Təfəkkür və ağıl



Yüklə 28,74 Kb.
səhifə3/12
tarix29.12.2021
ölçüsü28,74 Kb.
#48568
növüMücərrəd
1   2   3   4   5   6   7   8   9   ...   12
psixol.14 Times təfəkkür

Konkret məfhumlar bilavasitə qavranıla bilən, arxasında əşya təsəvvür olunan məfhumlardır. Məsələn, «ev», «ağac» məfhumları konkret məfhumlardır.

  • Mücərrəd məfhumlar isə bilavasitə qavranıla bilməyən və arxasında əşya təsəvvür olunmayan məfhumlardır, məsələn «sevinc», xoşbəxtlik» və s.

    Məfhumlar çoxlu qarşılıqlı keçidlərlə təsəvvürlərlə bağlıdır və eyni zamanda ondan əhəmiyyətli dərəcədə fərqlənir. Onlar psixoloji ədəbiyyatlarda eyniləşdirilsələr də, gerçəkliyi inikas etdirmək xüsusiyyətlərinə görə biri digərindən fərqlənir. Təsəvvürlər obrazlı – əyanidir, bilvasitə verilmiş informasiyaları qavrayışda inikas etdirir. Real təfəkkür proseslərində təsəvvür və anlayışlar bəzi vahidliklə verilir. Əyani – obraz təsəvvürlər təfəkkür proseslərində daha çox sxematikləşir və ümumiləşir. Bu sxematikləşmə təsəvvür əlamətlərinin birləşməsinə uyğun gəlmir. Təsəvvür obrazlarında predmetin əyani əlamətləri ön planda özünü göstərir. Buna baxmayaraq anlayış və təsəvvürlər qarşılıqlı əlaqəlidir və biri digərinə keçir.

    Təsəvvürlərin məzmun obrazlarının zəruri olaraq dəyişmələri fikri proseslərə qoşularaq, sxematikləşmiş və daha çox ümumiləşmiş tam bir pilləvari iyerarxiya yaradır və anlayışlara keçir. Təsəvvürlərin özlərinin anlayışa keçmək meyillidir. Belə ki, təkcədə ümumi, hadisədə mahiyyət, obrazda – anlayış əks olunur.
    Digər tərəfdən anlayışlar təfəkkürünün insan şüurundakı axarı həmişə təsəvvürlərlə bağlıdır, amma anlayışlar təfəkkürünün axarı təsəvvürlərə müvafiq gəlmir, çünki belə təfəkkür ona aid olan təsəvvürlərlə əlaqədardır. Təsəvvürlər təfəkkür proseslərində həddən artıq parçalanmış, fraqmentar halda daxil edilir. Təsəvvürlər, əyani obrazlar adətən, təkcə, anlayış isə ümumi ifadə olunur. Məfhum (anlayış) və təsəvvürlər gerçəkliyin müxtəlif qarşılıqlı əlaqələri olan tərəflərini inikas etdirir.

    Məfhum və təsəvvürlər çətinliklər zamanı xüsusilə aşkar bir yerdə iştirak edir. Çətinliklə üzləşən insan fikirləşərkən  tez-tez təsəvvürlərə müraciət edir, fikri əşyalarla birləşdirir, fikri müşayət edən əyani material fikri proseslərə cəlb edilir. Əyanilik prinsipi təlim prosesində sadəcə didaktik priyom deyil, o, həm də fikri proseslərin təbiətinin psixoloji əsasıdır. Məfhumlar (anlayışlar) keyfiyyətcə təsəvvürlərdən fərqlidir, təsəvvürlər obrazlarla fərdi şüurda yaranır, anlayışlar sözlərlə vasitəli yaranır və tarixi inkişafın məhsuludur.


    Yüklə 28,74 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   12




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin