Təfəkkür və ağıl



Yüklə 28,74 Kb.
səhifə8/12
tarix29.12.2021
ölçüsü28,74 Kb.
#48568
növüMücərrəd
1   ...   4   5   6   7   8   9   10   11   12
psixol.14 Times təfəkkür

Müqayisə – şeyləri, hadisələri, onların xüsusiyyətlərini qarşılaşdıraraq onların fərqini və oxşarlığını açır, müəyyən edir. Onların digər fərqli şeylərdən oxşar əlamətləri müəyyən edərək müqayisə oxşar əlamətlərin təsnifatını həyata keçirir. Müqayisə idrakın formasıdır, şeylər əvvəlcə müqayisə yolu ilə dərk olunur. Bu, həm də idrakın elementar formasıdır. Oxşar və fərqlər əqli idrakın əsas kateqoriyalarıdır və əvvəlcə xarici münasibətlər kimi çıxış edir. Müqayisə oxşarda fərqi, fərqdə oxşarı tapmağa yönəlib. Daha dərin mahiyyət əlamətlərini, qanunauyğunluqları və daxili əlaqələrin açılmasını tələb edir. Müqayisə zamanı düzgün nəticəyə gəlmək üçün ona bir sıra tələblər verilir. Hər şeydən əvvəl, müqayisəni eynicinsli obyektlər üzərində aparmaq lazımdır. Məsələn, tələbə ilə fincanı müqayisə etmək olmaz. Digər tərəfdən müqayisə zamanı müqayisə olunan obyektlərin hamısında eyni əlamət götürülməlidir. Məsələn, iki tələbədən birinin intizamını, o birinin isə təlim müvəffəqiyyətini götürüb müqayisə etmək olmaz.


Yüklə 28,74 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin