Təfəkkür və ağıl



Yüklə 28,74 Kb.
səhifə1/12
tarix29.12.2021
ölçüsü28,74 Kb.
#48568
növüMücərrəd
  1   2   3   4   5   6   7   8   9   ...   12
psixol.14 Times təfəkkür



Təfəkkür və ağıl

  1. Təfəkkür

  2. Təfəkkürün əsas xüsusiyyətləri və formaları.

  3. Təfəkkür prosesləri və növləri.

  4. Ağlın psixoloji mahiyyəti və keyfiyyətləri.

  • Təfəkkür duyğu və qavrayışın köməyi ilə əldə edilmiş biliklərin ayrı-ayrı hissələrini müqayisə edir, qarşılaşdırır, fərqləndirir, münasibətləri ayırd edir, yeni bilikləri kəşf edir və hissi idrakdan verilən şeylərin əlamətlərini mücərrədləşdirir, qarşılıqlı əlaqələri aydınlaşdırır və gerçəkliyin mahiyyətinə vararaq onu dərk edir. Təfəkkür reallığı onun münasibət və əlaqələrində onun çoxobrazlı vasitəli tərəfləri ilə birlikdə əks etdirir. Təfəkkürün əsas məqsədi cisim və hadisələr arasından münasibət və əlaqələrin açılmasına yönəlib. Varlığın dərinliklərinin kəşfi, onun dərki təfəkkürün xüsusi yolunu müəyyən edir. Təfəkkür təkcə münasibət və əlaqələri deyil, həmçinin əlamət və mahiyyəti də əks etdirir. Qavrayışda verilən gerçəkliyin cisim və əlamətlərinin qarşılıqlı münasibətləri, birləşmələri, əlaqələrindən çıxış edərək təfəkkür reallığı dərk etdirir. Qavrayış vasitəsi ilə təfəkkür proseslərinə ötürülən cisim və hadisələrin, onların əlamətlərinin bəzilərinin təkcə, digərlərinin mühüm olmayan əlamətləri, onların xarici əlamətləri birləşsələr də əlaqəli deyillər. Təfəkkür prosesləri zamanı hadisələrin mahiyyəti, xarakteri, əlamətləri arasında əlaqələrin yaranması nəzərdə tutulur. Mühüm və ikinci dərəcəli əlamətlər, təsadüfi və zəruri əlaqələr, sadə təsadüfi və real oxşarlıqlar qavrayışda üzvlənməmiş, ayrılmamış şəkildə olur. Təfəkkürün məqsədi ondan ibarətdir ki, mühüm, əsas, zəruri əlaqələri, ikinci dərəcəli, formal əlaqələrdən, təsadüfi uyğunluqlarını situasiyalara görə ayırsın. Zəruri olanı, mahiyyət əlaqələrini, təsadüfdən zərurətə keçidi ayıran təfəkkür prosesləri təkcədən ümumiyə keçir. Təsadüfi, xüsusi hallara əsaslanan, zaman və məkanla hüdudlanan hadisələr təkcə xarakter daşıyır. Lakin mahiyyətcə əlaqəli 296 olan çoxlu dəyişmələrdə zəruri olan elementlərin köməyi ilə təfəkkür əlaqələri açır və ona görə də ümumiləşdirir. Hissi idrak səviyyəsində şeylərin mahiyyətini müəyyən etmək, onun daxili quruluşunu dərk etmək mümkün deyil. Elementar hissəcikləri görmə qavrayışı ilə müəyyən etmək çətindir. İnsan beynində, təbii və sosial dünyanın hadisələri bilvasitə inikas üçün əlçatmazdır. Hissi idrakın sərhədlərini keçmək üçün insan təfəkkürünə müraciət olunur. Təfəkkür dərk etmə səviyyəsinin keyfiyyətcə yeni və daha yüksək mərhələsidir. Təfəkkürdə belə hadisələr üçün işarələrdən, nitqdən istifadə edirlər. Söz mücərrədləşdirmə alətidir və şeylərin mahiyyətini müəyyən etməyə imkan verir. Söz şeylərin əsas əlamətlərinin ümumiləşmiş inikası üçün vasitədir. Hər hansı təfəkkür ümumiləşdirmədə icra olunur. Təfəkkür – fikrin hərəkətidir ki, əlaqələrin açılmasına xidmət edir, təkcədən ümumiyə, ümumidən təkcəyə və oradan da xüsusiyə doğru gedir. Təfəkkür əlaqə, münasibətlərin vasitəli kəşfinə əsaslanır və real aləmin ümumiləşmiş dərkidir. Təfəkkür – insanın psixi, idraki fəaliyyətinin ən yüksək pilləsi olub, gerçəkliyin onun mühüm əlaqə və münasibətlərini keçmiş təcrübə və ümumiləşmiş nitq vasitəsi ilə əks etdirir. Təfəkkür - cisim və hadisələr arasındakı qanunauyğun əlaqə və münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan idrak prosesi adlandırırlar.

  • Təfəkkürün əsas xüsusiyyətləri: 1) mücərrədlik xüsusiyyəti – təfəkkür duyğu, qavrayış və təsəvvürlərə nisbətən çox geniş əhatəyə malikdir və varlığın daha düzgün və dərin dərk edilməsini şərtləndirir; 2) təfəkkür də şüur kimi ictimai-tarixi səciyyə daşıyır – onun nəticələri insanların tarixi təcrübəsində öz əksini tapır; 3) təfəkkür məqsədəyönəlmiş idrak prosesidir – adam fikirləşərkən müəyyən bir məqsədlə düşünür, qarşıya çıxan məsələni, sualı həll etməyə çalışır.

  • Təfəkkürün üç forması vardırməfhumlar, hökmlər, əqli nəticə.

    Yüklə 28,74 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin