdırır.

Pedaqoji psixologiyanın həll etməli olduğu ən mühüm

problemlər uşaqların həyatının hər bir senzitiv dövrünü aşkara

çıxarmaq və həmin dövrdə onların inkişafı üçün lazım olan

bütün imkanları müəyyənləşdirməkdən,  təlim və inkişafın

qarşılıqlı əlaqəsini aşkara çıxarmaqdan,  təlim və tərbiyənin

ümumi və yaşla bağlı olan cəhətlərini,  əlaqəsini aşkara

çıxarmaqdan,  təlim və tərbiyənin səmərəliliyini təmin edən

psixoloji qanunauyğunluqları araşdırmaqdan və s. ibarətdir.

Psixologiya elminin pedaqoji psixologiya ilə sıx baglı

olan digər mühüm bir sahəsi yaş psixologiyasıdır.  Yaş

psixologiyası insanda anadan olandan ömrünün axırına qədər

psixi inkişafın dinamikasını, qanunauyğunluqlarını, şəxsiyyətin

psixi

prosesləri



xassələrinin

ontogenezdə

inkişaf


xüsusiyyətlərini

öyrənir.


Yaş

psixologiyasının

uşaq

psixologiyası,  yeniyetmələrin    psixologiyası,  gənclərin



psixologiyası,  yet- gin yaşın    psixologiyası,  qocalıq yaşının

psixologiyası,  uzun- ömürlülük psixologiyası (herontopsixolo-

giya) kimi bölmələri vardır.


15

Psixologiyanın  xüsusi sahələrindən birini də differensial

psixologiya təşkil edir. Diferensial psixologiya – psixologiya

elminin    insanların fərdi – psixoloji və davranış fərqlərini

öyrənən, şərh və izah edən sahəsidir. «Diferensial psixologiya» 

termini ilk dəfə 1900-cü ildə V.Ştern tərəfindən irəli

sürülmüşdür. Diferensial psixologiyanın əsas metodu testlər

olmuşdur. İlk dövrlər bu testlər fərdi testlər olmuş, sonra qrup

testləri meydana gəlmiş    daha sonra isə proyektiv testlər

yaranmış və onlardan istifadə olunmuşdur.

Psixologiyanın xüsusi sahələrinə genetik psixologiyanı

da aid etmək olar. Genetik psixologiya psixika və davranışın

irsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənir. 

Yaş psixologiyası, differensial və genetik psixologiya birlikdə

uşağın psixi inkişafının qanunlarını başa düşmək üçün elmi

əsas  təşkil edir.

Müasir dövrdə psixologiyanın diqqəti daha çox cəlb edən

sahələrindən biri sosial psixologiyadır. Sosial psixologiya

birgə fəaliyyət və ünsiyyət prosesində müəyyən sosial qrupda

şəxsiyyətlərarası münasibətlər sistemini,  həmin münasibətlər

sisteminin bütünlüklə qrupun,  eləcə də ayrı-ayrı fərdin

psixologiyasındakı inikasını öyrənən elm sahəsidir. Bu cür

biliklər tərbiyənin psixoloji cəhətdən düzgün təşkili üçün

zəruridir.

Pixologiyanın mühüm sahələrindən biri olan hüquq

psixologiyası insan tərəfindən hüquq normaları və davranış

qaydalarının öyrənilməsini nəzərdən keçirir,  hüquq sisteminin

reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. 

Onun məhkəmə psixologiyası,  kriminal psixologiya,  islah-

əmək psixologiyası və s. bölmələri vardır.

Müasir psixologiyanın özünə xüsusi yer tutmuş

sahələrindən biri kimi  tibb psixologiyasını qeyd etmək olar.

Tibb psixologiyası həkimin fəaliyyətinin və xəstənin

davranışının, onun gigiyena, profilaktika, diaqnostika, müalicə,

ekspertiza və reablitasiyasının psixoloji aspektlərini öyrənir. 



16

Tibb psixologiyası özünə klinik psixologiya,  patopsixologiya, 

neyropsixologiya,

somatopsixologiya,

ümumi

tibb


psixologiyası,  psixiatriya,  psixoprofilaktika və psixogigiyena,

psixokorreksiya və s. bölmələrini daxil edir.

Patopsixologiya,  eləcə də psixoterapiya, psixikasında və

davranışında qüsurlar olan adamlarla işin aparılmasına xidmət

edir.  Psixologiyanın bu sahələrinin başlıca vəzifəsi mövcud

psixi pozğunluğun səbəblərini və onu aradan qaldırmaq

yollarını öyrənir.

Müasir psixologiya elminin yeni sahələrindən biri olan

psixodiaqnostikaya gəldikdə, o, insanların psixi xassə , prosesi

və hələtlərinin inkişaf xüsusiyyətləri haqqında elmi cəhətdən

yoxlanmış və onlar haqqında əsaslı məlumat əldə etməyə im-

kan verən metodların köməyi ilə qiymətləndirilməsinin

nəzəriyyəsi və praktikası ilə məşğul olur.

Yekunda qeyd etmək lazımdır ki,  biz burada müasir

psixologiya elminin yalnız bir qismi ilə qısaca tanış olduq. 

Psixologiya elminin idman psixologiyası, əmək  psixologiyası, 

incəsənət psixologiyası,  kosmik psixologiya,  menecment

psixologiyası, eksperimental psixologiya, etnik psixologiya və  

s.  sahələrinin    də özünəməxsus predmeti və vəzifələri vardır.

Şübhəsiz onların hamısı  barədə burada geniş məlumat  vermək

vəsaitin imkanlarından  kənardır.


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin